Məhkəmə qərarları › İş №2(067)-1565/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1565/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1565/2024 08.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 5000 (beş min) manat pul və ödədiyi 36 manat dövlət rüsümu alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşu həmkəndlisi kimi tanıyır və onunla münasibətləri normal olmuşdur. Cavabdeh 2023-cü ilin əvvəlində ondan borc pul olaraq 5000 manat istəmiş və pulu 7 ay müddətinə yəni, xx.xx.2023-cü il tarixdə qaytaracağına vəd vermişdir. Bu məqsədlə də o, cavabdehə istədiyi pulu yəni, 5000 manatı xx.xx.2023-cü il tarixdə borc vermiş, hətta pulu verərkən bu barədə cavabdeh Məmmədov O rxan Rasim oğlu ilə aralarında natorial kredit müqaviləsi tərtib olunmuşdur. Onlar hər ikisi natorial kredit müqaviləsini imza etmiş və notarius tərəfindən möhürlə təsdiq edilmişdir. Natorial kredit müqaviləsində qeyd edilmiş müddət tamam olduqda o, cavabdehə borc aldığı pulu qaytarmasını bildirmişdir. Lakin cavabdeh ondan yenə də pulun qaytarması üçün müəyyən müddət istəmişdir. Müəyyən müddət keçdikdən sonra ümumiyyətlə onunla əlaqəni kəsmişdir. O, məcburiyyət qarşısında qalaraq ona yaşadığı ünvana pretenziya yollamış, lakin bunun da nəticəsi olmamışdır. Cavabdeh hal-hazıra kimi onun pulunu qaytarmaqdan boyun qaçırır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, müxtəlif bahənalər gətirərək qaytarmaqdan yayınır. Cavabdehin pulu qaytarmağa hər cür imkanı vardır, lakin o, qaytarmaq istəmir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə Cavabdeh Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 09 may 2024-cü il tarixli müraciət ərizəsi ilə iddia ərizəsinin yalan ifadələr üzrə təqdim olunduğunu bildirməklə həmin ərizənin ətraflı araşdırılması üçün Prokurorluğa yönləndirilməsini xahiş etmişdir. Bundan əlavə ərizəsində İddiaçı qanunsuz iş fəaliyyəti ilə, yəni faizlə borca pul verməklə məşğul olduğunu, aralarında sözügedən kredit müqaviləsini imzalayıb notariat ofisindən çıxdıqdan dərhal sonra verdiyi 5000 manat pulu ondan geri aldığını qeyd etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ondan 5000 manat borc pul götürmüş, lakin borcunu ödəməkdən boyun qaçıraraq bu günə kimi borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh ödəmiş olduğu 500 manat pul ona borc olaraq verdiyi 5000 manata aid deyil. Belə ki, 5000 manat puldan əlavə də cavabdeh ondan 650 manat borc almışdır. Həmin puldan isə 500 manatı qaytarmış, 150 manat isə borclu qalmışdır. Cavabdehin borclu olduğu 5000 manat pulun ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçıdan borc olaraq götürdüyü 5000 manat puldan 500 manat qaytarmış və bir il müddətində hər ay 700 manat pulu iddiaçının kartına köçürmüşdür. Anası xəstə olduğuna görə borcunun qalan hissəsini qaytara bilməmişdir. İddiaçı Xudat Polis Şöbəsinə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayon 1 Saylı Notariat Ofisində 13 yanvar 2023-cü ildə bağlanmış Kredit müqaviləsindən müəyyən olunur ki, borc verən İddiaçı borc alan Cavabdeh 5000 (beş min) manat məbləğində pul borc vermişdir. Borc alan Cavabdeh krediti 20 aprel 2023-cü il tarixinədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri öödəmədikdə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh 5000 (beş min) manat borcunu 20 gün müddətində ödəməyi tələb etmiş, əks halda həmin vəsaitin tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. 05 aprel 2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə olan halda İddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş Kredit müqaviləsi bağlanmışdır. Bununla da, İddiaçı tərəfindən 13 yanvar 2023-cü il tarixdə Cavabdeh 5000 (beş min) manat pulun borca verilməsi təsdiq olunur. Cavabdeh həmin pulun qaytarılmasına dair məhkəmə iclasında izahat versə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədiyinə görə borc ödənilməmiş hesab edilir. Belə olan halda iddia təmin edilməli və Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar