Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1642/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İHakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı “Bank Olmayan Kredit X1 Maliyyə” MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı “Bank Olmayan Kredit X1 Maliyyə” MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, mübahisənin nizama salınması üçün ilk növbədə Cavabdeh müraciət etməli olduğu halda, qanunvericilikdə müəyyən olunmuş müvafiq qaydaya riayət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 02.05.2019-cu il tarixli, L-BK-0046188-F saylı kredit müqaviləsinin 7.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə tərəflər yarana biləcək mübahisələrin həllinə qarşılıqlı müzakirə yolu ilə nail olmağa çalışacaqlar. Razılığa gələ bilmədikdə mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə bütün ödənişlər kreditora tam ödənilənədək qüvvədə qalır. Müqavilənin şərtlərindən belə müəyyən olunur ki, bütün ödənişlər kreditora tam ödənilmədiyi üçün müqavilə qüvvəsini saxlayır və iddiaçı təşkilat cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə çmüraciət etməzdən əvvəl 02.05.2019-cu il tarixli, L-BK-0046188-F saylı kredit müqaviləsinin 7.4-cü maddəsinə əsasən mübahisənin məhkəməyə qədər həlli qaydasında cavabdehə rəsmi müraciət etməli idi. Lakin, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı “Bank Olmayan Kredit X1 Maliyyə” MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərdikdən sonra iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1642/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1642/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver