Məhkəmə qərarları › İş №2(067)-1585/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1585/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1585/2023 13.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barəsində iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat alimentin məbləğinin artırılaraq cəmi 600 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. 25 iyul 2019-cu ildə nikahları pozulmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)- 2754/2022 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda hər uşağa ödənilən 150 manat onların maddi tələbatını ödəmir. İş üzrə iddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı cavabdehdən hər uşağa görə 200 manat cəmi 600 manat aliment tələb edir. O, yaşayış minimumu haqqında qanuna istinad edərək, bildirir ki, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilib, halbuki bu məbləğ 220 manatdır və hər iki valideynə aiddir. 2022-ci ildə iddiaçı yaşadığı RF-nın Sankt Peterburq şəhərindən köçüb Azərbaycana gəlib və alimentlə bağlı məhkəməyə müraciət edib, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat aliment qət edilib. İddiaçı həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti verib və Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Biz sorğu etmişik və müəyyən olunub ki, iddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X6 tibb bacısı işləyir və 865 manat aylıq əmək haqqı alır, bundan başqa “Sevil” estetik mərkəzində işləyir, eləcə də evlərdə fəaliyyət göstərməklə yaxşı qazanc əldə edir. Cavabdeh isə RF-nın Sankt Peterburq şəhərində kommersiya şirkətində işləyir və ayda 19000 rubl alır və bu milli pul ilə 410 manat edir. Hazırda RF-da müharibə vəziyyəti ilə bağlı cavabdehin maddi vəziyyətində yaxşılaşma olmayıb, əksinə azalma olub. İş üzrə cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı aliment tələbi ilə bağlı Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunaraq birgə nikahdan doğulmuş, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012- ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı qətnamədən narazı qaldığı üçün Apellyasiya şikayəti vermiş və işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.02 2023 -cü il tarixli, 2(105)-387/2023 saylı qətnaməsi ilə iddiaçının qətnaməsi təmin edilmədən, Xaçmaz rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2754/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş həmin məbləği də o, borc-xərc etməklə vaxtlı-vaxtında bank vasitəsilə cavabdehə ödəyir. Onu da qeyd etmişdir ki, uşağın müalicəsi ilə bağlı ailəliklə RF-nm Sankt Peterburq şəhərinə getmişlər və həkim tərəfindən uşaq əməliyyat olunmuş, həkimin verdiyi sənədə əsasən 18 yaşa kimi uşaqda heç bir əməliyyata ehtiyac yoxdur, yalınız həkim nəzarətində olmalıdır. Həmin sənədi də iddiaçıya vermişdir. Cavabdeh Xaçmaz MRX-nin TTTY şöbəsinin TTTYS-da çağırış üzrə tibb bacısı vəzifəsində işləyir, aylıq əməik haqqı 865 manatdır. Bundan başqa ”Sehir” estetik mərkəzdə işləyir, eləcə də evlərdə xidməti ğöstərməklə yaxşı qazanc əldə edir, digər tərəfdən cavabdeh nə onu, nə də valideynini uşaqlarla görüşməyə də qoymur və uşaqları da onlara qarşı nifrət ruhunda böyüdür. O, Rusiya Federasiyasının Sankt_Peterburq vilayətinin Kolpino şəhərində komersiya şirkətində işləyir və aylıq əmək haqqı 19000 rubldır, hal-hazırda bu da milli pulla 404 manat edir. Bundan başqa özünə məxsus şəxsi evi də yoxdur. İddiaçının ərizəsində göstərilən məbləğdə alimenti ödəmək iqtidarında və imkanında deyildir. Qanunda da göstərilir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hal-hazırdakı vəziyyətdən də görünür ki, iddiaçının maddi vəziyyəti daha da yaxşılaşmış, onun maddi vəziyyəti isə əksinə pisləşmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)- 2754 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-387/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2754 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan sorğuya əsasən alınmış “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X7 18 aprel 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, X1 22 avqust 2022-ci il tarixdən hal-hazıra kimi TTTY şöbəsinin TTTYS-da çağırış üzrə tibb bacısı vəzifəsində çalışır və orta aylıq əmək haqqı 865,63 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, İddiaçı Cavabdeh aliment tutulması tələbinə dair iddia ərizəsi Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehdən hər ay hər uşaq üçün 150 manat alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı sözü gedən məbləğlə razılaşmayaraq, qətnamədən apelyasiya şikayəti vermiş, lakin Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı elan edildiyi andan qüvvəyə minsə də, iddiaçı xx.xx.2023-cü il tarixdə yəni, 2 ay 15 gündən sonra, alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə hesab edir ki, iddiaçı alimentin təyin edilməsindən 02 ay 15 gündən sonra alimentin artırılmasına səbəb ola biləcək hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir (uşaqların tələbatlarının və xərclərinin artması, cavabdehin gəlirlərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar