Məhkəmə qərarları › İş №2(067)-1655/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1655/2025

07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1655/2025 07.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 4845 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 fevral 2024-cü il tarixdə saat 20 radələrində ona məxsus ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsinin hasarını aşaraq daxil olmuş, evinin plastik pəncərəsini oradan tapdığı balta ilə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı güzgülü rəfin çəkməcəsindən 1 ədəd 750 əyarlı 17,5 qram çəkidə 1925 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 750 əyarlı 7,5 qram çəkidə 825 manat dəyərində qızıl qolbağı, 1 ədəd 750 əyarlı üzərində 12 ədəd brilyant qaşlar olan 8 qram çəkidə 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 425 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 2 qram çəkidə 170 manat dəyərində qızıl üzüyü və 500 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 4845 manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Cavabdeh Şahbaba oğlu ona 4845 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Həmin hərəkətləri ilə Cavabdeh Şahbaba oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-ci maddələrində npzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və göstərmişdir ki, Bakı şəhərində yaşayır. 2024-cü ilin fevral ayının 26-da onun evindən oğurluq edilməsi barədə xəbəri oldu, bundan sonra Polisə məlumat vermişdir. Polis əməkdaşları dərhal gəlib evə baxış keçirmişlər. Sonradan evinə cavabdehin daxil olduğu məlum olmuş, cavabdeh evinə oğurluq etmək üçün daxil olduğunu, hansı məbləğdə pulu və qızıllarını oğurladığını etiraf etmişdir. Cavabdeh ona 4845 manat məbləğində ziyan vurmuşdur. Hətta o cinayət işi aparılarkən cavabdehin 500 manat pulunu oğurladığını bildirsə də, cavabdeh özü etiraf edərək 700 manat pulu oğurladığını bildirmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-49/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)- 139/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 7(011)-705/2023 saylı qərarı ilə çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1 (067)-139/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, habelə Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası isə tam birləşdirilərək üzərində hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. -ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 69 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-49/2025 saylı hökmünə əsasən cavabdehin oğurluq yolu ilə iddiaçıya ümumilikdə 4845 manat məbləğdə maddi ziyan vurduğu təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4845 manat məbləğdə pul və mülki iş üzrə ödənilmiş 69 manat dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4845 manat məbləğdə pul və mülki iş üzrə ödənilmiş 69 manat dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar