Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1718/2025 15.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdehnə qarşı borcun tutulması və qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı borcun tutulması və qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə müraciət etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun tutulması və qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunmalıdır ki, hazırki tələbi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdehnə qarşı borcun tutulması və qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, hazırki tələbi ilə bağlı olaraq müvafiq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1718/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1718/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver