Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1456/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan ziyan tələbinə dair iddia üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən mobil nəzarət qurğusunu sındırdığına görə ondan dəyəri 2277,40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 28 aprel 2022-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru Pərviz Müslümov və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, bir ədəd elektron qolbaq kəmərlə birlikdə, 1 ədəd mobil qurğu üçün qoruyucu kabro məhkum, hazırki iş üzrə cavabdehə quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh öz dediyinə görə mobil nəzarət qurğusu su ilə təmas etdiyindən yararsız hala düşmüşdür. Cavabdehdən izahat alınmış, izahatında o Xəzər dənizinə qayıq ilə balıq tutmağa getdiyini hava şəraiti pis olduğundan dənizdən ləpə üzərinə düçdüyünü, həmin vaxt mobil qurğu islandığını, sonradan qurğu sönülü vəziyyətinə düşdüyünü bildirmişdir. Hesab edir ki, cavabdehin günahından, lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yarasız hala düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat təşkil edir. Cavabdehə təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Əzizova X1 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra edilməsi üçün İddiaçınə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı böyük icra məmuru X2 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək, tətbiq edilmişdir. Həmin protokolla 1 ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunu enerji adapteri, 1 ədəd elektron qolbaq kəmərlə birlikdə, 1 ədəd mobil qurğu üçün qoruyucu kabro Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh öz dediyinə görə mobil nəzarət qurğusu su ilə təmas etdiyindən yararsız hala düşmüşdür. Cavabdehdən izahat alınmış və izahatında Xəzər dənizinə qayıqla balıq tutmağa getdiyini, hava şəraiti pis olduğundan dənizdən ləpə üzərinə düşdüyünü, həmi vaxt mobil qurğunun islandığını, sonradan qurğu sönülü vəziyyətə düşdüyünü bildirmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000116 saylı texniki rəydən görünür ki, mobil qurğunun ana palatasında korroziya müşahidə olunur, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Məhkum Cavabdeh ziyanı könüllü ödəməsi təklif olunsa da, o, ziyanı ödəməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 1 ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd elektron qolbaq kəmərlə birlikdə, 1 ədəd mobil qurğu üçün qoruyucu kabro ona quraşdırılaraq təhvil verilmişdir. Həmin qurğuları qəsdən sıradan çıxarmamışdır. Maddi imkanı olmadığına görə Xəzər dənizinə qayıqla balıq tutmağa getmiş, hava şəraiti pis olduğundan dənizdən ləpə üzərinə düşmüş, həmin vaxt mobil qurğu da islanmışdır, sonradan qurğu sönülü vəziyyətə düşmüş, dərhal bu barədə icra məmuruna xəbər vermişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları ona izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşımağı barədə xəbərdarlıq edilmişdir. Ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. İş materiallarından görünür ki, 14 aprel 2021-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru Pərviz Müslümov və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, bir ədəd elektron qolbaq kəmərlə birlikdə, 1 ədəd mobil qurğu üçün qoruyucu kabro məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh öz dediyinə görə mobil nəzarət qurğusu su ilə təmas etdiyindən yararsız hala düşmüşdür. Cavabdehdən izahat alınmış, izahatında o Xəzər dənizinə qayıqla balıq tutmağa getdiyini, hava şəraiti pis olduğundan dənizdən ləpə üzərinə düşdüyünü, həmi vaxt mobil qurğunun islandığını, sonradan qurğu sönülü vəziyyətə düşdüyünü bildirmişdir. Hesab edir ki, cavabdehin günahından, lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yararsız hala düşmüş və iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehə təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1(059)-29/2022 nömrəli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən müəyyən olunur ki, Attenti V6 mobil qurğusuna Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən baxış keçirilmiş, nəticədə müəyyən olunmuşdur ki, ana platada korroziya müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1456/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1456/2023
02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver