Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1587/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı düzgün tutulmayan əmək haqqının azaldılması tələbinə dair işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı düzgün tutulmayan əmək haqqının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh ASC işin aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məhkəmə bildirişləri göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət göndərmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh ASC vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X1rumunun Dövlət reyestri məlumatları haqqında Çıxarışa əsasən Cavabdeh ASC-nin hüquqi ünvanı AZ1014, ünvan 1 ünvanı olduğu üçün işə aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh ASC-nin vəsatəti təmin edilməli və iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmin Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri –hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüququ şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası X1rumunun Dövlət reyestri məlumatları haqqında Çıxarışa əsasən Cavabdeh ASC-nin hüquqi ünvanı AZ1014,ünvan 1-dir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44, 45 və 263-264 və 267-268-cimaddələrinirəhbərtutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-nin Xaçmaz filialına qarşı düzgün tutulmayan əmək haqqının azaldılması tələbinə dair iş üzrə Cavabdeh ASC-nin işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin edilsin və iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1587/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1587/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver