Məhkəmə qərarları › İş №2(067)-1504/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1504/2020

23.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1504/2020 23.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2007-ci ildə anadan olmuş əkiz qızları X3 və X1, xx xxxxxx 2008-ci ildə anadan olmuş qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 510 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2006-cı ildə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikah münasibətlərindən xx xxx 2007-ci ildə Xədicə və Fatimə, xx xxxxxx 2008-ci ildə Zeynəb adlı üç nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan uzun müddətdir ki, faktiki olaraq ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2012ci il tarixli, 2(067)-217/2012 saylı qətnaməsinə əsasən uşaqları- xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 33,30 manat olmaqla cəmi 100 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan məhkəmədə cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış və Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsi ilə iddiası qismən təmin edilməklə uşaqları Xədicə, Fatimə və Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat aliment isə hazırki dövrdə uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, həmin məbləğdə alimentin müəyyən olunduğu vaxtdan kifayət qədər vaxt keçmiş, bu müddətdə uşaqlar böyümüş və təbii ki, uşaqların ehtiyacları da artmışdır. O, özü heç bir yerdə işləmir, bu səbəbdən tək uşaqları saxlamaqda olduqca çətinlik çəkir. Uşaqlara pal-paltar, məktəb ləvazimatları, habelə müvafiq kalorili qidalar lazımdır. Ona görə də müəyyən olunmuş alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin maddi durumu yaxşıdır. Cavabdeh həm təqaüd alır, həm də bazarda alver etməklə və müxtəlif işlərdə işləməklə yaxşı qazanc əldə edir. Onun uşaqların saxlanılması üçün ayda 510 manat aliment ödəməyə hər cür imkanları vardır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, xx xxx 2007-ci ildə anadan olmuş əkiz qızları X3 və X1, xx xxxxxx 2008-ci ildə anadan olmuş qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 510 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə 2006-cı ildə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Nikahlarını rəsmiləşdirməmişlər. Onların faktiki nikah münasibətlərindən xx xxx 2007-ci ildə Xədicə və Fatimə, xx xxxxxx 2008-ci ildə Zeynəb adlı üç nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(067)-217/2012 saylı qətnaməsinə əsasən uşaqları- xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində hər bir uşaq üçün 33,30 manat olmaqla cəmi 100 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sonradan iddiaçı məhkəmədə ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış və Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə uşaqları Xədicə, Fatimə və Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq uşaqları Xədicə, Fatimə və Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq ondan hər ay sabit pul məbləğində 510 manat miqdarında alimentin tutulması barədə qətnamə cıxarılmasını xahiş edir. Lakin onun iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Belə ki, onun daimi iş və qazanc yeri yoxdur. İİ qrup ömürlük əlil olmaqla ayda 234 manat təqaüd alır. Belə vəziyyətdə təqaüdünün yarısını aliment olaraq ödəyə bilər. Ona görə də iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 2006-cı ildə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikah münasibətlərindən xx xxx 2007-ci ildə Xədicə və Fatimə, xx xxxxxx 2008-ci ildə Zeynəb adlı üç nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(067)-217/2012 saylı qətnaməsinə əsasən tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş uşaqları- xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 33,30 manat olmaqla cəmi 100 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sonradan İddiaçı məhkəmədə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış və Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş uşaqları Xədicə, Fatimə və Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X6 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2351 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Uşaqları- 2007-ci ildə anadan olmuş Xədicə, Fatimə, 2008-ci ildə anadan olmuş Zeynəb onun himayəsindədirlər. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160- 12665-1220 nömrəli məktubundan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2006-cı ildə el adəti ilə toy edib faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikah münasibətlərindən xx xxx 2007-ci ildə Xədicə və Fatimə, xx xxxxxx 2008-ci ildə Zeynəb adlı üç nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(067)-217/2012 saylı qətnaməsinə əsasən tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş uşaqları- xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 33,30 manat olmaqla cəmi 100 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sonradan İddiaçı məhkəmədə Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qaldırmış və Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş uşaqları Xədicə, Fatimə və Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan uşaqları- xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 510 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçının izahatından aydın olmuşdur ki, onunla cavabdeh arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Cavabdeh daimi olaraq hər ay haqqı ödənilən işlərdə işləmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh isə uşaqların saxlanılması üçün ona əlavə heç bir köməklik göstərmir. Buna görə də alimentin miqdarının artırılmasını məhkəmədən xahiş edir. Cavabdehin izahatından aydın olmuşdur ki, iddiaçı ilə onun arasında alimentin ödənilməsinə dair saziş yoxdur. İddiaçı tərəfindən tələb olunan 510 manat miqdarında alimentin ödənilməsi onun maddi imkanları xaricindədir. İİ qrup ömürlük əlil olmaqla ayda 234 manat təqaüd alır. Belə vəziyyətdə təqaüdünün yarısını aliment olaraq ödəyə bilər. Göstərilənlərə əsasən, iddianın qismən təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərdən iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verdiyini müəyyən etmişdir. Belə ki, iddiaçının izahatından və iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, həmin qətnaməyə əsasən cavabdehdən xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 50 manat sabit məbləğdə alimentin tutulması qət olunduqdan sonra cavabdeh hər ay iddiaçıya 150 manat məbləğində aliment ödəyir. Qeyd edilən aliment miqdarının müəyyən edildiyi 2013-cü ildən istehlak mallarının qiymətində bahalaşma müşayiət olunduğundan, 150 manat məbləğində aliment miqdarı istehlak bazarında mövcud olan real qiymətlərə uzlaşmır və uşaqların minimal tələbatının ödənilməsi üçün kifayət deyildir. Cavabdeh tərəfindən ödənilən 150 manat məbləğində alimentin miqdarı «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəaları ilə də uzlaşmır. Belə ki, xx xxxxxx 2019-cu ildə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» BMT-in xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsinə əsasən cavabdehdən xx xxx 2007-ci ildə anadan olmuş Xədicə və Fatimənin, xx xxxxxx 2008-ci ildə anadan olmuş Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla cəmi 150 manat sabit məbləğdə alimentin tutulması qət edilməklə, cavabdehin hər ay 150 manat aliment ödəməsinə baxmayaraq, 2014-cü il üçün yaşayış minimumu uşaqlar üçün 103 manat, 2015-ci il üçün 108 manat, 2016-cı il üçün 117 manat, 2017-ci il üçün 136 manat 60 qəpik, 2018-ci il üçün 154 manat, 2019-cu il üçün 160 manat, 2020-ci il üçün isə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikas MPM-nın 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ancaq hazırki qətnamə üzrə alimentin tutulmasının əvvəli «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynləridən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsinə əsasən xx xxx 2007-ci ildə anadan olmuş X3 və X1, xx xxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilməli, valideynlərin və uşağın ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, iddia qismən təmin edilməklə xx xxx 2007-ci ildə anadan olmuş X3 və X1, xx xxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 85 manat olmaqla cəmi 255 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan ondan 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(067)-1652/2013 saylı qətnaməsinə əsasən xx xxx 2007-ci ildə anadan olmuş X3 və X1, xx xxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.1983-cü ildə Xaçmaz şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 2 ünvanı olan Cavabdeh xx xxx 2007-ci ildə anadan olmuş X3 və X1, xx xxxxxx 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları ücün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla cəmi 255 (iki yüz əlli beş) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə verilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar