Məhkəmə qərarları › İş №2(067)-1562/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1562/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1562/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Borc pul tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 150.000 (bir yüz əlli min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi, tutmanın ipoteka predmetinə- Cavabdeh (ipotekaqoyan) məxsus olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına borc məbləğinin silinməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda notarial qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı aldığı 150.000 manat məbləğində borc pulu xx xxxxxx 2018-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ona məxsus olan, Xaçmazr ayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 hatorpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu məqsədlə ipotekaqoyan, Cavabdehlə İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan torpaq sahəsinin dəyəri tərəflərin razılığı ilə 160000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürdüyü borc məbləğini bu günə kimi iddiaçıya ödəməmişdir. Bu barədə dəfələrlə cavabdehə bildirilmiş, lakin bir nəticə əldə edilməmişdir. Hətta, cavabdehə xx xxxxxx 2019-cu il tarixdə pretenziya (bildiriş) göndərilmklə borclu olduğu 150.000 manat pulu xx xxxxxx 2019-cu il tarixədək ödəməsi xahiş olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh hazırki günədək iddiaçının pulunu ödəməkdən yayınmışdır. Göstərilənlərə sasən iddiaçının nümayəndəsi və vəkili olaraq iddianın təmin edilməsini, Cavabdeh 150.000 (bir yüz əlli min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı verilməsi, tutmanın ipoteka predmetinə- Cavabdeh (ipotekaqoyan) məxsus olan Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına borc məbləğinin silinməsi, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlirki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh Xaçmaz rayonunun Armudpadar kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 3M-47 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayon 1 saylı notariat Kontorunda qeyd olunan borc öhdəliyinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 150.000 manat məbləğində borc pul vermş, Cavabdeh aldığı borc pulu xx xxxxxx 2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 50 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixli, 3M-47 reyestr nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 3M-47 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən RX seriyalı, ******* nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 150.000 manat pulu xx xxxxxx 2019-cu il tarixədək ödəməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və borcun ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda notarial qaydada kredit müqavilələsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh ondan aldığı 150.000 manat məbləğində borc pulu xx xxxxxx 2018-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, qeyd edilən kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ona məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Bu məqsədlə ipoteka qoyan, Cavabdehlə onun arasında xx xxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti olan torpaq sahəsinin dəyəri tərəflərin razılığı ilə 150000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürdüyü borc məbləğini bu günə kimi ona ödəməmişdir. Bu barədə dəfələrlə cavabdehə bildirilmiş, lakin bir nəticə əldə edilməmişdir. Hətta, cavabdehə xx xxxxxx 2019-cu il tarixdə pretenziya (bildiriş) göndərilməklə borclu olduğu 150.000 manat pulu xx xxxxxx 2019-cu il tarixədək ödəməsi xahiş olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh hazırki günədək iddiaçının pulunu ödəməkdən yayınmışdır. Belə olduğu halda iddiaçı Ağamövlanqov Zamiq İkram oğlunun üzərinə Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərtilə 150.000 manat məbləğində borc pul verməsini, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək onun borc verdiyi məbləği hazıradək qaytarmadığınısübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə Cavabdeh həqiqətən də xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontorunda təsdiq edilmiş kredit (borc) müqaviləsinə əsasən İddiaçı 150.000 manat məbləğində borc pul alması, aldığı 150.000 manat pulu xx xxxxxx 2018-ci il tarixədək iddiaçıya ödəyəcəyi barədə üzərinə öhdəlik götürməsi, borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə özünə məxsus Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsini ipoteka ilə yüklü etməsi, lakin müəyyən edilmiş müddət keçməsinə və iddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi və hazırki günədək borclu olduğu məbləği iddiaçıya qaytarmadığı öz təsdiqini tapmış və sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı borc pulu müəyyən edilmiş müddətdə iddiaçıya qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliyini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əçsasən verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə ecikdirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə- Cavabdeh xx xxxxxx 2018-ci il tarixə qədər icra etməli olduğu öhdəliyi vaxtında icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka saxlayan kimi iddiaçının borcun ipoteka predmetlərinə yönəldilməklə, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması ilə tutulmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləninn 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi Cavabdeh kredit borcunun təminatı olduğundan, borclu Cavabdeh ipoteka ilə təmin edilmiş borcunun ödənilməsini təmin etmədiyindən, İddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbi dövlət rüsumuna aid hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 150.000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməli, tutma ipoteka predmetinə- Cavabdeh (ipoteka qoyan) məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracdan satılmalı və əldə edilən pul vəsaiti hesabına borc məbləği silinməli, ipoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğ borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsi təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin.

1. Cavabdeh 150.000 (bir yüz əlli min) manat pul, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin.

2. Tutma ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh (ipoteka qoyan) məxsus olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsinə yönəldilsin.

3. İpoteka ilə yüklü edilmiş əmlak olan, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən 0,16 ha torpaq sahəsi açıq hərracda satılsın və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına Cavabdeh İddiaçı olan borcu ödənilsin.

4. İpoteka predmetinin açıq hərracdan satılması nəticəsində əldə ediləcək məbləğ borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi təqdirdə qalıq borc məbləğinin Cavabdeh vəsaiti hesabına ödənilməsi təmin edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar