Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-158/2023 05.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1650 manat pul və ödədiyi 37 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu,Mürşüd-oba kənd sakini əvvəllər tanıdığı Cavabdeh ona dəfələrlə zəng vuraraq pula ehtiyacı olduğunu bildirmişdir. O, isə ona pulu olmadığını demişdir. Lakin bir müddət sonra cavabdehlə üzüzə görüşərkən ondan 2000 manat borc pul istəmiş, amma borcunu gilas-şaftalı sezonunda yəni 2022-ci ilin iyun və iyul aylarında qaytaracağına söz vermişdir. O, hər ay təqaüdündən ehtiyat saxladığı 1650 manat pulu olduğunu bildirərək ondan artıq pulu olmadığını demiş, cavabdehin bu pula ehtiyacı olduğu üçün onunla həmin pulun iki aya hissə-hissə qayataracağı barədə razılaşmışlar. Əlavə olaraq Cavabdeh öz əl yazması ilə qəbz tərtib edərək ondan aldığı borc pulu 2022-ci ilin iyun-iyul aylarında hissə-hissə qaytaracağı barədə imzası ilə ona rəsmi qəbz vermişdir. xx.xx.2022-ci il tarixli qəbzdə cavabdeh aldığı 1650 manat borc pulu iyun-iyul aylarında tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin iyun ayında o, cavabdehə dəfələrlə zəng edərək pulunu istəsə də cavabdeh ona pulunun olmadığını bildirərək, kobud cavab vermişdir. Bu səbəbdən o, cavabdehin bu hərəkəti barədə Xaçmaz rayon Polis şöbəsinə şifahi şikayət etmiş, Xaçmaz RPŞ-dən ona, tələbi mülki xarakterli olduğundan bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmənin hazırlıq iclasının bildirişini qəbul etməkdən imtina etmiş (poçt zərfin üzərindəki qeydə istinad olunur), məhkəmənin baxış iclasının yeri və vaxtı barədə olan bildiriş isə poçt vasitəsilə ilə cavabdehə göndərilmiş və cavabdeh həmin məktubu şəxsən qəbul etsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin qardaşı Ramin ondan 6 il bundan əvvəl bor pul almışdır. Həmin pulu qaytarmadığı üçün o, məhkəməyə müraciət etmiş, bu barədə qətnamə qəbul edilmişdir. lakin cavabdehin qardaşı Ramin qətnaməni icra etmədiyi üçün onu inzibati tənbeh vermə barədə məhkəməyə gətirilməsi üçün İcra məmurları tərəfindən saxlanılmışdır. Cavabdeh isə qardaşının borcunu özü verəcəyini bildirərək ona 1650 manat borclu olduğu barədə qəbz yazıb imzalamışdır. O, cavabdehin qardaşının məhkəməyə gətirilməməsi bardə icra şöbəsində Ramin Ağacanovun ona borcunu tam ödədiyi barədə ərizə yazmış və Ramin Ağacanov inzibati məsuliyyətdən azad etmişdir. Lakin Cavabdeh verdiyi vədə etməmiş onun pulunu bu günə qədər qaytarmamışdır. İddiaçı iş üzrə məhkəmə iclasında yazılı ərizə ilə iddiasının təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Zəki Cavabdeh, İddiaçı 1650 manat məbləğində pul almış, həmin pulu iyun-iyul aylarında qaytararacağını bildirmişdir. İş materiallarında olan sübutlardan göründüyü kimi, Cavabdeh İddiaçı olan pul borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh borclu olduğu 1650 manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 36.90 manat dövlət rüsümü cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-158/2023
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-158/2023
05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver