Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1625/2022 05.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15500(on beş min beş yüz) manat pulun, həmçinin ödədiyi 140 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin əvvəlində Cavabdeh onun yanına gələrək ona 15500 manat borc pul lazım olduğunu bildirmişdir. O, cavabdehi tanıdığı üçün və münasibətləri yaxşı olduğuna görə borc istədiyi məbləği ona vermişdir. Sonra aralarında xx.xx.2020-ci il tarixində notariat ofisində borc müqaviləsi bağlamışlar. Həmin borc müqaviləsinə əsasən Cavabdeh ondan aldığı 15500 manat pulu xx.xx.2022-ci il tarixədək tam olaraq qaytarmalı idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Müqavilədə göstərilən tarixədək qaytarmalı olduğu pulu cavabdeh bu günə qədər heç bir manatda olsa qaytarmamışdır. Müddət tamam olduqda onun yaşadığı ünvana rəsmi pretenziya ərizəsi göndərmiş, lakin bunun da nəticəsi olmamışdır. Cavabdehdən pulunu tələb etdikdə isə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınır. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı verdiyi iddianın təmin edilməməsi, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-73 reyestrli borc müqaviləsinin etibarsız hesab edilməsi və ona vurulmuş 45000 manat zərərin X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı Xaçmaz rayon məhkəməsində ona qarşı 15500 manat borclu olduğu pulun ondan alınması barədə iddia qaldırmışdır. O, həmin iddianı qəbul etməyərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, İddiaçı tanımır və onun dediyi kimi heç bir münasibəti olmamışdır. Ona görə də heç tanımadığı bir şəxs və üzünü görmədiyi bir şəxsə 15500 manat borc pul verməyi ağlabatan deyildir. İddiaçı dolayı yollarla əldə edilmiş saxta borc müqaviləsindən istifadə etməklə ondan 15500 manat pul tələb etdiyi üçün qanun qarşısında məsuliyyətə cəlb olunmalıdır. O, Qarabağ müharibəsi qazisidir. İddiaçının əmisi Fərhad Yaqubov xx.xx.2020-ci il tarixində ona 15500 manat beh verib, ona görə ki, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evini 45000 manata almaq fikrində idi. Həmin vaxt Fərhad Yaqubovla beh müqaviləsi bağlamaq üçün Xaçmaz rayon notariusuna gəlmişdir. Lakin Fərhad notariat kontorundan çıxaraq beh müqaviləsinin orada bağlanması mümkün olmadığını bildirərək, beh müqaviləsini Qusar rayon notariusunda bağlayacaqlarını dedi. Fərhad Yaqubov qardaşı oğlu İddiaçıla birlikdə onu Qusar rayon notariusuna aparmışdı, beh müqaviləsi əvəzində ona borc müqaviləsi imzalatmışdır. Beləliklə, X9 şəhəri, N.Nərimanov küçəi, 80 A ünvanında yerləşən evinə bitişik beş mərtəbəli bina tikməyə başlayandan sonra onun evini almaqdan imtina etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, o, beh müqaviləsinə yox borc müqaviləsinə imza etmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı oğlu İddiaçıla ralarında bağlanmış borc müqaviləsinə əsasən ondan 15500 manat pulu geri tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirmişdir. 2020-ci ilin əvvəllərində Cavabdeh iddiaçının yanına gəlib ondan cəmi 15500 manat borc pul istəyib. İddiaçı cavabdehi tanıdığı üçün və onunla münasibətləri yaxşı olduğu üçün 15500 manat məbləğində pulu cavabdehə borc vermişdir. Bu barədə tərəflərin arasında xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh aldığı borcu xx.xx.2022-ci il tarixədək tam olaraq qaytarmağı öhdəsinə götürüb. Lakin bu günədək cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamaışdır. İddiaçı cavabdehin ünvanına pretenziya məktubu göndərsə də, faydası olmamış, cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya borclu olduğu məbləği qaytarmaqdan imtina edir. Göstərilənlərə əsasən nümayəndə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək bildirmişdir ki, onun Xaçmaz şəhərində evi var idi. O, həmin evi bir nəfər qadına 2015-ci ildə 45000 manata satmışdır. Həmin il o qadın ona ilkin ödəniş kimi 15000 manat pul vermişdi və qalan 30000 manat pulu da 2018-ci ilədək verməli idi. X1 evin yanında katlovan qazıyanda həmin qadınla problemləri yaranmışdı. O, Fərhad Yaqubov barəsində müxtəlif təşkilatlara yazırdı. Fərhad Yaqubov biləndə ki, həmin qadın evi tam olaraq satın almayıb, onun yanına gəlmiş və evi ondan satın almaq istədiyini bildirmişdir. Həmin qadını evdən çıxarsa evi ondan satın alacaq. Ona görə məhkəmədə iddia qaldırmış, məhkəmə qətnaməsi ilə o, həmin qadına 15500 manat pul verməli idi. Fərhad Yaqubov ona zəng edib bildirmişdir ki, gedib 15500 manat pulu ondan götürsün. Onun yanına gedəndə, o, qardaşı oğlu İddiaçıla birlikdə idi. Beh müqaviləsi bağlamaq üçün birlikdə Xaçmaz rayon notariat ofisinə getmişlər. X7rdaşı oğlu İddiaçıla birlikdə notariat ofisinə daxil oldular, qayıdanda dedilər ki, beh müqaviləsinin orada rəsmiləşdirilməsi mümkün deyil və Qusar rayon Notariat kontoruna gedib beh müqaviləsini rəsmiləşdirməyi təklif etdilər. Bundan sonra onlar birlikdə Qusar rayon Notariat kontoruna getmişlər. Orada ona bir neçə sənədə imza etdirdilər, sonra Kapital Banka gedib oradan 15500 manat pulu almışdır. Evdə sənədləri oxuyanda məlum olmuşdur ki, ona beh müqaviləsinə deyil, borc müqaviləsinə imza etdiriblər. Bu barədə Fərhad Yaqubova zəng edərək bildirmiş, o, isə cavabında, “sənin üçün nə fərqi var ki, onsuz da, evi satın alıram” demişdir. Qeyd olunanları nəzərə alaraq ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh X4 oğlu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək onları təhlil edib hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, notarial qaydada təsdiq olunmuş 3M-73 reyestr nömrəli borc müqaviləsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 15500 (on beş min beş yüz) manat məbləğində borc müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə (pretenziya)-dən görünür ki, İddiaçı Cavabdeh borc müqaviləsinə əsasən 15500 manat pulun qaytarılmasını tələb etmişdir. İş materiallarında olan AZE ******** seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci ildə ünvan 3 ünvanda qeydiyyatdadır və yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 140 manat dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh borc müqaviləsinin etibarsız hesab edilməsinə və ona Fərhad Yaqubov tərəfindən 45000 manat pulun ödənilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə dair yalnız borc müqaviləsini imzalayarkən, aldanmasını və hansı sənədə imza etməsini bilmədiyini dəlil kimi gətirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə olan halda, məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh borc müqaviləsi ilə üzərinə öhdəlik götürdüyündən həmin öhdəlik üzrə də iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdeh borc müqaviləsini imzalayarkən, həmin sənədin beh müqaviləsi kimi qəbul etməsinə dair dəlilə məhkəmə tənqidi yanaşır və hesab edir ki, cavabdeh bu yolla məsuliyyətdən yanınmağa çalışır. Məhkəmə bu fikrini onunla izah edir ki, istənilən notariat ofisində istənilən əqd bağlanarkən, notarius əqdin mahiyyətini və hüquqi nəticələrini hər bir tərəfə şəxsən izah edir və yalnız tərəflərin razılıqlarından sonra əqdi təsdiq edir. Buna görə də, tərəflər arasında bağlanmış əqd etibarsız hesab edilə bilməz və həmin borc müqaviləsi üzrə ilk iddia üzrə Cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən mülki məsuliyyətə cəlb olunmalıdır, yəni ilk iddia tələbində göstərilən pul məbləği ondan tutularaq İddiaçı ödənilməlidir. Beləliklə də, ilk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15500(on beş min beş yüz) manat pul, həmçinin ödədiyi 140 manat dövlət rüsumu alınıb ilk iddia üzrə İddiaçı verilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d ı: İlk iddia tələbi təmin edilsin. İlk iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli borc müqaviləsində qeyd olunan ümumilikdə 15500(on beş min beş yüz) manat pul, həmçinin ödədiyi 140 manat dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçı xeyirinə ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1625/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1625/2022
05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver