Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1379/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızına qarşı çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hacıverdi qızının hüquqa zidd hərəkətlərinə son qoyulması və cavabdehlərin üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun, Qusarçay kəndində 1500 kv m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evi və JN-583 kodlu, 30213018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş torpaq sahəsi mərhum atası X2 məxsus olmuşdur. Həmin Xaçmaz rayonu Qusarçay kəndində yerləşən fərdi yaşayış evinə dair Xaçmaz rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. o, mərhum atasının tək vərəsəsidir. O, atasının vəfatından sonra miras qalmış Xaçmaz rayon Qusarçay kəndində yerləşən torpaq sahəsi və evə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etdikdə notariat hərəklərinin aparılması mümkün olmadığını ona bildirmişlər. Vərəsəlik işinin həlli ilə əlaqədar Çıxarış təqdim edilməlidir. Ona görə də, mərhum atasına məxsus fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alıması üçün DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin əməkdaşları əmlakların övlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsi üçün əmlakların olduğu yerdə olarkən, cavabdehlər buna imkan verməmişlər və onlara mane olaraq geri qaytarmışlar. Sonradan DƏDRX-i tərəfindən ona verilən arayışda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinə zamanı aşkar olmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evi üzərində mübahisə olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən də ərizəsinin icrasından imtina olunmuşdur. Cavabdehlər qanuna zidd hərəkətləri ilə çıxarışın alınması mane olurlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Qasım Qurbanov onun əri olub. İddiaçı onların birgə nikahından olan övladıdır. Sevda 4 aylıq olanda onlar boşanmışlar. Xaçmaz rayonunun Qusarçay kəndində Sevdanın atası Qasım Qurbanova məxsus 2 mərtəbəli ev var. Onun adına texniki pasport işlənsə də, mülkiyyət sənədi verilməyib. Qızı Sevda atasının evini tələb edir. Cavabdehlər qızının əmisi və bibisidir. Onlar qızını evə buraxmırlar. Qızı evə dair vərəsəliklə bağlı notariat kontoruna müraciət edib, lakin oradan bildiriblər ki, evin mülkiyyət sənədi olmalıdır. Bu səbəbdən qızı Sevda evin atasının mülkiyyəti kimi qeydə alınması və mülkiyyət sənədi almaq üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edib. Həmin idarənin əməkdaşları zəruri ölçmə işlərini aparmaq üçün evə getsələr də, cavabdehlər onları evə buraxmayıblar. Ona görə qızı hazırkı iddianı qaldırıb. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Ona görə ki, bu günə qədər qardaşlarının belə qızı olmasından xəbəri olmayıb. Ev onların nənəsinin yurdu olub. Qardaşı Qasım hərbi xidmətdə olub, sonra Rusiya Federasiyasına köçüb, oranın vətəndaşı olub. Sonra qardaşı geri qayıdıb, iddiaçının anası ilə evlənib, o, 3-4 ay əri ilə birlikdə yaşayıb, daha sonra çıxıb gedib, bir neçə şəxslə ailə qurub. Qardaşı Qasım 7 ildir ki, vəfat edib. Qızı bir dəfə də olsun ona ata deməyib, amma hazırda ata payı istəyir. Ona görə iddianı əsassız sayır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Hacıverdi qızı iddianı qəbul etməyərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 1978-ci ildə verilmiş Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kəndində yerləşən ümumi sahəsi 87 kv.m olan, 4 otaqlı, iki mərtəbəli fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan JN 0583 kodlu, 30213018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından müəyyən olunur ki, X1 mülkiyyətinə Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ 093431 saylı, xx.xx.2020-ci tarixdə Xaçmaz rayon Qusarçay İƏD nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 xx.xx.2015-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ İV-541680 saylı doğum haqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci ildə doğulmuş, ata qrafasında X3, ana qrafasında Nümayəndə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinc instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin üzərinə çıxarışın verilməsi ilə əlaqədar konkret olaraq hansı daşınmaz əmlakın üzərində ölçmə işlərin aparılmasını dəqiq göstərmədiyindən və məhkəmə iclasları zamanı tələbini dəqiqləşdirmədiyindən iddia tələbi qeyri-müəyyən qalmışdır. Məhkəmə isə mülki işə iddia tələbin həddində baxmalı və tələbdən kənara çıxmamalı olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddia tələbindən kənara çıxmaq üçün hər hansı bir müstəsna hal olmamışdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1379/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1379/2022
31.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver