Məhkəmə qərarları › İş №2(067)-1543/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1543/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1543/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı X4 cavabdeh X1 qarşı «Kredit borcunun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit xətti müqaviləsinə əsasən 2095,11 manat əsas, 746,85 manat faiz borcu olmaqla cəmi 2841,96 03 manat məbləğində borcun, xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən 6547,84 manat əsas, 1665,75 manat faiz borcu olmaqla cəmi 8213,59 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı X4 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmalarına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İş üzrə İddiaçı X5 problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsnin rəisi məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 53 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Eləcə də İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən 27,84 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan bordunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixə İddiaçı ASJ-yə xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit müqaviləsinə əsasən 2095,11 manat əsas, 746,85 manat faiz, cəmi 2841 manat borcu, xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən 6547,84 manat əsas, 1665,75 manat faiz borcu olmaqla cəmi 8213,59 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlər, kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla Cavabdeh xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit xətti müqaviləsinə əsasən 2095,11 manat əsas, 746,85 manat faiz borcu olmaqla cəmi 2841,96 03 manat məbləğində borcun, xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən 6547,84 manat əsas, 1665,75 manat faiz borcu olmaqla cəmi 8213,59 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı X4 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit müqaviləsinin və ödəniş qrafikinin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 53 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borclu müəyyən olunmuş müddətdə krediti və ona hesablanmış faizləri ödəmək barədə üzərinə öhdəlik götürmüşür. İş materiallarında olan İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinin və ödəniş qrafikinin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borclu müəyyən olunmuş müddətdə krediti və ona hesablanmış faizdəri öləmək barədə üzərinə öhdəlik götürmüşür. İş materiallarında olan İddiaçı X4 Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli, 16/2198 nömrəli bildirişdən görünür ki, cavabdeh müqavilələr üzrə borc məbləğlərinin ödənilməsini təmin etməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxx 2020-cu il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı X8 cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı ASJ-nin xx.xx.2020-ci il tarixli, 135000/546 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı X6 xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit müqaviləsi üzrə 2095,11 manat əsas, 746,85 manat faiz borcu olmaqla cəmi borcu 2841,96 manat, xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsi üzrə əsas borcu 6547,84 manat, faiz borcu 1665,75 manat olmaqla cəmi borcu 8213,59 manat təşkil edir. İş materiallarında olan AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan REspublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan tam təmin edilməli və Cavabdeh xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit xətti müqaviləsinə əsasən 2095,11 manat əsas, 746,85 manat faiz borcu olmaqla cəmi 2841,96 manat məbləğində borc, xx xxxxxxx 2018ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən 6547,84 manat əsas, 1665,75 manat faiz borcu olmaqla cəmi 8213,59 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı X4 xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx xxxx 2018-ci il tarixli, **********01944117 nömrəli kredit xətti müqaviləsinə əsasən 2095,11 manat (iki min doxsan beş manat on bir qəpik) əsas, 746,85 manat (yeddi yüz qırx altı manat səksən beş qəpik) faiz borcu olmaqla cəmi 2841,96 manat (iki min səkkiz yüz qırx bir manat doxsan altı qəpik) məbləğində borc, xx xxxxxxx 2018-ci il tarixli, 117CLM30318172AA nömrəli kredit müqaviləsinə əsasən 6547,84 manat (altı min beş yüz qırx yeddi manat səksən dörd qəpik) əsas, 1665,75 manat (bir min altı yüz altmış beş manat yetmiş beş qəpik) faiz borcu olmaqla cəmi 8213,59 manat (səkkiz min iki yüz on üç manat əlli doqquz qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı X4 xeyrinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar