Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-143/2022 01.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3969.22 AZN əsas borcun, 159.6 AZN faiz borcunun, cəmi 4128.82 AZN borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, kreditor "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 639micXCHZ\19-EM saylı əsas kredit və Bank hesabı müqaviləsi çərçivəsində bağlanmış, 639micXCHZ\19 saylı xx.xx.2019-cu il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 21 % ödəmək şərti ilə 10000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış əlavə kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin “Borcalan” tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış şərtlərlə müəyyən olunur. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış 639micXCHZ\19 saylı zaminlik müqaviləsinə əsasən onlar zamin kimi borclunun öhhdəliklərinin icrasına görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. Lakin borclular kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələblərinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan isdifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən iddiaçı bankdan 10000 manat kredit götürmüşdür. İlk 4 ayda borcundan cəmi 1000 manat ödəmişdir. Artıq 20 ilə yaxın müddətdir ki, banklardan kredit götürüb və heç bir gecikdirilmiş kredit borcu olmamışdır. Ölkəmizdə olan karantin rejimi ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Hazırda kredit borcunu qaytarmaqdan imtina etmir. Məhkəmə işdə olan sübutlara və cavabdehin izahatına əsasən hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş üzrə iddiaçının nümayəndəsinə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə iş üzrə sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 639micXCHZ\19-EM saylı əsas kredit və Bank hesabı müqaviləsi çərçivəsində bağlanmış, 639micXCHZ\19 saylı xx.xx.2019-cu il tarixli Əlavə kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 21 % ödəmək şərti ilə 10000 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi borclunun öhdəliklərinin icrasına görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 4128.82 AZN borcu vardır. İş materiallarında olan bildirişdən müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun olması, borcun ödənilməyəcəyi təqdirdə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1870 saylı Ekspert Rəyindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" KB ASC-yə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 3478.51 manat, faiz borcu üzrə 37.20 manat borcu vardır. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsinə əsasən 3478.51 manat məbləğində əsas borc, 37.20 manat faiz borcu olmaqla, ümumilikdə müqavilə üzrə cəmi 3515.71 manat məbləğində kredit borcu tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin SAP (XİİS) hesabı, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3478.51 manat əsas borc, 37.20 manat faiz borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SWİFT BİK JTREAZ22 Hesab № AZ34JTRE******************** hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-143/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-143/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver