Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1457/2020 21.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçı İmamova (Hüseynova) Sədaqət Ağagül qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı İmamova (Hüseynova) Sədaqət Ağagül qızı məhkəmədə iddia qaldıraraq Cavabdeh azyaşlı uşağı xx xxxx 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi və uşağın xəstəliyi ilə bağlı əlavə xərc kimi hər ay 200 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Qusar rayon məhkəməsinin qətnaməsi ilə cavabdehdən bir uşağın saxlanması üçün onun xeyrinə hər ay 70 manat alimentin tutulması qət edilmişdir. Uşağı «Beta-talassemiya-ağırformada. Araforma. Kəskin respirator xəstəliyi. Sidiyin yollarının xəstəliyi»ndən əziyyət çəkir. Hər ay da iki dəfə Bakı şəhərinə həkimə aparıb gətirir. Bu da xeyli maddi vəsait tələb edir, təxminən 500 manata qədər xərci çıxır. Cavabdeh isə uşağın müalicəsi üçün heç bir maddi yardım göstərmir, alimenti vaxtlı vaxtında ödəmir. Aliment müəyyən olunan vaxtdan xeyli vaxt keçir, bu müddətdə uşaq böyümüş, məktəbə gedir, onun ehtiyacları da artmışdır. Bu səbəbdən uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin Qusar rayonunun Yasab kəndində evi, bağ və torpaq sahələri var. Onun uşağın saxlanması üçün 170 manat aliment ödəməyə, eləcə də uşağın müalicəsi ilə bağlı 200 manat əlavə ödəniş etməyə hər cür imkanı vardır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi məbləği ödəmək imkanı yoxdur, 280 manat əmək haqqı alır. İkinci dəfə ailə qurmuşdur. Bu nikahdan da 2 uşağı vardır. Uşağın saxlanması üçün 100 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Qusar rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(029)-279/2011 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx xxxx 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx xxxx 2009-cu il tarixdən hesablanmaqla hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. İddiaçı xx xxxx 2009-cu il təvəllüdlü qızı Ayşənin müalicəsi ilə əlaqədar çəkilən və çəkiləcək xərclər barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə uşaqların saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(029)-279/2011 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx xxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 115 manat məbləğində sabit pul şəklində aliment alınaraq İmamova (Hüseynova) Sədaqət Ağagül qızına verilsin. İddianın qalanhissəsitəminedilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1457/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1457/2020
21.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver