Məhkəmə qərarları › İş №2(067)-1677/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1677/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1677/2024 17.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 39000 manat məbləğində pulun və ödənilmiş 207 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tofık oğlunu çoxdan tanıyır və aralarında bu vaxta qədər heç bir ədavət olmamışdır. Sonralar cavabdehlə aralarında daha yaxın münasibəti yaranmışdır. Cavabdeh 2022-ci ilin sonlarında ona "gəl pul qoyub avtomobil təmir yeri, həmçinin avtoyuma yeri açaq" demişdir. O da onunla razılaşmış, 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə Elmanın yaşadığı Xaçmaz rayonu, Xudat şəhərində yerləşən evində Elmana 24000 manat pul vermişdir. Elman ona "14 min manata təkər təmiri yeri, 10 min manata isə avtoyuma avadanlığı alıb avtoyuma məntəqəsi açacaq" demişdir. Pulu Elmana verdikdən sonra Elman 2023-cü ilin əvvəlində Xudat şəhərində arendaya obyekt götürərək, orada təkər təmiri avadanlıqları alaraq təmir məntəqəsi açmışdır. Həmçinin Elman ona avtoyuma avadanlıqları da almasını demişdir. Elman 4 ay ərzində ümumilikdə ona 2400 manat olan qazanc pul göndərərək, həmin pulun həm təkər təmiri yeri, həm də avtoyuma yerləridən əldə etdiyi qazanc olduğunu bildirmişdir. Lakin sonradan bilmişdir ki, Elman onu aldatmış, ümumiyyətlə avtomobil yuma avadanlıqları almamışdır. Bundan başqa əlavə olaraq 2022ci ilin yay aylarında "Kia" markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilimi Elman nisyə almışdır. O da razılaşaraq avtomobili 2022-ci ilin yay aylarında Elmana 25000 manata nisyə satmışdır. Elman həmin avtomobilə görə ona 10 000 manat nağd pul vermiş, lakin qalan 15 min manatı verməmişdir. Elmanın ona ümumilikdə 39.000 manat pul verməlidir. Lakin bu günədək pulumu verməmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh 2022-ci ilin sonlarında iddiaçıya birgə pul qoyaraq avtomobil sexi açmağı təklif etmişdir. İddiaçı onunla razılaşmış və 2022ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə cavabdehin yaşadığı Xaçmaz rayonu, Xudat şəhərində yerləşən evində cavabdehə 24000 manat pul vermişdir. İddiaçı pulu verdikdən sonra cavabdeh 2023-cü ilin əvvəlində Xudat şəhərində arendaya obyekt götürərək təkər təmiri avadanlıqları alaraq təmir məntəqəsi açmışdır. Lakin sonradan iddiaçı cavabdehin onu aldatdığını və ümumiyyətlə cavabdehin avtomobil yuma avdanlıqlar almadığını öyrənmişdir. Bundan başqa da cavabdeh 2022-ci ilin yay aylarında iddiaçının “Kia” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtombilini iddiaçıdan nisyə alaraq, avtomobilə görə iddiaçıya ilkin olaraq 10000 manat nağd pul ödəmiş, lakin qalan 15 000 manat pulu isə verməmişdir. Sonradan tərəflər arasında qeyri-rəsmi ailə münasibətləri yarandığına görə cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. İddiaçı cavabdehə borc pul verən zamanda aralarında müqavilə bağlanmamışdır. Cavabdeh Polis Şöbəsində verdiyi izahatında da təsdiq edir ki, o, iddiaçından müəyyən miqdarda pul almışdır. Cavabdeh iddiaçıdan birinci dəfə 24 000 manat, ikinci dəfə isə 25 000 manat borc pul almışdır. Cavabdeh ümumilikdə iddiaçıya 39 000 manat pul verməlidir. Sözügedən məsələ ilə bağlı istintaq zamanı Cavabdeh Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, İddiaçı çoxdan tanıyır, aralarında heç bir ədavət olmamışdır. O, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, İddiaçı da taksi sürücüsü işlədiyi zamanlarda tanımışdır. Nigarı sürücü kimi bir neçə yerə aparmış və yol pulunu da almışdır. Zaman keçdikcə onların daha yaxın dostluq münasibəti yaranmış, hətta Nigarın körpə uşağını da öz evində saxlamış, buna görə Nigar ona aylıq 500 manat pul vermişdir. Uşağın sənədləri olmadığından ona öz soyadını da vermişdir. 2021-ci ildə Nigarın istifadəsində olan “Kia” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili Nigardan 25 000 manata satın almış, ilk olaraq Nigara 10 min manat vermiş, sonradan isə aylıq 400 manat olmaqla Nigara pul ödəmişdir. Həmçinin Nigar uşağa görə əvvəllər ona aylıq 500 manat vermiş, sonradan münasibəti yarandığına görə isə pulu verməmiş onun da Nigara avtomobilə görə borcu olduğundan ayları hesablayıb avtomobilin qalan borcunu da əvəzləşdirmiş və avtomobilin pulunu tam sıfırlamışdır. Bundan başqa 2022-ci ilin sonları, 2023-cü ilin əvvəlində Nigara icarəyə yer götürüb avtomobil təmiri yeri açmaq barədə təklif etmiş, Nigar da bu təkliflə razılaşmışdır. O, 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə yaşadığı Xaçmaz rayonu. Xudat şəhərində yerləşən evində Nigardan 12000 manat pul almışdır. Bundan sonra Xudat şəhərində Qayalı” marketin yaxınlığında icarəyə obyekt götürərək avtomobil təkər təmiri yeri açmışdır. Həmin işdən əldə etdiyi qazancdan Nigara 3-4 dəfə 100-400 manat arası pul vermişdir. 2023-cü ilin mart ayında isə Nigar ona Ruslan adlı şəxsin gələcəyini və aldığı avadanlıqları həmin şəxsə verməyini bildirmişdir. O, da etiraz etməyərək bütün avadanlıqları Ruslana vermiş və obyekti işlətməkdən geri çəkilmişdir. Nigar isə sonradan ona yenidən pul verməli olduğunu bildirmişdir. O, səbəbini soruşduqda isə Nigar ona avtomobildən borcu qaldığını və avadanlıqlardan pul verməli olduğunu bildirmişdir. O da pul vermədiyindən Nigar onun barəsində şikayət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Arvadının adı Esmiradır, mobil nömrəsi ***-***-**-**, arvadının telefon nömrəsi İddiaçı olmuşdur Onun Nigara borcu yoxdur, təkər təmiri obyektinə görə aylıq ödənişi istəyən vaxt arvadı Esmıra Nigara bu məzmunda mesajlar yazmışdır. İddiaçı ona 12 min manat pul vermiş, avtoyuma avadanlığı almaq üçün ona pul verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, cavabdehin istintaq orqanında veridyi izahatı nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xaçmaz rayon X2 Bölməsinin müstəntiqi, polis kapitanı X1 13 iyun 2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki,Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 53, mənzil 27-də yaşayan İddiaçı Xaçmaz RPŞ-yə etdiyi müraciət əsasında toplanmış HK-1/1642 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 22 aprel 2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 207 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh avtomobillərin təkər təmiri yeri açmaq və avtoyuma avadanlıqları almaq məqsədi ilə özünün yaşadığı Xaçmaz rayonu, Xudat şəhərində yerləşən evində yaxın münasibətləri olmuş, tanışı, İddiaçı ilə aralarında şifahi razılaşma əsasında ondan 12000 manat məbləğində nağd pul vəsaiti götürmüşdür. Daha sonra Cavabdeh Xudat şəhəri ərazisində icarə əsasında obyekt götürərək avtomobil təmir sexi açmış və bir müddət işlədikdən sonra əldə etdiyi qazanc puldan İddiaçı 2400 manat məbləğində pul vermişdir. Bundan başqa 2022-ci ilin yay aylarında İddiaçı özünə məxsus avtomobili Cavabdeh 25000 manata satmışdır. Aralarındakı razılaşmaya əsasən Cavabdeh avtomobilin pulundan İddiaçı ilkin olaraq nağd şəkildə 10000 manat pul vəsaiti vermiş, qalan hissəsini isə aylıq ödənişlərlə hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin sonradan aralarında münasibət pozulmuş və nəticədə Cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək İddiaçı pul borclu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, iddiaçı iddia ərizəsində və istintaq zamanı istintaq orqanında, həmçinin məhkəmə iclasında özünün və nümayəndəsinin verdiyi izahatlarda cavabdehə 24000 manat məbləğində pul vəsaiti verdiyini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh istintaq zamanı istintaq orqanında verdiyi izahatında iddiaçının ona 24000 manat verdiyini təkzib edərək, iddiaçıdan 12000 manat aldığını etiraf etmişdir. Habelə cavabdeh izahatında iddiaçıdan aralarındakı razılaşmaya əsasən ona ilkin olaraq 10000 manat verməklə, qalan 15000 manat pulu isə aylıq ödənişlər etməklə iddiaçıdan avtomobil aldığını etiraf etmişdir. Bundan başqa cavabdeh izahatında iddiaçıya aylıq olaraq müxtəlif məbləğlərdə ödənişlər etdiyini qeyd etmiş, habelə aralarında digər bir razılaşma olduğunu və İddiaçı uşağını evində saxladığına görə sonuncunun ona aylıq 500 manat ödədiyini, daha sonra isə ödəniş etmədiyinə görə borclu qaldığı məbləği avtomobilin pulu ilə əvəz edərək, iddiaçıya avtomobilin pulundan borclu qalmadığını bildirmişdir. Lakin cavabdeh məhkəmə iclaslarına gəlməmiş və borcunu ödədiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi (39000 manat) qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə (27000 manat) təmin edilməli, iddianın qalan hissəsi isə sübuta yetirilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri qismən cavabdehə aid edilməlidir. Belə olan halda İddiaçı tərəfindən ödənilmiş 207 manat dövlət rüsumunun yarısı, yəni 103.50 manat məbləğində pul Cavabdeh tutulmalıdır. Rüsum qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və iddiaçı tərəfin izahatını dinləyib, cavabdehin istintaq orqanında verdiyi izahatı nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 103.50 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 103.50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar