Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1665/2024 07.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X9, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7500 manat pulun və ödənilmiş 95 manat dövlət rüsumu pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qaynı Rövşən Osmanovun oğludur. Onunla münasibətləri normal olmuşdur. O, xx.xx.2024-cü il tarixdə ona müraciət edərək 7500 manat borca pul istəmişdir. Bildirmişdir ki, ondan alacağı 7500 manat borc pulu hər ay 700 manat hesabı ilə qaytaracaqdır. Razılaşmalarına əsasən ilkin 700 manat pulu xx.xx.2024-cü il tarixdə ödəməli idi. Cavabdeh özü öz xətti ilə yazdığı və imzaladığı qəbzdə həqiqətən də xx.xx.2024-cü il tarixdə ondan 7500 manat borc pul götürməsini və borcu hər ay 700 manat hesabı ilə ödəməyi öhdəsinə götürdüyünü və birinci ödənişinin xx.xx.2024-cü il tarixdə edəcəyini göstərmişdir. xx.xx.2024-cü il tarixdə 700 manat pulu qaytarmalı olduğu halda pulunu qaytarmamış, telefon zənglərinə cavab vermir. Cavabdeh aldığı borc pul ilə Xudat şəhərində restoran açmışdır. Lakin ona məlum olmayan səbəbdən pulunu qaytarmır. Məhkəmə iclasında iddiaçı iddia tələbinə dəqiqləşmə edərək göstərmişdir ki, məhkəməyə ərizə verəndən sonra cavabdeh ona 200 manat pul ödəmişdir. Hazırda iddia tələbi 7300 manat təşkil edir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan pul almamışdır, o lizinqlə “Ford” markalı avtomaşın almışdır. İddiaçı maşını ona işləməyə vermişdir. Sonradan təklif etmişdir ki, maşını ondan satın alsın. Ödənişi hissəhissə olmaqla 17000 manata razılaşmışlar. Pulu hissə-hissə 500, 1000 manat olmaqla ödəmişdir. Sonra özünə kafe açmaq istəmiş, özündə olan minik avtomobilini iddiaçıya təklif etmiş və dəyərini ona olan borcundan çıxması barədə razılaşmışlar. İddiaçıya 1 il ərzində 10500 manat ödəmişdir. İddiaçıya hazırda 7500 manat borcu var, borcu hissəhissə, bağ mövsümü zamanı fındıq məhsulunu satıb ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh X1 7500 manat məbləğində borc pul almışdır. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 95 manat rüsum ödənilmişdir. -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X2 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyatı üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, Xaçmaz rayonu, Fərzəli-Oba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və iki övladı var. Özü kiçik sahibkarlıqla məşğuldur. X3 dedikləri ilə qismən razıdır. Belə ki, Xanəhməd Əlistanov onun bibisi Gülxanımın əridir. 2023-cü ilin avqust ayında Xanəhməddən pulunu hissə-hissə vermək şərtilə “Ford Traznit” markalı avtomobil almış, bugünə kimi də onun pulunu verməkdə davam edir. Belə ki, o, hər ay Xanəhmədə 800- 1500 manat aralığında pul vermiş, bugünə kimi isə ümumilikdə ona 8.000 manat pul vermişdir. Yerdə isə ona 7.500 manat borcu qalmışdır. Hal-hazırda maddi imkanı yaxşı deyil. Ancaq buna baxmayaraq verdiyi vədə əməl edərək ona hrə ay 700 manat ödəyəcəkdir. -X2 ərizəsindən müəyyən olunur ki, məhkəməyə ərizə verəndən sonra cavabdeh ona 200 manat pul ödəmişdir. Hazırda iddia tələbi 7300 manat təşkil edir. İddianın təmin olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi olaraq iddiaçıya məxsus nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair razılıq olmuşdur. Cavabdeh razışadırılan məbləğin bir hissəsini ödəmişdir, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya müraciət edərək qalan 7500 manat pulu istəmişdir. Bildirmişdir ki, cavabdeh bildirmişdir ki, ondan alacağı 7500 manat borc pulu hər ay 700 manat hesabı ilə qaytaracaqdır. Razılaşmalarına əsasən ilkin 700 manat pulu xx.xx.2024cü il tarixdə ödəməli idi. Cavabdeh özü öz xətti ilə yazdığı və imzaladığı qəbzdə həqiqətən də xx.xx.2024-cü il tarixdə ondan 7500 manat pul borclu olduğunu və hər ay 700 manat hesabı ilə ödəməyi öhdəsinə götürdüyünü və birinci ödənişinin xx.xx.2024-cü il tarixdə edəcəyini göstərmişdir. xx.xx.2024-cü il tarixdə 700 manat pulu iddiaçıya qaytarmalı olduğu halda pulu qaytarmamışdır. Beləlikə, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyə əsasən nəqliyyat vasitəsinə özgəninkiləşdiriməsinə dair müqavilənin yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq edilməli olamasına baxmayaraq, tərəflər bu qaydaya riayət etməyərək aralarında şifahi qaydada nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə razılığa gəlmiş, lakin nəqliyyat vasitəsi cavabdehin sərəncamına keçsə də, o razılıq əsasında üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və beləliklə iddiaçının hesabına əsassız olaraq varlanmışdır. xx.xx.2024-cü il tarixli iltizam (əlyazma-əqd) əsasında Cavabdeh X5 7500 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Məhkəmə prosesinin gedişində cavabdeh tərəfindən iddiaçıya 200 manat məbləğində pul ödənilmişdir. Qeyd olunalarla bağlı tərəflər arasında mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh pulu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7300 manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumu alınaraq X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1665/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1665/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver