Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1652/2020 27.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçıCavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü araşdırılarkən iddianın ərazi aidiyyatı üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmadığı müəyyən olundu. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Quba rayonu İqrik kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, cavabdeh Quba rayonu İqrik kəndində qeydiyyatda qeydiyyatda olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyilsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-cü maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunan hüquq normalarından da göründüyü kimi iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş iddialardan hər hansı biri ilə eynilik təşkil etmir. Yuxarıda sadalananara əsasən məhkəmə hesab edir ki, cavabdeh Quba rayonunda qeydiyyatda olduğundan, həmçinin hazırkı iddia tələbi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş iddialardan hər hansı biri ilə eynilik təşkil etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunmalıdır ki, o, hazırkı iddia tələbi ilə Quba rayon məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1652/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1652/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver