Məhkəmə qərarları › İş №2(067)-1644/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1644/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1644/2021 05.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı «xxxx» MMC cavabdeh Güləliyev Orucəli Azad oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Güləliyev Orucəli Azad oğlundan 08.01.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32014 olan Samsung Galaxy A7 markalı telefon üçün 234 (ikiyüz otuz dörd) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə pulu, 12.06.2019-cu il tarixli müqaviləyə əsasən. Samsung LED TV üçün 616 (altıyüz on altı) manat ödənilməmiş hissə, 194 (yüz doxsan dörd) manat dəbbə pulu, 12.06.2019-cu il tarixli müqaviləyə əsasən. Hoffmann Soyuducu üçün 586 (beş yüz söksən altı) manat ödənilməmiş lıissə, 175 (yiizyetmiş beş) manat dəbbə pulu, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən. X1qlıq üçün 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu, 07.10.2019-cu il müqaviləyə əsasən. İMEİ Kodu **********91195 olan Samsung Galaxy A50 markalı telefon üçün 360 (üç yiiz altmış) manat ödənilməmiş hissə, 111 (yüz or bir) manat dəbbə pulu, 24.11.2019-cu il müqaviləyə əsasən. İMEİ Kodu **********28973 olan X3 8 Pro markalı telefon üçün 483 (dörd yüz səksən üç) manat ödənilməmiş hissə.143 (yüz qırx üç) manat dəbbə pulu olmaqla, ümumilikdə 3187 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx" MMC-dən 08.01.2019-cu il, 12.06.2019-cu il, 16.09.2019-cu il, 07.10.2019-cu il və 24.11.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********32014, **********91195 və **********28973 olan Samsung Galaxy A7, Samsung Galaxy A50 və X3 8 Pro markalı telefon, Samsung LED TV, Hoffmann Soyuducu, X1qlıq almış və nəticədə 3187 (üç min yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.01.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 949 (doqquz yüz qırx doqquz) manat (18 ay x 50 manat + 49 manat ilkin ödəniş) İMEİ Kodu **********32014 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə, 309 (üç yüz doqquz) manat olmaqla, 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, 75 (yetmiş beş) manat dəbbə pulu, 12.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1296 (min iki yüz doxsan altı) manat (18 ay x 72 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 810 (səkkiz yüz on) manat olmaqla ondan, 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 194 (yiiz doxsan dörd) manat dəbbə pulu; 12.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1179 (min yüz yelmiş doqquz) manat (18 ay x 65 manat + 9 manat ilkin ödəniş) Hoffmann soyuducu üçün ümumilikdə, 761 (yeddi yüz altmış bir) manat olmaqla, 586 (beş yüz səksən altı) manat ödənilməmiş hissə, 175 (yüz yetmiş beş) manat dəbbə pulu, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən, 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) X1qlıq üçün ümumilikdə, 210 (iki yüz on) manat olmaqla, 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat dəbbə pulu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 683 (altı yiiz səksən üç) manat (12 ay x 53 manat + 47 manat ilkin ödəniş) İMEİ Kodu **********28973 olan X3 8 Pro markalı telefon üçün ümumilikdə 626 (altı yüz iyirmi altı) manat olmaqla, 483 (dörd yüz səksən üç) manat ödənilməmiş hissə, 143 (yüz qırx üç) manat dəbbə pulu məbləğində borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2626 manat təşkil edir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi İsrafilzadə H.F məhkəməyə teleqramla müraciət edərək, nümayəndələrinin iştirakı olmadan işə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Güləliyev Orucəli Azad oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Güləliyev Orucəli Azad oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Güləliyev Orucəli Azad oğlu “xxxx" MMC-dən 08.01.2019-cu il, 12.06.2019-cu il, 16.09.2019-cu il, 07.10.2019-cu il və 24.11.2019-cu il tarixli müqavilələrə, əsasən, İMEİ Kodu **********32014, **********91195 və **********28973 olan Samsung Galaxy A7, Samsung Galaxy A50 və X3 8 Pro markalı telefon, Samsung LED TV, Hoffmann Soyuducu, X1qlıq almış və nəticədə 3187 (üç min yüz səksən yeddi) manat borc yaranmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdehə borcun qaytarılması barədə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 22.04.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, «xxxx» MMC cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddısinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə 3187 (üç min yüz səksən yeddi) manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar