Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1656/2024 08.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona ödəməli olduğu 680000 (altı yüz səksən min) manat pul və ödənilmiş 970 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır. Cavabdeh ondan Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsində yerləşən 7 sot torpaq sahəsində obyekt binasının tikilməsi üçün 680000 (altı yüz səksən min) manat borc pul istədi. O, da qardaşı olduğu üçün ona etiraz etmədən 31 yanvar 2020-ci il tarixli müqavilə ilə 680000 (altı yüz səksən min) manat cavabdehə borc pul vermişdir. 31 yanvar 2020-ci il tarixli müqavilə üzrə cavabdeh ona ödəməli olduğu, aralarında bağlanılan borc müqaviləsinə əsasən verilmiş 680000 (altı yüz səksən min) manat pulu geri qaytarmamışdır. Halbuki həmin pulu cavabdeh 31 yanvar 2023-cü il tarixədək geri qaytarmalı idi. Cavabdeh ona görə də hesab edir ki, müqavilə üzrə ona olan, ona borc verdiyi 680000 (altı yüz səksən min) manat pulu geri qaytarmalıdır. Cavabdeh ondan aldığı pulu qaytarmamaqla əsassız olaraq onun hesabına varlanmışdır. O, ona borclu olduğu pulu geri qaytarmalıdır. Cavabdeh təcili olaraq onun pullarını tam şəkildə qaytarmalıdır. Özünün hazırda pula ehtiyacı vardır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin yanvar ayında qardaşı obyekt tikintisi üçün ondan 680000 manat pul istədi. Lakin hələ də pulunu geri qaytarmayıb. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, pulu almışdır və inkar etmir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə, iddiaçı tərəfi və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 31 yanvar 2020-ci il tarixli borc müqaviləsindən müəyyən olunur ki, 31 yanvar 2023-cü ilədək tam şəkildə qaytarmaq şərti ilə iddiaçı cavabdehə 680000 manat borc pul vermişdir. - xx.xx.2020-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən də müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı 680000 manat pulu 31 yanvar 2023-cü il tarixədək qaytarmağına söz vermiş və bunu imzası ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan 680000 manat pulu almış, lakin vədini yerinə yetirməmiş və borcunu geri qaytarmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 970 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 680000 manat məbləğində pul və ödənilmiş 970 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 680000 (altı yüz səksən min) manat pul, ödənilmiş 970 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakiim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1656/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1656/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver