Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1559/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Borc tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan aldığı 5600 manat borc puldan ödənilməmiş qalan 4200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 4230 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 1993-cü ildən Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğuldur. İş üzrə Cavabdeh da həmin mərkəzdə alver edir. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh ona müraciət edərək evini təmir etdirmək üçün ona pul lazım olduğunu və əvəzində pensiya kartını, sosial yardım kartını girov qoyacağını, həm də bazarda ona hər gün 10 manatdan pul ödəyəcəyini bildirmişdir. Onda həmin gün 3600 manat pul olmuş və həmin pulu cavabdehə borc vermişdir. Bir ayın tamamında cavabdeh işlərinin yarımçıq qaldığını deyərək ondan 1200 manat da əlavə borc almışdır. Sonra da əlavə olaraq xx xxxxxx 2019-cu il tarixdə 750 manat, daha sonra yenə 100 manat və 150 manat borc pul almışdır. Həmin ərəfədə cavabdeh ona hər gün 10 manatdan pul ödəmiş, 1 kartdan 1 ay 175 manat, digər kartdan 130 manat pul çıxarmış, 2 ay sonra sosial kartının vaxtı bitmişdir. 130 manatlıq kartı da evində söz-söhbət düşdüyünü bəhanə edərək yanvar ayında bağlatmışdır. Beləliklə cavabdeh ona xx xxxxxxx 2019-cuildən xx xxxxxx 2019-cu il tarixə qədər 600 manat pul ödəmişdir. Cavabdehin kartlarından o, 1 ay 175 manat, 2 ay 130 mana pul almışdır. Yanvar ayında cavabdeh xəstəliyə tutulduğunu, hələlik pul ödəyə bilməyəcəyin ibildirməklə ondan möhlət istəmişdir. Yanvar-fevral aylarında cavabdeh heç bir ödəniş etməmiş, nəhayət mart ayında pullarını cavabdehdən tələb etdikdə mart ayının 5-dən cavabdeh ona hərgün 5 manat pul ödəməyə başlamışdır. Nəhayət cavabdeh 05 mart tarixindən 30 aprel tarixinə kimi ara günlər yayınmaqla 365 manat pul ödəniş etmiş və yenidən ondan vaxt istəmiş, bankdan pul alaraq pullarını bir dəfəyə qaytaracağını demişdir. Beləliklə keçən müddət ərzəndə cavabdeh ona borclu olduğu ümumilikdə 5600 puldan cəmi 1400 manatını qaytarmış, 4200 manatını isə dəfələrlə tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə qaytarmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh ondan aldığı 5600 manat borc puldan ödənilməmiş qalan 4200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 4230 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı uzun müddətdir ki, tanıyır. İddiaçı məhkəmədə ona qarşı borc tələbinə dair iddia qaldıraraq ondan aldığı 5600 manat borc puldan ödənilməmiş qalan 4200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, cəmi 4230 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının iddia tələbini qanunsuz və əsassız hesab edir. O, iddiaçıdan 2019-cu ilin dekabr ayında yalnız 750 manat borc pul alıb, həmin puldan əlavə ona 50 manat artıq qaytaracağına söz vermişdir. Həmin pulu aldıqdan sonra hər gün bazarda alver edib qazandığı puldan 5 manat ödəyəcəyinə və pensiya kartını ona verəcəyinə söz verib, vədinə əməl etmişdir. İddiaçıya həmin pulun 260 manatını pensiya kartı ilə iki aya, 150 manatını gündəlik 5 manat olmaqla ödəmişdir. 2020-ci ilin mart ayında aralarında baş verən narazılığa görə banka ərizə verib kartı bağlatdırmışdır. Daha sonra üç aya gündəlik 5 manat ödəyib, cavabdehə 450 manat verməklə həmin puldan 710 manat pulu qaytarmış və hal-hazırda caabdehə söz verdiyi əlavə 50 manatla birlikdə 90 manat borcu qalmışdır. Beləliklə o, cavabdehdən ümumilikdə 750 manat borc pul almaqla həmin pulun 710 manatını iddiaçıya qaytarmışdır. İddiaçı hazırda ondan əsassız olaraq faizə hesablayaraq artıq pul tələb edir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi şahid X4 göstərdiki, iş üzrə İddiaçı onun doğma anasıdır. Anası İddiaçı Xaçmaz rayon “Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğu lolur. İş üzrə Cavabdeh da həmin Mərkəzdə alver edir. xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh anası İddiaçı müraciət edərək evini təmir etdirmək üçün pul lazım olduğunu və əvəzində pensiya kartını, sosial yardım kartını girov qoyacağını, həm də bazarda hər gün 10 manatdan pul ödəyəcəyini bildirmişdir. Anasında həmin gün 3600 manat pul olmuş və həmin pulu cavabdehə borc vermişdir. Bir ayın tamamında cavabdeh işlərinin yarımçıq qaldığını deyərək anasından 1200 manat da borc almışdır. Sonra da əlavə olaraq xx xxxxxx 2019-cu il tarixdə 750 manat, daha sonra yenə 100 manat və 150 manat borc pul almışdır. Həmin ərəfədə cavabdeh anasına hər gün 10 manatdan pul ödəmiş, anası 1 kartdan 1 ay 175 manat, digər kartdan 130 manat pul çıxarmış, 2 ay sonra sosial kartın vaxtı bitmişdir. Cavabdeh 130 manatlıq kartı da evində söz-söhbət düşdüyünü bəhanə edərək yanvar ayında bağlatmışdır. Beləliklə cavabdeh anası İddiaçı xx xxxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixə qədər 600 manat pul ödəmişdir. Cavabdehin kartlarından anası 1 ay 175 manat, 2 ay 130 manat pul almışdır. Yanvar ayında cavabdeh xəstəliyə tutulduğunu, hələlik pul ödəyə bilməyəcəyini bildirməklə anasından möhlət istəmişdir. Yanvar-fevral aylarında cavabdeh heç bir ödəniş etməmiş, nəhayət mart ayında anası pullarını cavabdehdən tələb etdikdə mart ayının 5dən cavabdeh ona hər gün 5 manat pul ödəməyə başlamışdır. Nəhayət cavabdeh 05 mart tarixindən 30 aprel tarixinə kimi ara günlər yayınmaqla anasına 365 manat pul ödəniş etmişdir. Beləliklə keçən müddət ərzəndə cavabdeh anasına borclu olduğu ümumilikdə 5600 puldan cəmi 1400 manatını qaytarmış, 4200 manatını isə anası və o dəfələrlə tələb etmələrinə baxmayaraq qaytarmamışdır. O, anası İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxlarda ümumilikdə 5600 manat borc pulun verilməsində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X2 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi şahid X6 göstərdi ki, o, uzun müddətdir ki, Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində alverlə məşğuldur. İddiaçı «Arzu» Özəl Ticarət Mərkəzində onunla qonşu cərgədə alverlə məşğul olan ticarətçi kimi tanıyır. Həqiqətən İddiaçı Cavabdeh evini təmir etdirmək üçün xx xxxxxxx 2019-cu il tarixdən həmin ilin dekabr ayınadək olan dövr ərzində hissə-hissə olmaqla ümumilikdə 5600 manat borc pul vermiş, həmin pulların verilməsində o şahid olmuşdur. Sonradan cavabdeh iddiaçıya kartları vasitəsilə və nağd olaraq hissə-hissə ümumilikdə 1400 manat pul qaytarmış, 4200 manat borclu qalmışdır. İddiaçı borclu qaldığı pulu cavabdehdən dəfələrlə tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi digər şahid- Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində alverlə məşğul olan X3 şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160-13432-1720 nömrəli məktubundan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayınadək olan dövr ərzində hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 5600 manat borc pul almış, həmin puldan ona hissə-hissə olmaqla ona 1400 manatını qaytarmış, 4200 manat borclu qalmış, lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borclu qaldığı 4200 manatı ödməkdən yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh MəmmədovVüqarŞahbabaoğlu öz etirazını onunla əsaslandırmışdır ki, o, İddiaçı 2019-cu ilin dekabr ayında 750 manat məbləğində borc pul almış, həmin pulun üzərində əlavə 50 manat olmaqla ona qaytaracağını öhdəsinə götürmüş, borc aldığı 750 manatdan 710 manatını iddiaçıya qaytarmış, hal-hazırda əlavə ödəyəcəyini öhdəsinə götürdüyü 50 manatla birlikdə 90 manat borcu qalmışdır. Belə olduğu halda İddiaçı üzərinə Cavabdeh ondan 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayınadək olan dövr ərzində hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 5600 manat borc pul almasını, cavabdehin həmin puldan ona hissə-hissə olmaqla 1400 manatını qaytarmasını, 4200 manat borclu qalmasını, lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin borclu qaldığı 4200 manatı ödəməkdən yayındığını sübut etmə yükü düşür. Əksinə olaraq Cavabdeh üzərinə İddiaçı 2019-cu ilin dekabr ayında 750 manat məbləğində borc pul almasını, həmin pulun üzərində əlavə 50 manat olmaqla iddiçıya qaytaracağını öhdəsinə götürdüyünü, borc aldığı 750 manatdan 710 manatını iddiaçıya qaytardığını, hal-hazırda əlavə ödəyəcəyini öhdəsinə götürdüyü 50 manatla birlikdə iddiaçıya 90 manat borcu qalmasını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı və şahid ifadələri ilə Cavabdeh İddiaçı 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayınadək olan dövr ərzində hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 5600 manat borc pul alması, cavabdehin həmin puldan iddiaçıya hissə-hissə olmaqla 1400 manatını qaytarması, 4200 manat borclu qalması, lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin borclu qaldığı 4200 manatı iddiaçıya ödəməkdən yayınması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı 2019-cu ilin dekabr ayında 750 manat məbləğində borc pul almasını, həmin pulun üzərində əlavə 50 manat olmaqla iddiçıya qaytaracağını öhdəsinə götürdüyünü, borc aldığı 750 manatdan 710 manatını iddiaçıya qaytardığını, hal-hazırda əlavə ödəyəcəyini öhdəsinə götürdüyü 50 manatla birlikdə iddiaçıya cəmi 90 manat borcu qalmasını göstərsə də öz etirazının əsasını sübut edən sənədi və digər sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə tədqiqatı zamanı bu hallar öz təsdiqini tapmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayınadək olan dövr ərzində hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 5600 manat borc pul alması, cavabdehin həmin puldan iddiaçıya hissə-hissə olmaqla 1400 manatını qaytarması, 4200 manat borclu qalması, lakin dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin borclu qaldığı 4200 manatı iddiaçıya ödəməkdən yayınması tamamilə sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbi dövlət rüsumuna aid hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh borclu olduğu 4200 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 4230 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borclu olduğu 4200 (dörd min iki yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, cəmi 4230 (dörd min iki yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev