Məhkəmə qərarları › İş №2(067)-154/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-154/2024

16.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-154/2024 16.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh isə işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçı tərəfin işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki iş materiallarından görünür ki, ərizəyə 200 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanıldığından, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə **********2 №-li qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu və xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar