Məhkəmə qərarları › İş №2(067)-1459/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1459/2020

16.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1459/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X2 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən, ümumi paylı xüsusi mülkiyyətlərində olan 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2 ha hissəsi cavabdehdən geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, boşaldılmış torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin onun üzərinə qoyulması, çıxarışda göstərilmiş ölçü və cizgilər daxilində 1.04 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməklə ona təhkim edilməsi, torpaq sahəsinin tutulması ilə vurulmuş 200 (iki yüz) manat həcmində maddi zərərin əvəzinin, 1000 (bir min) manat dəyərində mənəvi zərərin əvəzinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında onun və digər ailə üzvlərinin paylı mülkiyyətində Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən, ümumi paylı xüsusi mülkiyyətlərində olan 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh X3 həmin torpaq sahəsinin 0.20 ha hissəsini zəbt etmiş, əkdiyi tingləri məhv etməklə özü istifadə etməyə başlamışdır. Lakin yenə də cavabdeh tingləri çıxarıb tullamış, özbaşına tutduğu torpaq sahəsinin kənarını torpaq təpəcikləri vasitəsilə qalan torpaq sahəsindən ayırmışdır. Belə hərəkətlərə son qoyulması tələb edildikdə, o, onu və ailə üzvlərini söyür, təhqir edir, müxtəlif hədələrlə onları torpaq sahələrindən əl çəkməyə məcbur edir. Yəni onların qanuni mülkiyyətində olan torpaq sahələrindən istifadə etmələrinə mütəmadi və qanunsuz maneələr törədir, onlara maddi və mənəvi ziyan vurur. Bu halların aradan qaldırılması üçün dəfələrlə kənd icra nümayəndəliyinə, kənd bələdiyyəsinə və digər aidiyyəti orqanlara müraciət etsə də, cavabdeh bunlara əhəmiyyət verməmiş və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də, məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən, ümumi paylı xüsusi mülkiyyətlərində olan 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2 ha hissəsi cavabdehdən geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, boşaldılmış torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin onun üzərinə qoyulması, çıxarışda göstərilmiş ölçü və cizgilər daxilində 1.04 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməklə ona təhkim edilməsi, torpaq sahəsinin tutulması ilə vurulmuş 200 (iki yüz) manat həcmində maddi zərərin əvəzinin, 1000 (bir min) manat dəyərində mənəvi zərərin əvəzinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehin onun pay torpağını 2018-ci ildən zəbt etdiyini, cavabdehin pay torpağını zəbt etməsi ilə əlaqədar məhkəmədə 2018-ci ildə iddia qaldırdığını, lakin iddianın baxılmamış saxlanıldığını, cavabdehin onun əkdiyi tingləri çıxarıb atıb, özünün torpaq sahəsində ağaclar əkdiyini, torpaq sahəsinə mal-qarasını saldığını bildirmişdir. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə cavabdeh X3 məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək, iddiaçı 2018-ci ildə özünə və ailə üzvlərinə məxsus Xaçmaz rayonunun Yataq-oba kəndində yerləşən 1,04 ha torpaq sahəsini guya zəbt etməyilə bağlı məhkəmədə iddia qaldırmışdır və həmin vaxt məhkəmənin qərarına əsasən iş üzrə məhkəmə tikinti-texnikl ekspertizası təyin olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 18211 saylı rəyi ilə onun iddiaçının torpağından istifadə etmədiyi və orada heç bir tikili inşa etmədiyi müəyyən olunmuşdur. Qeyd olunan rəy veriləndən sonra torpaq sahəsində heç bir dəyişiklik olmamışdır. O, 2018-ci ildə olduğu kimi əvvəlki qaydada torpağından istifadə edir. Hesab edir ki, iddiaçı əsassız olaraq ona qarşı hazırkı iddianı qaldırıb. Ona görə ki o, özümə məxsus torpaq sahəsindən və torpaq sahəsinin yanında yerləşən boş torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsinin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə torpağa mülkiyyət hüququna dair paylı mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin qanunsuz və əsassız olaraq istifadə etməsini sübutetmə yükü iddiaçının üzərinə, bunun əksinə sübutetmə yükü isə cavabdehin üzərinə düşür.. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı və digər ailə üzvlərinin paylı mülkiyyətində Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən, ümumi paylı xüsusi mülkiyyətlərində olan 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(067)-1686/2018 saylı qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh X2 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 18211 saylı rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1.04 ha torpaq sahəsi cavabdeh X3 tərəfindən hər hansı formada istifadə olunmur və iddiaçıya məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, cavabdeh X1 İddiaçı və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin hər hansı hissəsindən istifadə etmədiyi və tikili inşa etmədiyi müəyyən edildiyindən iddia əsassız hesab edilərək təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar