Məhkəmə qərarları › İş №2(067)-1555/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1555/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1555/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-913\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü Anarın yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 913\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ona ödənilən aliment uşağın maddi təlabatını ödəmir. Özü heç yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh hərbiçidir və onun yüksək məbləğdə aliment ödəməyə maddi imkanları vardır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 150 manat çox cüzidir. Hazırkii vəziyyətdə uşağın ehtiyaclarını ödəyə bilmir. Onun ehtiyaclarının ödənilməsi üçün alimentin miqdarı ən azından 250 manat həddində müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı onun qızıdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-913/2021 saylı qətnaməsi ilə məhkəmənin xx.xx.2018-ci il tarixli 2(067)-1095/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahlarından olan uşaqları Ayanın saxlanılması üçün cavabdehdən hər ay 150 manat alimentin tutulması qət edilib. Cavabdeh 150 manat alimenti ödəsə də, bu məbləğlə uşağı saxlamaq çətindir, çünki istehlak qiymətləri qalxıb, qızı uşağı üçün qida, geyim əşyaları, məktəb ləvazimatları almaqda çox çətinlik çəkir. Ona görə qızı məhkəmədə iddia qaldırıb. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, bir neçə aydır ki, yeni ailə qurmuşdur. 150 manat alimenti çətinliklə ödəyir. İddiaçıya 150 manatdan artıq aliment ödəyə bilmir, çünki 150 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Yeni ailəsini də dolandırmalıdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin tələb hissəsindən görünür ki, cavabdehdən 30 oktyabr 2015-ci il təvəllüdlü Anarın yetkinlik yaşına çatmayan övladına görə aliment pul tələb olunur. Halbuki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehin Anar adlı övladları yoxdur. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar