Məhkəmə qərarları › İş №2(067)-1653/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1653/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1653/2021 08.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı verməli olduğu həmin dövrdə 247.928 manat təşkil edən 145.840 ABŞ dollar məbləğində pulun, 6 il müddətində öhdəliyi yerinə yetirmədiyi üçün həmin məbləğin bank uçot dərəcəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını; Cavabdeh AR CM-in 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün xüsusi qərardad çıxarmaqla Xətai rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı qarşı qohumu Cavabdeh 2014- 2015-ci illərdə biznes qurmaq adı ilə etibarından sui-istifadə edərək, dələduzluq etmiş və ümumilikdə 143800 ABŞ dolları məbləğində pulunu mənimsəmişdir. Belə ki, 2014-cü ilin fevral ayında Cavabdeh İddiaçı Rusiyadan yaş taxtanı Türkiyəyə və Azərbaycana gətirib satmaqla böyük qazanc əldə etmək mümkün olduğunu bildirərək birgə biznes qurmağı təklif etmiş və ilkin olaraq işin başlanması üçün 100.000 ABŞ dolları lazım olduğunu demişdir. Razılıq əldə olunduqdan sonra İddiaçı yaşadığı mənzildə həmin məbləği Cavabdeh vermişdir (bu faktı X1, X7, X8 DİN Xətai RPİ-nin müstəntiqi polis kapitanı X3 verilən yazılı izahatlarda təsdiq etmişlər, Cavabdeh isə 100.000 ABŞ dolları deyil, 50.000 ABŞ dolları aldığını izahatında etiraf etmişdir). Bir müddət keçdikdən sonra Cavabdeh guya 1000 m3 yaş taxtanın Türkiyəyə göndərdiyini və pulunun gözlədiyini bildirərək, birgə biznes fəaliyyətini davam etdirmək üçün yenidən İddiaçı 2014-cü ilin dekabr ayında 20.000 ABŞ dolları istəmişdir. İddiaçı işi ilə əlaqədar dənizdə platformada olduğu üçün dostları X5 və X10 vasitəsilə Cavabdeh həmin məbləği çatdırmışdır. Pulu aldıqdan sonra Cavabdeh, dediyinə görə, iş qurduğu RF-in İrkutsk vilayətinin Tayşet qəsəbəsinə qayıdıb 2015-ci ilin fevral ayında iki vaqon yaş taxtanın Bakı şəhərinə Elbrus adlı şəxsə göndərmişdir. İddiaçı Elbrus adlı şəxslə görüşərkən, Elbrus həmin iki vaqondan qazanc əldə edilən 3000 ABŞ dolları Namiqə vermiş, pulun qalan hissəsini isə Cavabdeh RF-yə qöndərdiyini bildirmişdir. Qısa müddətdən sonra Cavabdeh həmin Elbrusa yenidən iki vaqon yaş taxtanın göndərdiyini, lakin Elbrusun taxtanın satış nöqtələrinə nisyə payladığını səbəb gətirərək işin dayanmaması üçün yenidən təcili olaraq nəğd pul lazım olduğunu İddiaçı demişdir. 05.03.2015-ci il tarixdə İddiaçı 13.840 ABŞ dollarını Tərlanın qardaşı X9 ilə birlikdə Azərbaycan Beynəlxalq Bankın Xətai rayon filialından ona göndərmişdir. X11 Qasımovun yalan danışdığını bir daha təsdiq edərək Cavabdeh satmaq üçün onun adına 2014-2015-ci illər ərzində 3 vaqon yaş taxta göndərmiş, vaqonun birini özü satmış, digər birini satmaq üçün Xaçmaz rayonundakı qohumlarına göndərmiş, bir vaqondan 7000 manat qalmış borcu isə dostu Mahir və ozü hissə-hissə bank vasitəsilə Cavabdeh Rusiyaya göndərmişdir. O, Cavabdeh yalan danışdığım demiş və ona borcu olmadığını vurğulamışdır. Bir aydan sonra Cavabdeh işi davam etdirmək üçün yenə də pul lazım olduğunu bildirmiş, İddiaçı işlə bağlı dənizdə olduğu üçün dostu X4 vasitəsilə 15.000 ABŞ dollarını Tərlanın dediyi adama “Əhmədli” metro stansiyasının çıxışında çatdırmışdır. Bundan sonra Tərlan ilə bir müddət əlaqə qurmaq mümkün olmamışdır. O, yalnız bir dəfə “Whatsapp” vasitəsilə danışıb, müflis olduğunu bildirib, 120.000 ABŞ dolları borcunun qaytaracağına söz verib. Cavabdeh dələduzluqla ümumilikdə İddiaçı 247.928 manat təşkil edən 145.840 ABŞ dollar pulunu ələ keçirmişdir. 2000 manat ödəmiş, pulun qalan hissəsini qısa müddət ərzində qaytaracağına söz vermişdir. Bununla bağlı İddiaçı AR DİNə müraciət edib, əvvəl DİN BMCMİ-də araşdırma aparılmış, 23.04.2020-ci ildə isə material ərazi aidiyyəti üzrə DİN Xətai RPİ-yə göndərilmişdir. Lakin məsələyə səthi yanaşılıb, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qəbul edilmiş qərar 3 dəfə ləğv edilərək yenidən araşdırma aparılmışdır. Lakin, sonda Cavabdeh tərəfindən törədilmiş cinayət əməli mülki mübahisə kimi qiymətləndirilərək bunun mülki mühakimə icraatı qaydasında baxılması tövsiyə edilmişdir. AR Ali Məhkəmə Plenumunun 11.06.2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında göstərir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarının əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəssiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdə istifadə olunması başa düşülür. Etibardan sui- istifadə etmə həm də təqsirkarın əvəssiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakın və ya ona olan hüququ ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyin yerinə yetirmək niyyətində olmadığı halda baş verir. Cavabdeh zərərçəkmiş şəxsin əmisinin qayınıdır və onların əvvəldən yaxın münasibətləri olmuşdur. Bakıdan 6.000 km məsafədə olan İrkutsk vilayətinin Tayşet qəsəbəsindən yaş taxtanın Azərbaycan Respublikasına və xüsusilə də Türkiyəyə göndərilməsi yol xərclərinə görə rentabelli deyil və bu həmin bizneslə məşğul olan hər bir iş adamına bəllidir. Ona görə də, Cavabdeh İddiaçı oğiu ilə elə ilk sövdələşməsi onun dələduzluq niyyətində olmasını göstərir. Tərian Qasımovun bacısı oğlu, 2012-2015-ci illərdə onunla birgə RF İrkutsk vilayətinin Tayşet rayonunda işləmiş X6 qeyd etmişdir ki, Tərlan orada torpaq sahəsini icarə əsasında alaraq, kirayə dəzgah əldə edib həmin sahədə quraşdırıb şalban ağaclardan taxta materiallar hazırlayıb satışını təşkil edirdi. Lakin, X12 Qasımovun xarici ölkələrə taxta satışı barədə məlumatı olmadığını, İddiaçı təxminən 100.000 ABŞ dolları borcu barədə məlumatlı olduğunu bildirmişdir. Kamran Məmmədlinin dedikləri bir daha təsdiq etdi ki, Tərlanın Türkiyəyə taxta materialını nisyə göndərərək pul gözlədiyini bildirməsi əvvəldən yalan olub və əlavə pul alıb mənimsəmək məqsədi güdmüşdür. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, qeyd olunanlarla əlaqədar iddiaının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia tələbi ilə bağlı bütün zəruri sübutlarını məhkəməyə təqdim etmiş, əlavə sübutların olmadığını bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri, Xətai RPİ-nin 29 oktyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh birgə iş qurmaq məqsədi ilə İddiaçı 80000 (səksən) min ABŞ dolları məbləğində pulu aldığını, lakin həmin pulu qaytarmadığını etiraf etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülkihüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Ona görə də, hazırki mübahisə ilə əlaqədar cavabdehdən tələb olunan məbləğdə ziyanın miqdarının nədən ibarət olması, necə formalaşması barəsində sübutlarını təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə prosesi zamanı iddiaçı maddi zərərə məruz qalmasını (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması), bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən mötəbər sübutları təqdim etmişdir. Belə ki, işin araşdırılmış hallarından və işdə olan sübutlardan Cavabdeh 2014-2015ci illərdə biznes qurmaq adı ilə İddiaçı etibarından sui-istifadə edərək, 80000 (səksən min) ABŞ dolları məbləğində pulunu mənimsəməsi sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh ödəniş gününə olan məzənnə ilə 80000 (səksən min) ABŞ dolları məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin olunsun. Cavabdeh ödəniş gününə olan məzənnə ilə 80000 (səksən min) ABŞ dolları məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar