Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-140/2020 11.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı işin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən gördüyü işin qüsurları nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 1500 manat və ödənilmiş 30 manat dövlət rüsumu pulun, cəmi 1530 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Ariz Şadlıq sarayının yaxınlığındakı ərazidə mülkiyyət hüququ ilə ona məxsus 0,012 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı 10 14093 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə tanınır. Həmin torpaq sahəsində yaşayış evinin inşa edilməsi üçün usta axtarmışdır. Cavabdehi 2 ilə yaxındır ki tanıyır. Belə ki, o yaşadığı Qədəş-oba kəndində bir neçə yaşayış evi inşa etmişdir. Ona görə də qərara gəlmişdir ki, torpaq sahəsində yaşayış evi tikdirsin. Cavabdehlə görüşmüş o, evin tikiləcək torpaq sahəsinə baxış keçirib, orada ev tikməyə razılıq vermişdir. 2019-cu ilin yanvar ayının 4-də evlərinin bünövrəsini atmışdır. Cavabdeh isə onları 7 aydan onları süründürməçiliyə salmışdır. 4750 manat pul almış, işi qüsurlu yerinə yetirmiş, evin təmir layihəsini düzgün müəyyən etməmişdir. Etdiyi işi hesabladığından çox 150 manat pul tələb etmişdir. İşlədiyi vaxtdan 7 ay ərzində təmir aparmaq üçün evə çox az-az gəlmişdir. Başqa usta isə gəlib evə baxdıqda görmüşdür ki, işlər düzgün yerinə yetirilməyib. Təzədən bütün işlərin aparılması nəzərdə tutulmuşdur. Usta yanında işləyən fəhlədə özü kimi işə hərdən bir gəlmişdir. Artıq yağış yağanda evinin damı olmadığı üçün təhlükəli ola bilər. Cavabdeh isə gəlib işini yerinə yetirmir. Bu barədə polisə də məlumat mermiş və polisdən heç bircavab almamışdır. Hal-hazırda o tikinti işlərinin davam etdirməsi üçün başqa usta dəvət etmişdir. Həmin usta bildirmişdir ki, evin dioqnalı və səviyyəsi güzgün qoyulmamışdır. Həmin pozuntuları aradan qaldırmaq üçün əlavə işlər görülməlidir. Bu işlərin təxmini dəyəri 1500 manat civarındadır. Beləliklə cavabdeh işdə buraxdığı qüsurlara görə ona 1500 manat zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq xx xxxx 2020-ci il tarixli 30878 saylı ekspert rəyi ilə razı olduğunu və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, tikinti işləri 7 ay çəkmişdir. İddiaçı ilə iş barədə razılaşarkən ona öz təsərrüfatındada işləyəcəyini, bu səbəbdən işlərin gec yekunlaşacağını bildirmişdir. O, iddiaçıdan evinin tikintisi üçün 4200 manat zəhmət haqqı almışdır. Onun gördüyü iş tam keyfiyyətlidir. Əlavə işlər görülməsinə ehtiyac yoxdur. O, işləri qüsursuz görmüşdür. Ona görə də, xx xxxx 2020-ci il tarixli 30878 saylı ekspert rəyi ilə razı deyil. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan və xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz şəhərində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı tam paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 30878 saylı rəyinə əsasən İddiaçı mülkiyyətində olan 0,012 ha həyətyanı torpaq sahəsində mişar daşından inşa edilmiş iki mərtəbəli yaşayış evinin mərtəbə arası 5*20 sm olçüdə quraşdırılmış taxta atmalar divarın künc hissəsində quraşdırılmamışdır. Həmin taxta tirlərin quraşdırılan zaman yaranmış qüsurlarının aradan qaldırılması üçün aparılmalı olan tikinti-təmir işlərinin dəyəri 180 (yüz səksən) manat (usta pulu 100 manat, və taxta atmaların dəyəri 80 manat) təşkil edir. Tikilinin divarları adi qaydada hörülmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri, 100 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranmasını şərtləndirən hüquqi faktların olması müəyyən edilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin hallarından cavabdehin iddiaçıdan 4200 manat məbləğində pul alaraq, onun mənzilində qüsurlu təmir-tikinti işləri apardığı müəyyən edilir. Başqa sözlə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğu işin araçdırılmış hallarından müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməli və cavabdeh X1 1500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda iddia tələbi təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul cavabdeh X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh X1 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən 1 ay müddətinə Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-140/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-140/2020
11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver