Məhkəmə qərarları › İş №2(067)-1517/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1517/2020

21.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1517/2020 21.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Azərişıq” X2rşı “Mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneəçiliklərin aradan qaldırılması, elektrik enerjisinin bərpa edilməsi və götürülmüş sayğacın geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azərişıq” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azərişıq” X1suz hərəkətləri nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən obyektinə verilmiş işığın bərpa edilməsi, cavabdeh “Azərişıq” X3 vəzifəli şəxslərinin ona qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətinin müəyyənləşdirilməsi, “Azərişıq” X5 tərəfindən çıxarılmış sayğacın geri qaytarılması və ona vurulmuş mənəvi zərərə görə 6000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Azərişıq” X1suz hərəkətləri nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən obyektinə verilmiş işığın bərpa edilməsi, cavabdeh “Azərişıq” X3 vəzifəli şəxslərinin ona qarşı törətdikləri qanunsuz hərəkətlərinin qarşısının alınması, cavabdehin istehlakçının hüquq və azadlıqlarını pozan hərəkətləri ilə bağlı məsuliyyətinin müəyyənləşdirilməsi, “Azərişıq” X5 tərəfindən çıxarılmış sayğacın geri qaytarılması və ona vurulmuş maddi və mənəvi zərərə görə 10.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh “Azərişıq” X3 nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh “Azərişıq” X3 münayəndəsi məhkəməyə vəsatət göndərərək İddiaçı cavabdeh “Azərişıq” X2rşı “Mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneəçiliklərin aradan qaldırılması, elektrik enerjisinin bərpa edilməsi və götürülmüş sayğacın geri qaytarılması, mənəvi ziyanın ödənilməsi tələbi»nə dair mülki işin ərazi və məhkəmə aidiyyəti üzrə cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla aidiyyəti məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki işin baxılması Xaçmaz rayon məhkəməsinə aid deyildir. Belə ki, iş üzrə materiallarından görünür ki, iş üzrə iddianın predmeti ticarət obyekti kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsi olmaqla həmin obyekt ticarət obyekti kimi halhazırda fəaliyyət göstərir. Göründüyü kimi mübahisəli hüquq münasibətləri tərəflərin sahibkarlıq və iqtisadi münasibətləri zəminində yaranmışdır. İşin bu halı iddia ərizəsinə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2.-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəlləinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsasaən məhkəmə hesab edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisə olmaqla hazırki mülki işin baxılmasının aidiyyəti Xaçmaz rayon məhkəməsinə deyil, Sumqayıt Kommersiya məhkəməsinə aid olduğundan mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-32, 44.2.2, 45, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərişıq” X2rşı “Mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneəçiliklərin aradan qaldırılması, elektrik enerjisinin bərpa edilməsi və götürülmüş sayğacın geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddiası üzrə mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar