Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1527/2024 08.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdeh qarşı əmlak hüquqlarının tanınması tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon, Zağlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinə dair əmlak hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, iddiaçının iddia etdiyi mübahisəli əmlak Şabran rayon Zağlı kəndində yerləşir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı Cavabdeh qarşı əmlak hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 261 manat dövlət rüsumu (qəbz № 14147) iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1527/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1527/2024
08.04.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver