Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1548/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işəXaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zərərin əvəzi olan 450 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin **********76 reyestrli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********76 reyestrli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu, Qarğalıq kəndində Xaçmaz rayon Qalağan Bələdiyyəsinə məxsus 33.0 ha və 17.0 ha torpaq sahəsini 50 (əlli) il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsində arpa əkmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus malqaranı onun əkin sahəsinə buraxaraq ona maddi ziyan vurmuşdur. Bu barədə o, Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma aparılmış, cavabdehlər mal-qaranı əkin sahəsinə buraxdıqlarını etiraf etmiş, daha sonra isə digər Cavabdeh2 etdiyi əməldən boyun qaçırmışdır. Mütəxəssislərin iştirakı ilə təhqiqatçının sorğusuna cavab olaraq əkin sahəsinə baxış keçirilmiş və xx.xx.2020-ci il tarixində akt tərtib edilmişdir. Həmin Akta əsasən onun əkin sahəsinə məlum olmuşdur ki, həqiqətən onun əkin sahəsinə iri-və xırda buynuzlu mal-qara əkin sahəsinə ziyan vurmuşdur. Nəticədə 1.5 ton arpa 0.30 qəpik dəyərində hesablanmaqla ona 450 manat ziyan dəymişdir. Dəfələrlə cavabdehlərə ziyanın ödəniməsi barədə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamış, ziyanı ödəməkdən imtina etmişdilər.Cavabdehlər tərəfindən ona 450 manat məbləğində ziyan dəyməsinin tələbi ilə əlaqadar mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, onun, torpaq sahəsi iddiaçının torpaq sahəsinin qonşuluğunda deyildir. O, mal-qaranı onun əkin sahəsinə buraxmamış və iddiaçıya heç bir ziyan vurmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək, digər cavabdehlə eyni izahat verərək göstərmişdir ki, onların, torpaq sahəsi iddiaçının torpaq sahəsinin qonşuluğunda deyildir. O, mal-qaranı onun əkin sahəsinə buraxmamış və iddiaçıya heç bir ziyan vurmamışlar. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qalağan bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli Aktdan müəyyən olunur ki,iddiaçıya məxsus Xaçmaz Rayon Qalağan kəndi ərazisində icarəyə götürdüyü torpaq sahəsində arpa əkmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xırda və iri buynuzlu mal-qaranı onun əkin sahəsinə buraxaraq ona ziyan vurmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, iddiaçı Xaçmaz rayon Polis Şöbəsi ərizə ilə müraciət edərək cavabdehlərin onun əkin sahəsinə ziyan vurduqlarını bildiirşmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin **********76 reyestrli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********76 reyestrli, ********** qeydiyyat nömrəli Çıxarışlardan müəyyən olunur ki, iddiaçı Xaçmaz rayonu, Qarğalıq kəndində Xaçmaz rayon Qalağan Bələdiyyəsinə məxsus 33.0 ha və 17.0 ha torpaq sahəsini 50 (əlli) il müddətinə icarəyə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını, cavabdehlərin iddiaçı qarşısında öhdəliklərinin yaranmasını şərtləndirən hüquqi faktların olması müəyyən edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı tərəfindən cavabdehlərin iri-və xırda buynuzlu mal-qaranı onun əkin sahəsinə buraxmaqla 450 manat məbləğində maddi ziyan vurmalarını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzi olan 450 (dörd yüz əlli) manat pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən 1 ay müddətinə Xacmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1548/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1548/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver