Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-166/2022 29.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3300 manat əsas borc və 1342,10 manat faiz borcu olmaqla ümumilikdə 4642,10 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında girova qoyulmuş, Cavabdeh2 məxsus, 502927 nömrəli saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğaya yönəldilməsi, qızıl-ziynət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, Cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə əlaqədar çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirməklə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 300840- 502927/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir. 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli “Girov müqaviləsi"nə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğa 502927 nömrəli saxlanca qəbul edilmə aktına əsasən Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. Eyni zamanda Bankla digər Cavabdeh1 arasında 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 06 sentyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3300 manat əsas və 1342,10 manat faiz borcu olmaqla, cəmi 4642,10 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaqytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizləri, habelə bankın xidmət tarifi və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit sayılır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlər krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Girov müqaviləsinin 4.1.2,-ci bəndinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmentinə yönəltmək hüququ vardır. Girov müqaviləsinin 5.1.-ci bəndinə əsasən girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, bankın girov predmentinə tutma hüququ yaranır. Göstərilənlər nəzərə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3300 manat əsas borc və 1342,10 manat faiz borcu olmaqla ümumilikdə 4642,10 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında girova qoyulmuş, Cavabdeh2 məxsus, 502927 nömrəli saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğaya yönəldilməsi, qızıl-ziynət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir. 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli “Girov müqaviləsi"nə əsasən kredit müqaviləsinin təminatı qismində onun mülkiyyətində olan 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğa 502927 nömrəli saxlanca qəbul edilmə aktına əsasən Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. Eyni zamanda Bankla digər Cavabdeh1 arasında 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Krediti aldıqdan sonra bir müddət ödənişləri vaxtlı-vaxtında etmiş, sonradan ölkədə pandemiya ilə əlaqədar yaranmış karantin rejimi ilə bağlı işsizlik olduğundan müddi vəziyyəti pisləşmiş və qrafik üzrə ödəniləri edə bilməyərək banka hazırki borcu yaranmışdır. Banka olan borcunu yaxın aylarda hissə-hissə olmaqla ödəyəcəkdir. Ona görə də hazırda iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında dindirilən digər Cavabdeh1 iddianı qəbul edərək və eyni məzmunlu izahat verməklə iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli kredit müqaviləsi müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti ödəniş cədvəlində qeyd olunmuş tarixlərdə və müqavilədə göstərilən müddətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün əsas Cavabdeh2 ilə birgə məsuliyyət daşıması və kreditin qaytarılması ilə bağlı Cavabdeh2 öhdəliklərini icra etməsi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli girov müqaviləsindən və girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi barədə 502927/1 nömrəli aktdan görünür ki, 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli “Girov müqaviləsi"nə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğa 502927 nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 06 sentyabr 2021-ci il tarixl maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 06 sentyabr 2020-ci il tarixə Banka 3300 manat əsas, 1342.1 manat faiz borcu olmaqla, cəmi borcu 4642.1 manat təşkil edir. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli, 300/300/0013/2021 nömrəli xəbərdarlıq məktubundan və poçt xəbərnamələrindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunun ödənilməsini gecikdirdiklərinə görə iddiaçı bank tərəfindən 01 fevral 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA seriyalı, 138093 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh2 Xaçmaz rayonunun Krasnı Xutor kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh1 Xaçmaz rayonunun Uzun-oba kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 9/2480 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddia ərizəsində adları sadalanan 583 əyarlı 32 qram çəkidə qızılziynət əşyalarının (1 ədəd boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğanın nəzəri qaydada hazırki orta bazar dəyəri təxminən 2560,0 manat (80,0 x 32 qr) müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, 300840-502927/3 nömrəli girov müqaviləsindən müayyən olunur ki, kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğa 502927 nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edililərək bankın xeyrinə girova qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 281.2-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən əirov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh2 və həmin kredit müqaviləsindən irəli gələn zaminlik öhdəliyi üzrə digər cavabdeh (zamin) Cavabdeh1 qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3300 manat əsas borc və 1342,10 manat faiz borcu olmaqla ümumilikdə 4642,10 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma Bank qarşısında girova qoyulmuş, Cavabdeh2 məxsus, 502927 nömrəli saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğaya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3300 (üç min üç yüz) manat əsas borc və 1342.10 manat (bir min üç yüz qırx iki manat on qəpik) faiz borcu olmaqla, ümumilikdə 4642.10 manat (dörd min altı yüz qırx iki manat on qəpik) məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat (otuz manat qırx qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Bank qarşısında girova qoyulmuş, Cavabdeh2 məxsus, 502927 nömrəli saxlanca qəbul edilmə aktına əsasən ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş 8 ədəd qızıl-ziynət əşyaları- 1 ədəd 583 əyarlı boyunbağı, 1 ədəd bilərzik, 4 ədəd üzük (qaşı çıxarılmış 4.2 qr) və 2 ədəd sırğaya yönəldilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-166/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-166/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver