Məhkəmə qərarları › İş №2(067)-1577/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1577/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1577/2022 09.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 02 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 200 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun qaynanası olub. O, cavabdehin oğlu X3 ilə ailə qurmuşdur. Birgə nikahdan 02 may 2014-cü il təvəllüdlü X2 anadan olub. Xasiyyətləri uyğun gəlməməsi ailə münasibətləri pozulmuş və ər-arvad kimi bir yerdə yaşamalarını davam etdirmək mümkün olmamışdır. Xaçmaz rayon məhkəməsi 2(067)-3372/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşağın yetkinlik yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin məhkəmənin qət etdiyi həmin aliment onu qane etmir. Uşağın 8 yaşı var və o, anasının himayəsindədir. Qətnamədə qeyd edilmiş 50 manat aliment onun heç bir tələbatını ödəmir. Cavabdeh nəvəsi ilə heç maraqlanmır. Ölkədə ərzaq məhsulları və digər əşyaların qiymətləri artıb, kommunal xərclər qalxıb. Ona görə də uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh uşaqların saxlanması üçün əlavə heç bir köməklik etmir. O, Xaçmaz rayon Çiləgir kənd orta məktəbində xadimə işləyir və ayda 270 manat əmək haqqı alır. Başqa qazanc yeri yoxdur. Cavabdehin oğlunun 2000 manat aliment borcu vardır. O, bu vaxta qədər heç vaxt aliment ödəməyib. Hal-hazırda uşaqların tələbatları gündən-günə artır. Mövcud iqtisadi şəraitdə onları saxlamaqda, maddi tələbatlarının təmin edilməsində çox çətinlik çəkir. Cavabdehin aylıq ödədiyi 50 manat uşağın saxlanmasında bəs etmir. Cavabdeh hər ay 268 manat pensiya alır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı gəlini olub və oğlu ilə ayrıldıqdan sonra uşaq iddiaçının himayəsindədir. Heç yerdə işləmir, pensiya alır. Onun uşağın saxlanılmasında 50 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Əri xəstədir və evin bütün kommunal xərclərini özü ödəyir. Maddi vəziyyəti çox çətindir. Cavabdehin özü cavandır, işləyir və maaş alır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3372/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 02 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdeh azyaşlı uşağın nənəsidir, 65 yaşında olan təqaüdçüdür, yaşlı əri ilə yaşayır, 268 manat pemsiya alır. Əlavə heç bir yerdə işləmədiyindən başqa qazancı yoxdur. Lakin buna baxmayaraq məhkəmənin qətnaməsi ilə təyin olunmuş 50 manat aliment məbləği ödəyir. İddiaçının özü isə deməsinə görə işləyib 270 manat maaş alır. İddiaçı cavabdehin əlavə gəlirləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, yalnız cavabdehin pensiyası almasına istinad edərək, aliment miqdarının artırılmasını xahiş edir, baxmayaraq ki, öz maaşı cavabdehin aldığı pensiya məbləği ilə demək olar ki, bərabərdi. Ölkə üzrə yaşayış minimumu 2022-ci il üçün 210 manat müəyyən edildiyi halda, cavabdeh göstərilən məbləğdən bir qədər artıq məbləğdə pensiya alır, onun başqa gəlirlərinin olması və aliment ödəmək üçün kifayət qədər imkanlara malik olması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdehin mütəmadi müalicəyə və sağlamlıq vəziyyətlərinin müayinəsinə ehtiyacları var. Cavabdehin nəvəsinə aliment ödəmək üçün yetərli vəsaitə malik olmasını sübut etmə vəzifəsi bilavasitə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar