Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1702/2022 06.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı ziyanla bağlı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ümumilikdə 658,64 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh göndərilmiş məhkəmə bildirişi onun vəfat etməsinə dair qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə iddiaçı "xxxx" ASC-nin və Cavabdeh iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün hesab etmişdir. İş materiallarında olan Elektron məhkəmə portalı sistemindən çıxarışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, cavabdeh X3 öldüyündən, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı ziyanla bağlı pul tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1702/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1702/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver