Məhkəmə qərarları › İş №2(067)-1692/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1692/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1692/2021 16.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7337 (yeddi min üç yüz otuz yeddi) manat borc pulun və 30 manat dövlət rüsüumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14.07.2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları vardır: 24.12.2020-ci il təvəllüdlü X1. 2020-ci ilin sentyabr ayının ortalarından etibarən onlar faktiki olaraq ayrılmış və hazırda da ayrı yaşayırlar. Tərəfindən Sumqayıt şəhər məhkəməsində nikahın pozulması və aliment tələbinə dair iddia qaldırılmışdır. Sumqayıt şəhər məhkəməsinə təqdim etdiyi boşanma barədə ərizəsində boşanmağının səbəbi kimi xasiyyətlərinin uyğun gəlməməini göstərsə də, əsl səbəb odur ki, onun cavabdehlə təxminən 1 il 2 ay davam edən evlilik dönəmində cavabdehin onunla ailə qtırmaqda əsl niyyətinin nə olduğunu gec anlamış və bu müddətdə Sərxan onun maddi imkanlarından sui-istifadə edibdir. Odur ki, cavabdehlə boşanmaq istəyinin əsl səbəbi xarakterlərinin uyğun gəlməməsi deyil, Cavabdeh onu kredit götürməyə vadar etməsi, götürülən kreditləri mənimsəyib, özünün birtib-tükənməyən borclarına və əyləncəsinə, qumar oyunlarına xərcləməsidir. O, 2017-ci ildən “XalqBank'’-da mütəxəssis vəzifəsində işləyir, hazırda aylıq əmək haqqı 2040 manatdır. Cavabdehlə ailə qurduğumuz ərəfədə isə, təxminən 1500 manat əmək haqqı alırdı. Hələ cavabdehlə rəsmi nikaha daxil olmamışdan əvvəl, 2019-cu ilin yanvar ayında Cavabdeh ondan borca 3000 (üç min) manat pul istədi. Bildirdi ki, guya müdirinin maşınını idarə edəndə harasa vurub əzibdir. Buna görə 3000 manat pul lazımdır ki, müdir xəbər tutmadan dərhal maşını düzəltdirsin. O, ona inanmış və 2019-cu ilin yanvar ayının 27-də yaşadığı Sumqayıt şəhərində ona 3000 manat pul vermiş. Həmin məbləğin 1500 manatı özünün evdə olan pulundan götürmüş, qalan 1500 manatı isə, Kapitalbankın Sumqayıt şəhəri 17-ci məhəllə ərazisində yerləşən bankomatdan ona mxsus Bir Kartdan çıxarıb vermişdir. Daha sonra, 2019-cu ilin fevral ayında Cavabdeh yenidən ondan 2000 (iki min) manat pul istəmiş və bildirmişdir ki, kiməsə borcu var, borc sahibi onu narahat edir, xahiş etdi ki, ona kömək etsin 2000 manat pul versin, borcunu qaytarsın. O, ona söz verdi ki, Novruz bayramınadək ona olan bütün borclarını, yəni 5000 manat pulu geri qaytaracaq. O, da yenidən ona inanıb 2019-cu ilin fevral ayının 6-da Bakı şəhərində Elmlər Akademiyası metrosu tərəfdə yerləşən Kapitalbanka aid bankomatdan özünə məxsus Bir Kartdan 2000 manat pul çıxarıb Cavabdeh vermişdir. 2019-cu ilin may ayında onların nişan mərasimləri olmalı idi. Lakin cavabdeh hələ də ona olan borcunu qaytarmamışdı. Bu vaxtadək Cavabdeh ona 5000 manat borclu olmasını heç kimə deməmişdir, nişan ərəfəsində bu barədə anasına demiş, anası ona əsəbləşmiş və bildirmişdir ki, nişandan imtina edək. Lakin, təəssüf ki, o zaman o, anası ilə razılaşmamışdır. Belə olan halda, onun anası cavabdehin anası ilə danışaraq oğlunun ondan 5000 manat pul alıb, qaytarmadığını, bunun heç də yaxşı bir hal olmadığını bildirmişdir. Cavabdehin valideynləri bundan xəbər tutduqdan sonra həmin 5000 manatdan 3000 manatını nişandan qabaq ona qaytarmışlar. Beləliklə may ayının 15də Sumqayıt-Novxanı yolunda dəniz kənarında yerləşən LaŞate restoranında onların nişan mərasimləri baş tutdu. Bir müddət keçəndən sonra, onlar nikah günü üçün vaxt təyin etmiş və nikah gününü onun doğum gününə, yəni 14 iyul 2019-cu il tarixinə təyin etmişlər. Nikahları 14 iyul 2019- cu il tarixdə rəsmilşdirilsə də, onların toyu 20 iyul (qız toyu) və 27 iyul (oğlan toyu) 2019-cu il tarixlərində olmuşdur. Toylarından dərhal sonra cavabdeh ona bildirdi ki, guya müdirinə 5000 manat borcu var və ondan təkidlə tələb etdi ki, ona 5000 manat borc verim. O, isə, o məbləğdə nəğd pulunun olmadığını, pulunun toy ərəfəsində cehiz əmlakların alınmasına sərf olunduğunu, hətta bu münasibətlə kredit də götürdüyünü, kredit borclarının olduğunu Cavabdeh bildirdi. Belə olan halda cavabdeh onu məcbur elədi ki, bankdan kredit götürüb ona versin. O, çarəsiz durumda qalıb, utandığı üçün valideynlərinə və yaxınlarına heç nə demədən, toyundan 3 gün sonra, 31 iyul 2019-cu il tarixdə Unibankın İnşaatçılar metosunun çıxışında yerləşən fıalialından 5000 (beş min) manatlıq kredit kartı alıb Cavabdeh vermişdir. O, isə, 5000 manat pulu həmin kartdan çıxardı. Həmin kreditin aylıq ödənişlərini 2 ay (avqust-sentyabr ayları), hər ay üçün 210 manat olmaqla, ümumilikdə 420 manat o, ödəmiş, 25 oktyabr 2019-cu il tarixdə o, EkspressBankın Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən filialından Cavabdeh xəbəri olmadan 17000 (on yeddi min) manat məbləğində kredit götürmüş, həmin məbləğin 5300 manatını ödəyərək özünün cavabdehlə nikahdan əvvəl cehiz əmlaklar almaq üçün Ekspressbankdan götürdüyü kreditini bağlamış, 5000 manatını isə, yenə də özünə aid olan Bir Kart borcunun bağlanmasına sərf etmişdir. Yerdə qalan puldan 4917 (dörd min doqquz yüz on yeddi) manat pulu toylarından 3 gün sonra, 31 iyul 2019-cu il tarixdə Unibankın İnşaatçılar metosunun çıxışında yerləşən filialından götürüb cavabdehə verdiyi 5000 (beş min) manatlıq kredit kartının bütün borcunun bağlanmasına sərf etmişdir. Bütün borcları bağlayandan sonra cavabdehlə qəti şəkildə söhbət edərək ona bildirmişdir ki, aramızda bir daha pul, borc, kredit söhbəti olmayacaq. Əks halda, o, hər şeyi açıb valideynlərinə danışacaq. Bu minvalla bir müddət cavabdeh ondan pul istəməmişdir. 2020ci ilin sentyabr ayında cavabdeh yenidən ona müraciət edərək, bir nəfəri polisə işə düzəltmək üçün ondan pul aldığını, lakin işi düzəldə bilmədiyini, pulun bir hissəsini xərclədiyini, pul sahibinin onun sıxışdırdığını, sentyabrın 10-dək pulu tam qaytarmazsa, hüquq-mühafizə orqanlarına şikayət edib tutdurcağını bildirdi. O, həmin vaxtı hamilə idi. Bu ona çox pis təsir elədi. Bir qədər tərəddüd etdikdən sonra, gələcək övladını düşünüb 10 sentyabr 2020-ci il tarixdə EkspressBankın Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən filialından öz adına 2100 (iki min yüz) manat kredit götürüb bankın qarşısında Cavabdeh vermişdir. Amma onunla şərt kəsmişdir ki, kreditin aylıq ödənişlərini o özü ödəyəcək. Bundan təxminən 1 həftə sonra cavabdehlə birgə yaşamağın mümkünsüz olduğunu, onun maddi imkanlarından sui-istifadə etdiyini dərk edərək ondan ayrılmağa qərar vermiş və bu barədə valideynlərinə danışmış, valideyni gəlib onu öz evinə aparmışdır. Beləliklə, cavabdehin ona toydan əvvəl aldığı puldan 2000, toydan sonra aldığı puldan isə, 5337 (420 manat+4917 manat) manat (cəmi 7337 yeddi min üç yüz otuz yeddi manat) borcu qalıbdır. 10 sentyabr 2020-ci il tarixdə EkspressBankın Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən filialından öz adına 2100 (iki min yüz) manat krediti isə, cavabdeh özü aybaay ödəyir, hazırda 918 manat borc qalıbdır. Məhkəmə dövründə cavabdeh bu krediti ödəməsə bununla bağlı iddiasına əlavə edəcək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin 7337 manat həcmində təmin olunmasına etiraz etməmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 7337 manat pul borclu olduğunu etiraf etyindən və bu hal iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 7337 (yeddi min üç yüz otuz yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rusumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar