Məhkəmə qərarları › İş №2(067)-1708/2021

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-1708/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1708/2021 28.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı X3 hərəkətləri nəticəsində ona vurulmuş 4014 manat və ödənilmiş 30 manat dövlət rüsumunun azyaşlının atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xaçmaz şəhəri, R.Sadıqov küçəsi 63 saylı evdə yaşayır. 06.03.2021-ci il tarixdə saat 11.40 radələrində yumurta almaq üçün evdən çıxaraq yaşadığı evin qarşısındakı küçədə qonşusu Nargilə ilə qarşılaşmış, evin yanında onunla bir az söhbət etdikdən sonra ayrılmışlar. O, əks istiqamətdə hərəkət edəcəkdi. Bu zaman yolun kənarında olarkən bir-iki addım atdıqdan sonra arxadan ona zərbə dəymiş, həmin zərbənin nə olduğunu bilməmiş, sonradan velosipedli bir oğlanın başının üstündə durduğunu görəndə məlum olmuşdur ki, onu azyaşlı 2007-ci il təvəllüdlü X5 velosipedlə vurmuşdur. Hadisədən sonra o, sağ bazu sümüyünün boynunun sınığı, sağ bazu sümüyünün başənən sınığı, sağ bazu sümüyünün konduslarda keçən qəlpəli sınığı, alın nahiyyəsinin sağ tərəfdən dərialtı hermatoması diaqnozu ilə Xaçmaz MRX-na müraciət etmiş, ilkin tibbi yardım göstərildikdən sonra isə Qusar MRX-na aparılmış, 14 gün orada qalmış, əməliyyat olunmuşdur. Azyaşlının hərəkətindən o, 4014 manat maddi ziyana düşmüşdür. Cavabdehin valideynlərinə dəfələrlə ziyanın ödənilməsini və onun maddi imkanının olmadığını desə də bu heç bir nəticə verməmişdir. Bu barədə Xaçmaz RPŞ-də araşdırılma aparılmış və fakt öz təsdiqini tapmışdır. Ona görə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, habelə mülki işə qiyabi icraat qaydasında baxılmasına dair məhkəməyə yazılı ərizə ilə müraciət etmişdir. İş üzrə Cavabdeh məhkəmə bildirişini şəxsən təhvil alıb, iclasın vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 06 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, İddiaçı şikayəti əsasında Kamalov Osman İmran oğlunun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərarın məzmunundan görünür ki, X6 06 mart 2021-ci il tarixdə saat 11:30 da Xaçmaz şəhəri, R.Sadıqov küçəsində adını sonradan bildiyi İddiaçı sürdüyü velosipedlə vurmuşdur. İş materiallarında olan sənəddən görünür ki, X6 20 yanvar 2008-ci il tarixdə anadan olmuş, yəni hadisə zamanı onun 13 yaşı tamam olmuşdur. İş materiallarında olan X2 X1 şöbəsinin protokollarından müəyyən olunur ki, İddiaçı Qusar MRX-da sag lateral bud-çanaq oynaq.2.pr rentgen şəklində endoprotezləşmə əməlliyarı keçirmişdir. İş materiallarında olan İddiaçı Nürəddin qızının adına tərtib olunmuş xəstəlik tarixindən çıxarışının təsdiq olunmuş surətlərindən görünür ki, xəstənin xəsarətlərin velosipedlə vurulması nəticəsində alması qeyd olunub, xəstə əməliyyat olunub və xəstəliyi nəticəsi sağ bud-çanaq oynağının bipolyar endoprotezləşməsi olub. İş materiallarında əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı Nürəddin qızının müalicəsi nəticəsində 4014 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləinin 28.2 və 28.3-cü maddələrinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Qeyd olunan Məcəllənin 29.3-cü maddəsinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddsəinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1103.1-ci maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 4014 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar