Məhkəmə qərarları › İş №2(067)-1540/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1540/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1540/2023 06.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4200 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh yaxın qohumu Azər Savalanova bildirmişdir ki, İddiaçı ona 4200 ABŞ dolları borcu var, amma vermir. Ona görə də pulun alınmasını ona həvalə etmişdir. Azər də İddiaçı qardaşı Əzizlə telefon danışığı zamanı bildirmişdir ki, qardaşı Yaqutun Cavabdeh 4200 ABŞ dollar borcu vardır. O, pulu vermək lazımdır. Əziz Əzizov ondan heç nə soruşmadan bank vasitəsi ilə Azərə 4200 ABŞ dolları göndərmişdir. Azərin dediyinə görə həmin pulu alıb Aydına vermişdir. Onun cavabdehə 4200 yox 1050 ABŞ dolları borcu olmuşdur. Aydın onun 16 il Azərbaycanda olmadığından istifadə edərək Əziz Əzizovdan 4200 ABŞ dollarını saxtakarlıq yolu ilə mənimsəmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmədən tələbi odur ki, iş ətraflı araşdırılması üçün istintaqa göndərilsin. İş üzrə sübutlar toplanıb cinayət işi məhkəməyə göndərilməlidir. Cavabdehin qohumu onun qardaşına Vilnüs şəhərinə zəng edib demişdir ki, guya onun Aydına 4200 ABŞ dolları borcu var, onu bank vasitəsi ilə göndər. Qardaşı da 4200 ABŞ dolları cavabdehin qohumu Azər Savalanova göndərmişdir. Bundan onun xəbəri olmayıb, həmin vaxt o, Polşada olmuşdur. Cavabdehin barəsində Xaçmaz RPŞ-nə müraciət etmişdir ki, cinayət işi başlanılsın. Azər Savalanov polisdə etiraf etmişdir ki, pulu onun qardaşından alıb cavabdehə verib. Sübutedici material bu qərarda var. Məhkəmə iclasında cavabdeh iddiaçının qardaşının ona pul verməsini etiraf etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh 4200 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə iclasında işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək istintaqa qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar