Məhkəmə qərarları › İş №2(067)-1395/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1395/2024

06.08.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1395/2024 06.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin itkin düşməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X22 xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il təvəllüdlü X36 onun qardaşıdır. Onun qardaşı X6 dəfə 2001-ci ildə Azərbaycan Respublikasında olub. 2001-ci ildə yaşadıqları Xaçmaz rayon Qaradağlı kəndində təxminən bir ay qaldıqdan sonra qayıdıb Rusiya Federasiyasına gedib. Həmin tarixdən sonra qardaşı X15 bir daha xəbər ala bilməyiblər. Sonuncu dəfə Azərbaycana gələndə səhətində ciddi pisləşmə var idi. Onlar qardaşı Ziyad İskəndərova getməməsini bildirsələr də o, əsgərlik dövründən Rusiya Federasiyasında yaşadığını, burda qala bilmədiyini və Rusiya Federasiyasına gedəcəyini bildirdi. 2001-ci ilin noyabr ayında Xaçmaz rayon Qaradağlı kəndindən çıxaraq Rusiya Federasiyasına getmişdir. Həmin tarixdən sonra nə o, nə də qardaş bacıları, qohumları ondan xəbər ala bilməmişlər. Artıq 22 ildən çoxdur ki, qardaşı X22 harada olması və yaşayıb-yaşamaması barədə məlumatları xxxxxxx. Xaçmaz Rayon Polis Şöbəsinə də X22 itkin düşməsi barədə rəsmi müraciət göndərmiş, Maraqlı şəxs3-nin verdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, X22 yerinin müəyyən olunması ilə bağlı tədbirlərə baxmayaraq şəxsin tapılması mümkün olmamışdır. Bu səbəbdən də o, xəbərsiz itkin düşmüş elan edilməlidir, çünki valideynlərindən qalmış əmlak üzərində heç bir sərəncam verə bilmirlər. X2 xx.xx.1986-cı il tarixdə, anaları X23 xx.xx.2005-ci il tarixdə vəfat edib. Digər qardaş-bacılardan o, X25, X42, X28 və X13 yaşayır, X24, X16 və X29 vəfat edib. X1 itkin düşməsi barəsində digər qardaş bacıları da məhkəmədə şahidlik edə bilərlər. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən alınmış arayışa əsasən X22 2001-ci ildən hal-hazıradək Xaçmaz rayon Qaradağlı kəndində yaşamadığını və yaxın qohumlarının bildirdiyinə görə Rusiya Fedarasiyasında yaşadığı göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və eyni məzmunlu izahat verərək bildirmişdir ki, X36 onun qardaşıdır. 22 ildir ki, itkin düşüb. Qardaşı əsgərliyə gedib, daha sonra isə məlumat xxxxxxx. Sonuncu dəfə 2001-ci ilin noyabr ayında gəlib. Sonra yenidən Rusiyaya gedib. Anasına söz vermişdi ki, qayıdıb gələcək. O gündən bu vaxta kimi məlumatları xxxxxxx. İşlə bağlı şahidləri də var. Şahidlər ata evindəki qonşularıdır. Qardaşı 1967-ci il təvəllüdlüdür. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə şahid X30 ifadəsində göstərdi ki, o, Rəhiləni tanıyır onunla heç bir ədavəti xxxxxxx. Qaradağlı kəndində onlarla qonşu olub. Onlar həyət evində qalırlar. Onun valideynlərini də tanıyır. Atasının adı Hüseyn, anası isə İmamildir. Bacı-qardaşlarından Ədiləni, Tərlanı, Hüseynağa, Axunbalanı tanıyır. Qardaşı Ziyadı isə görməmişdir. Lakin o adda qardaşı olduğunu bilir. Ziyadı təxminən 22-25 il öncə görmüşdür. Bu vaxta kimi də həmin qardaşlarından bir xəbər xxxxxxx. Məhkəmədə şahid X31 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. Rəhilənin atasıgillə qonşu olmuşdur. Anasının adı İmamil, atasının adı isə Hüseyndir. Bacı-qardaşlarından Ədiləni, Firəngizi, Tərlanı, Hüseynağa, Axunbalanı tanıyır. O, 1978-ci ildə həmin evə gəlin gəlmişdir. Ziyadı isə gəlin gələn vaxtlar görmüşdür. 20 ildən çoxdur ki, məlumat xxxxxxx. Məhkəmədə şahid X7 ifadəsində göstərdi ki, Rəhiləni Qaradağlı kəndindən tanıyır. O, da həmin kənddəndir. Atası Hüseyn kişi dünyasını dəyişəndə o, kiçik yaşında olmuşdur. Anasını da tanıyır. Rəhilənin iki qardaşı dünyası dəyişib. Biri Rusiyadadır. Rusiyada olan Ziyaddır. Ziyadı da bir dəfə görmüşdür. Ziyadı uzun illərdir görmür, dəqiq yadında qalmayıb. Ziyad barəsində söhbət ediləndə eşitmişdir ki, heç gəlməyib. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X35 surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə ölmüşdür. - X35 surətindən görünür ki, X17 xx.xx.2005-ci ildə ölmüşdür. - X35 surətindən görünür ki, X18 xx.xx.2015-ci ildə ölmüşdür. - X35 surətindən görünür ki, X29 xx.xx.2012-ci ildə ölmüşdür. - X35 surətindən görünür ki, X19 xx.xx.2017-ci ildə ölmüşdür. - Maraqlı şəxs2 Arayışından müəyyən olunur ki, X32 xx.xx.1967-ci ildə anadan olub. X3, anası- X10r. - Maraqlı şəxs2 Arayışından müəyyən olunur ki, X25 xx.xx.1954-cü ildə anadan olub. X57 Abdul həlim oğlu, anası- X10r. - Maraqlı şəxs2 Arayışından müəyyən olunur ki, X37 xx.xx.1969-cu ildə anadan olub. X4, anası- X10r. - X27 surətindən müəyyən olunur ki, X13 xx.xx.1965-ci ildə anadan olub. X4-anası X10r. - X27 surətindən müəyyən olunur ki, X28 xx.xx.1962-ci ildə anadan olub. X5-anası X10r. - Hülovlü kənd İƏD-nin xx.xx.2023-cü il tarixli, 648 saylı Arayışdan müəyyən olunur ki, X8 Rayonu Qaradağlı kəndində yaşamışdır. O, 2001-ci ildən hal-hazıradək ərazidə yaşamır. Yaxın qohumlarının bildirdiyinə görə Rusiya Federasiyasında yaşayır. - Xaçmaz Rayon Polis Şöbəsinin ərizəçiyə ünvanladığı məktubdan müəyyən olunur ki, qardaşı X20 Rusiya Federasiyasında yerinin müəyyən olunması ilə əlaqədar həyata keçirilmiş tədbirlərə baxmayaraq tapılması mümkün olmamış, ona görə də ərizəsi əsasında aparılan araşdırma dayandırılmışdır. Bütün bunlara baxmayaraq qardaşı X20 tapılması istiqamətində tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunacağı təqdirdə ona əlavə olaraq bildiriləcəkdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 31312/2-75705/2024 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1967-ci ildə Xaçmaz rayonunda anadan olmuş X22 cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat xxxxxxx. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 05/5504 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X22 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Sərhədkeçmə məlumatlarını əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etmək tövsiyə olunmuşdur. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli, 2-6086/2024-cü tarixli görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X22 beynəlxalq axtarışda olması barədə interpolun “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat xxxxxxx. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38- 2/33-1794/24 saylı məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X22 xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Hülovlü kənd İƏD-nin xx.xx.2024-cü il tarixli, 22 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayonun Qaradağlı kəndində yaşamış və qeydiyyatda olmuş, xx.xx.1967-ci il təvəllüdlü X32 2001-ci ildə Rusiya Federasiyasına getmişdir. Qeyd olunan vaxtdan hal-hazıradək X33 Xaçmaz rayonun Qaradağlı kəndinə qayıtmamışdır. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlər Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 33/2216/24 saylı məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X22 xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Xaçmaz Rayon Polis Şöbəsinin Arayışından görünür ki, Xaçmaz rayonu Qaradağlı kəndində yaşayan Rəsulova (İskəndərova) Rəhilə Hüseyin qızı xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs3-nə ərizə ilə müraciət edərək, Xaçmaz rayonu, Qaradağlı kəndində anadan olmuş, qardaşı X53 oglu 2001-ci ildən Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmadığını bildirmişdir. Araşdırma zamanı Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayan Rəsulova (İskəndərova) Rəhilə Hüseyin qızının müraciəti əsasında izahatı alınmış, 2001-ci ildən Rusiya Federasiyasına getmiş qardaşı X20 yerinin müəyyən olunması istiqamətində bir sıra axtarış və sorğu tədbirləri həyata keçirilmiş, ətraf RPŞ-nə istiqamətləndirici məktublar göndərilmişdir. Lakin, müsbət nəticə əldə olunmamışdır. Odur ki, Xaçmaz rayonu Qaradağlı kəndində, yaşayan Rəsulova (İskəndərova) Rəhilə Hüseyin qızının müraciətində cinayət faktı olmadığı nəzərə alınaraq, toplanmış materialın Maraqlı şəxs3nin dəftərxanasında işə tikilməsi və müraciət müəllifinə cavab verilməsi məqsədə müvafiqdir. - Xaçmaz Rayon Pilis Şöbəsinin Quba, Qusar, Şabran RPŞ-nin rəislərinə ünvanladığı məktubdan müəyyən olunur ki, xx.xx.1967-ci ildə Xaçmaz rayonu, Qaradağlı kəndində anadan olmuş X32 2001-ci ildən Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan bu günə kimi heç bir qohum ilə əlaqə saxlamayıb. Odur ki, xidmət etdiyiniz ərazi üzrə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və nəticəsi barədə şöbəyə bildirilməsindən ötrü göstəriş vermək xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin qardaşı xx.xx.1967-ci ildə Xaçmaz rayonu, Qaradağlı kəndində anadan olmuş X32 2001-ci ildən Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan bu günə kimi heç bir qohum ilə əlaqə saxlamayıb. Həmin tarixdən etibarən onun barəsində hər hansı məlumat ailəsinə, yaxınlarına və hüquq mühafizə oqranlarına daxil olmamışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1 və 40.2-ci maddələrinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin: - 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. - 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. - 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. - 315-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göründüyü kimi, fiziki şəxs iki halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mükünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qənaətə gəlinməsi mümkün deyildir. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X20 harada olması barədə artıq iki ildən çoxdur ki, məlumat xxxxxxx. Belə olan halda məhkəmə hesab edir ki, X20 xəbərsiz itkin düşmüş şəxs elan edilməsi üçün yetərli əsaslar vardır. Məhkəmə onu da qeyd edir ki, X20 itkin düşməsi haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığından onun xəbərsiz itkin düşmüş sayılması üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, yəni 2001-ci ilin dekabr ayının 1-dən başlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X36 xəbərsiz itkin düşmüş hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311, 355-25 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X36 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar