Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1509/2021 12.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Ələkbərov Elman Rafiq oğluna və Cavabdeh3 qarşı pul və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Ələkbərov Elman Rafiq oğlu və Cavabdeh3 3800 manat pulu və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2020-ci ildə Xaçmaz rayonu, N.Nərimanov küçəsində yeni aldığı bir otaqlı evini təmir etdirmək məqsədilə prorab kimi tanınan İlqarla görüşərək evinin təmir olunması barədə danışıq aparmışdır. İlqar işçi qüvvəsinin olmasını deməyər, Cavabdeh2 Rafiq oğlunu və Cavabdeh3 ona tanıdaraq evini Elmar və Mahir tərəfindən təmir ediləcəyini bildirmişdir. O, İlqarın dediklərini qəbul edərək həmin şəxsləri evində təmir işlərinin aparılmasına razılıq vermişdir. Onlar birlikdə evə baxış keçirərək 3800 manata razılaşmışlar. O, İlqarın yanında həmin şəxslərə 1600 manat vermiş, ümumi işi 3800 manata danışaraq işin görülməsi üçün ustalara hissə-hissə 200-300 manat pul vermişdir. Həmin ustalar ondan 300 metrə işıq kabelini almaq üçün 240 manat pul almışlar. Ustalar onun etibarından istifadə edərək onun əmlakına ziyan vurub, 3800 manat pulunu mənimsəmişlər. O, bu barədə PŞ-nə də şikayət etmiş, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Ustalar isə onun pulunu qaytarmamışlar. Odur kı, cavabdehlər onu məhkəməyə müraciət etməyə vadar etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehlərlə razılaşdığı 3800 manat pul yalnız zəhmət haqqının pulu idi, inşaat materiallarını o özü alıb, təmin etməli idi. Cavabdehlər işləri yarımçıq və keyfiyyətsiz görmüşlər. O, məcbur qalıb, digər bir usta ilə razılaşıb mənzilində bəzi işləri yenidən gördürmüşdür. Cavabdehlər işlərini yarımçıq və keyfiyyətsiz gördükləri üçün pulunu geri tələb edir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 Rafiq oğlu əvvəlki məhkəmə proseslərində iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilə olan şifahi razılaşmalarına əsasən iddiaçınin bir otaqlı mənzili təmir etməlidi idi və bunun müqabilində 3800 manat pul almalı idi. 3800 manat yalnız zəhmət haqqının pulu idi, inşaat materiallarını iddiaçı özü alıb gətirməli idi. O, iddiaçıdan cəmi 3060 manat pul almışdır, bunun müqabilində su kanalizasiya, beton, istilik sistemi və tavan işlərini görüb. İddiaçı ilə olan bütün danışıqları özü aparıb, Cavabdeh3 onun yanında işləyən fəhlədir və təmir işlərində yalnız onun tapşırıqlarını icra etmişdir. Gördüyü iş müqabilində Mahirə 1000 manat pul vermişdir. Pulu iddiaçıdan özü alırdı. Pandemiya dövrü olduğundan bir müddət xəstələnmişdir və özünü nasaz hiss etdiyindən məcburən özünütəcrid etmişdir. İddiaçının evində işin dayanmaması xətrinə Ədalət adlı bir usta ilə danışıb, müvəqqəti olaraq onu əvəz etməyini xahiş etmişdir. Ədalətin zəhmət haqqını öz hesabına ödəmişdir. Ədalət bir neçə gün onun əvəzinə iddiaçının evində bəzi işləri görmüşdür. İddia tələbinin əsassız olduğunu hesab edir, ona görə ki, o iddiaçıdan cəmi 3060 manat pul almış və həmin pul müqabilində yuxarıda sadaladığı işləri görmüşdür. İddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 əvvəlki məhkəmə proseslərində iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, o iddiaçı ilə ümumiyyətlə heç bir danışıq aparmamışdır, ona görə ki o fəhlədir, usta isə Elmardı. Təmir işlərində Elmarın tapşırıqlarını yerinə yetirir və fəhlə işlərini görür. Konkret olaraq, iddiaçının mənzilində usta Elmarın tapşırıqları ilə kərpiclə hörgü işləri, isti döşəmə, santexnika, kanalizasiya, yerin beton işləri, radiatorların çəkilişi, işıq xəttinin çəkilişini həyata keçirib. Gördüyü işin müqabilində Elmar ona 1000 manat pul vermişdir. Daha sonra, iddiaçı olan ev yiyəsi Elmarla mübahisə etməyə başlamış və onlar həmin evdə işlərini dayandırmışlar. İddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 Şahbala oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, özü ustadır və 2020-ci ilin yay aylarında tanışı Elmar onunla əlaqə saxlamış və xəstə olduğundan təmir işləri gördüyü mənzildə işləri davam etdirməsini xahiş etmişdir. O, Elmarla razılaşmış və qeyd olunan bir otaqlı evdə divarları suvaq etmiş, işıq işlərini görmüşdür. Bunun müqabilində Elmar ona 280 manat verməli olsa da, cəmi 80 manatı vermiş, 200 manatı isə verməmişdir. O, həmin evdə işləri görməmişdən öncə bəzi işlərin hazır olduğunun şahidi olmuşdur, məsələn isti döşəmə tam hazır idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iddiaçını əvvəllər tanımasa da, iddiaçının bir otaqlı mənzilinin yanında usta qismində işləyərkən, iddiaçı ona yaxınlaşaraq tanış olmuş və evində bəzi təmir işlərini görməsini xahiş etmişdir. O, iddiaçı ilə razılaşmış və sonuncunun bir otaqlı evinə gəldikdə görmüşdür ki, evdə təmir işlərini aparılsa da, tam yekunlaşmayıb. İddiaçı ona tavanın alçıpanının əyri və keyfiyyətsiz vurulduğunu bildirərək,sökülüb yenidən vurulmasını istəmişdir. O, tavanın alçıpanını söküb yenidən vuraraq 180 manat, elektrik işlərini tamamlayaraq 200 manat və divarların yenidən suvaqlanmasına görə 300 manat pul almışdır. Əlavə olaraq bildirmişdir ki, santexnik xəttləri çəkilsə də, çıxışları qoyulmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1509/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1509/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver