Məhkəmə qərarları › İş №2(067)-1571/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1571/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1571/2020 18.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı, Cavabdeh X3 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı “Borc tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 ondan aldığı 2600 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdiki, o, ailəüzvləriiləbirlikdəünvan 1 ünvanında yaşayır. Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində toxum və ərzaq ticarəti ilə məşğul olur. İş üzrə cavabdeh X7 həmin bazarda süd məhsulları satmaqla məşğul olur. Zülfiyyə İsrafilova həmişə onunla alış-veriş etmiş, hətta bir dəfə ondan borc pul almış və üstündən bir ay keçməmiş qaytarmışdır. 2019-cu ilin mart ayının 27-də cavabdeh Zülfiyyə İsrafilova ona müraciət edərək bir aya qaytarmaq şərtiilə ona 2600 manat borc pul verməsini xahiş etmişdir. O da etiraz etməyərək həmin tarixdə cavabdehə 2600 manat pulu sonuncunun əri Siracəddin İsrafilovun yanında borc vermişdir. O, cavabdehdən güvənlik üçün zəmanət yazıb verməsini xahiş etmiş, cavabdeh etiraz etməyərək qeyd olunan tarixdə həqiqətən ondan bir aylıq 2600 manat borc pul alması barədə iltizam yazıb imzalayaraq ona vermiş, həmin iltizama cavabdehin əri Siracəddin İsrafilov da imza etmişdir. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, həmin vaxtdan bir ildən çox müddət keçməsinə baxmayaraq onun borcunu hal-hazıradək qaytarmamışdır. Dəfələrlə cavabdehə zəng edərək və işlədiyi Xaçmaz rayonunun Cığatay kəndindəki fermaya gedib onunla görüşərək borc aldığı pulu qaytarmasını tələb etsə də cavabdeh borclu olduğu pulu qaytarmamışdır. Hətta oğlu Əfqan Ramazanov da bir neçə dəfə cavabdehin yanına gedib pulu qaytarmasını xahiş etmiş, lakin bütün bunların heç bir müsbət nəticəsi olmamış və cavabdeh hər dəfə pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, cavabdeh X2 ondan aldığı 2600 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edur. Məhkəmə iclasında dindirilən cavabdeh X7i ddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı uzun müddətdir ki, tanıyır. Onlar Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğul olurlar. İddiaçı məhkəmədə ona qarşı borc tələbinə dair iddia qaldıraraq ondan aldığı 2600 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının iddia tələbini qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı ona faizilə 2600 manat pul vermiş və hər ay iddiaçının faiz borcunu qaytarmışdır. Bundan əlavə iddiaçıya hər ay faiz borcu verərkən əlavə olaraq 300, 200, 500, 300, 300 manat pul da ödəmişdir ki, borcu azalsın. İddiaçı onun hissə-hissə verdiyi 1600 manat pulu hazırda etiraf etmir. İddiaçı ilə onun heç bir alış-verişi, şərikliyi olmamışdır. Buradan açıq-aydın bilinir ki, iddiaçı ona pulu faizlə vermişdir. O, iddiaçının borcunu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. Onun hazırda iddiaçıya borcu qalmamışdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının təqdim etdiyi şahid X8 göstərdi ki, iş üzrə İddiaçı onun doğma anasıdır. Anası İddiaçı Xaçmaz rayon “Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğul olur. X6 həmin bazarda süd məhsulları satmaqla məşğul olur. Cavabdeh Zülfiyyə İsrafilova həmişə anası İddiaçı ilə alış-veriş etmiş, hətta bir dəfə anasından borc pul almış və üstündən bir ay keçməmiş qaytarmışdır. 2019-cu ilin mart ayının 27-də cavabdeh Zülfiyyə İsrafilova anası İddiaçı müraciət edərək bir aya qaytarmaq şərti ilə ona 2600 manat borc pul verməsini xahiş etmişdir. Anası da cavabdehi tanıdığı və aralarında münasibətlər yaxşı olduğu üçün etiraz etməyərək həmin tarixdə cavabdehə 2600 manat pulu sonuncunun əri Siracəddin İsrafilovun yanında borc vermişdir. Anası Ceyran cavabdehdən güvənlik üçün zəmanət yazıb verməsini xahiş etmiş, cavabdeh etiraz etməyərək qeyd olunan tarixdə həqiqətən anasından 1 aylıq 2600 manat borc pul alması barədə iltizam yazıb imzalayaraq ona vermiş, həmin iltizama cavabdehin əri Siracəddin İsrafilov da imza etmişdir. Lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, həmin vaxtdan bir ildən çox müddət keçməsinə baxmayaraq onun borcunu qaytarmamışdır. Anası dəfələrlə cavabdehə zəng edərək və işlədiyi Xaçmaz rayonunun Cığatay kəndindəki fermaya gedib onunla görüşərək borc aldığı pulu qaytarmasını tələb etsə də cavabdeh borclu olduğu pulu qaytarmamışdır. Hətta anasının tapşırığı əsasında o da bir neçə dəfə cavabdehin yanına gedib pulu qaytarmasını xahiş etmiş, lakin bütün bunların heç bir müsbət nəticəsi olmamış və cavabdeh hər dəfə pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi şahid X9 göstərdiki, o, uzun müddətdir ki, Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində ticarətlə məşğuldur. İddiaçı «Arzu» Özəl Ticarət Mərkəzində onunla qonşu cərgədə ticarətlə məşğul olan ticarətçi kimi tanıyır. Həqiqətən İddiaçı cavabdeh X5 onun iştirakı və vasitəçiliyi ilə xx xxxx 2019-cu il tarixdə 1 aya qaytarmaq şərtilə 2600 manat borc pul vermiş, cavabdeh əri Siracəddin İsrafilovun iştirakı ilə iddiaçıya iltizam yazıb verərək həmin pulu 1 ay ərizində iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Sonradan cavabdeh həmin vaxt tamam olmasına baxmayaraq borc aldığı pulu qaytarmamış, borc aldığı gündən 1 ildən çox müddət keçməsinə və iddiaçı dəfələrlə ondan tələb etməsinə baxmayaraq müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Məhkəmə tərəflərini zahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlirki, iddia təmin edilməlidir. Beləki, mülki işə əlavə edilmiş Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160-13432-1720 nömrəli məktubundan görünür ki, cavabdeh X1 şəhəri, Mehmandarov küçəsi ev 34 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş pul öhdəliyinə dair sənəddən görünür ki, iş üzrə cavabdeh X7 xx xxxx 2019-cu il tarixdə öz xətti ilə yazaraq İddiaçı 1 aylıq 2600 manat borc pul almasını qeyd etmiş, iltizama o və əri Siracəddin İsrafilov imza etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ondan xx xxxx 2019-cu il tarixdə 1 aya qaytarmaq şərtilə 2600 manat borc pul almış, lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığın gündən 1 ildən artıq müddət keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borc aldığı 2600 manat pulu hal-hazıradək qaytarmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh X7 öz etirazını onunla əsaslandırmışdır ki, o, İddiaçı 2019-cu ilin mart ayının 27-də faizlə 2600 manat borc pul almış və aldığı həmin 2600 manat borc pulu faizi ilə birlikdə artıqlaması ilə ödəmişdir. Hal-hazırda onun iddiaçıya borcu qalmamışdır. Belə olduğu halda İddiaçı üzərinə cavabdeh X4 ondan xx xxxx 2019-cu il tarixdə 1 aya qaytarmaq şərtilə 2600 manat borc pul almasını, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığın gündən 1 ildən artıq müddət keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq borc aldığı 2600 manat pulu hal-hazıradək qaytarmamasını sübut etmə yükü düşür. Əksinə olaraq cavabdeh X4 üzərinə İddiaçı 2019-cu ilin mart ayının 27-də faizlə 2600 manat borc pul almasını və aldığı həmin 2600 manat borc pulu faizi ilə birlikdə artıqlaması ilə iddiaçıya ödəməsini, hal-hazırda onun iddiaçıya borcu qalmamasını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı, iş materiallarında olan pul öhdəliyinə dair iltizam şəkilli sənəd və şahid ifadələri ilə cavabdeh X4 həqiqətən də xx xxxx 2019-cu il tarixdə 1 ay müddətə qaytarmaq şərti ilə 2600 manat məbləğində borc pul alması, lakin sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı həmin 2600 manat pulu dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıradək iddiaçıya qaytarmaması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdeh X7 İddiaçı 2019-cu ilin mart ayının 27-də faizlə 2600 manat borc pul almasını, aldığı borc pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmasını göstərsə də öz etirazının əsasını sübut edən sənədi və digər sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə tədqiqatı zamanı bu hallar öz təsdiqini tapmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh X4 həqiqətən də xx xxxx 2019-cu il tarixdə 1 ay müddətə qaytarmaq şərti ilə 2600 manat məbləğində borc pul alması, lakin sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı həmin 2600 manat pulu dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıradək iddiaçıya qaytarmaması tamamilə sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbi dövlət rüsumuna aid hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə cavabdeh X2 borclu olduğu 2600 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manatalınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X2 borclu olduğu 2600 (iki min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar