Məhkəmə qərarları › İş №2(067)-1631/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1631/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1631/2021 23.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə mübahisələr tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 296,12 manat əsas, 73,56 manat faiz borcu olmaqla cəmi 369,68 manat məbləğində borcun və dövlər rüsumu olaraq ödənilmiş 20 manat vəsaitin tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və iş üzrə mövcud sənədlərin "X2" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasını xahiş etmişdir. Azərbayjan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cu maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətləri tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına mürajiət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə mübahisələr tələbi»nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar