Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1557/2020 07.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, cavabdeh Abşeron rayonu X2 Dairəsi, Qobu qəsəbəsi Cabbar Cabbarlı küçəsi ev 67-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-cü maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyilsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, cavabdeh Abşeron rayonu X2 Dairəsi , Qobu qəsəbəsi Cabbar Cabbarlı küçəsi ev 67 ünvanında qeydiyyatda olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1557/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1557/2020
07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver