Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-172/2025 09.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Xaçmaz rayon Məhkəməsində pul tələbinə dair iddia qaldıraraq, Cavabdeh 22675 manat borcun, 159 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 250 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi onunla əsaslandırmışlar ki, İddiaçı1 evdə müəyyən işlərin görülməsi üçün bankdan 14000 manat kredit götürmüş, plastik kartında isə 4000 manat pul vəsaiti olmuşdur. Cavabdeh İddiaçı2 etibarından istifadə etməklə həmin pulları almış, bundan əlavə də özünə məxsus 4675 manat pulu cavabdehə vermişdir. Lakin həmin vaxtdan etibarən müvafiq orqanlara şikayət etsələr də, mülki xarakterli iş olduğunu əsas gətirərək məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Cavabdeh hərbçi olmuş, müəyyən qazanca sahib olsa da, göstərilən pulu verməkdən boyun qaçırır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı1 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, qızı İddiaçı2 kollecdə təhsil alır, cavabdehlə də kolleclə tanış olmuşdur. Sonradan cavabdeh qızına pula ehtiyac olduğunu bildirmiş, qızı da ona köməklik edərək, kartına pul köçürmüşdür. Cavabdeh onlardan başqa şəxsləri də aldadaraq pul almışdır. Bundan sonra onlar cavabdeh barəsində bir neçə dəfə ali orqana müraciət eləmişlər və cavabdeh aşkar ediləndən sonra bilmişlər ki, həmin şəxs hərbçi olub. O, qızına Lerik rayonunda yaşadığını bildirsə də, lakin, onun Xaçmaz rayonunun Yeni həyat qəsəbəsində qeydiyyatda olduğu məlum olmuşdur. Cavabdehin evli olduğunu bilməmişlər, onun evli olduğunu məhkəmə prosesində bilmişlər. Qızı cavabdehin kartına ümumi 20000 manata yaxın pul köçürmüşdür. 7500 manat pulu isə cavabdehin hesabına milliön ödəmə terminalı vasitəsi ilə köçürülmüşdür. Hazırda cavabdeh onlara 14958 manat pul borclu olduğunu etiraf edir və o, cavabdehin etiraf etdiyi məbləğlə razıdır. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, müharibə iştirakçısıdır. O, İddiaçı2 maddi sıxıntılarının olduğunu demiş, Nəzrin də ona pul göndərərək, yardım etmişdir. Sonradan Nəzrin ondan həmin məbləği tələb etməmişdir. Lakin, sonra Nəzrinin atası onun telefonuna zəng vuraraq onu təhqir etmişdir. Nəzrin pulu atasından alaraq ona göndərmişdir. Bundan sonra Nəzrinin atası hərbi xidmətdə olduğu yerə gələrək ondan pulu tələb etmişdir. Aldığı məbləğ yadında deyil. Kartına həmin vaxt çox məbləğlər göndərilib. Göndərilmiş pul vəsaitləri ilə bağlı çıxarışları məhkəməyə təqdim etmişdir. Hazırda iddiaçılara 14958 manat pul borclu olduğunu etiraf edir. İş üzrə İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianın qismən etirafını nəzərə almaqla, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Hərbi Prokurorluğunun X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, sonuncuya cəmi 20575 manat pulunun Cavabdeh tərəfindən qaytarılmaması barədə müraciətinin mülki xarakterli olması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı2 adına "xxxx" ASC-də ******************** saylı bank hesabı açılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı2 adına "xxxx" ASC-də ******************** saylı bank hesabı açılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı2 adına "xxxx" ASC-də ******************** saylı bank hesabı açılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı2 adına "xxxx" ASC-də ******************** saylı bank hesabı açılmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı1 adına "xxxx" ASC-də ******************** saylı bank hesabı açılmışdır. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə ******************** saylı kart hesabına 12399,88 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 516751******4864 saylı kart hesabına 250 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 516751******4864 saylı kart hesabına 200 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 516751******4864 saylı kart hesabına 2000 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 516751******4864 saylı kart hesabına 200 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 516751******4864 saylı kart hesabına 250 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 150 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 280 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 100 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 150 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 100 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 250 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 300 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 200 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 800 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 200 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 100 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 250 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 350 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 300 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 200 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******9673 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 65 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******3701 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 350 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******3701 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 400 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******3701 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 1024 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******3701 saylı kart hesabından 516751******5051 saylı kart hesabına 1500 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******3701 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 1200 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 416973******3701 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 30 manat pul mədaxil edilmişdir. ********** saylı ödəniş qəbzinin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 416973******3701 saylı kart hesabından 416973******0139 saylı kart hesabına 150 manat pul mədaxil edilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 416973******0139 saylı Birbank kart hesabı ilə qeyd olunan dövr ərzində bank əməliyyatları aparılmış və mövcud balansı 0,05 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən çıxarışdan müəyyən olunur ki, Cavabdeh ******************** saylı bank hesabı 102,21 manatla açılmış və həmin hesab vasitəsi ilə qeyd olunan dövr ərzində bank əməliyyatları aparılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh adına açılmış **********5893590267 saylı bank hesabı (hesaba bağlı plastik kart 5522- 0993-6980-4232), ******************** saylı bank hesabı (hesaba bağlı plastik kart 5167- 5133-4667-4864), ******************** saylı bank hesabı (hesaba bağlı plastik kart 5167- 5133-4663-2922), ******************** saylı bank hesabı (hesaba bağlı plastik kart 5167- 5133-3153-9239), ******************** saylı bank hesabı (hesaba bağlı plastik kart 4127- 2093-0702-0997), ******************** saylı bank hesabı (hesaba bağlı plastik kart 4127- 2081-2090-7166), ******************** saylı bank hesabı (hesaba bağlı plastik kart 4127- 2044-4863-3592) üzrə aparılmış əməliyyatlara dair 2020-2021 və 2022-2024-cü illər üzrə və pul köçürmə əməliyyatlarında yalnız mədaxil əməliyyatları öz əksini tapmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, ******************** saylı və ******************** saylı hesablardan çıxarışlarda müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən dövr ərzində mədaxil-məxaric əməliyyatları aparılmışdır. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin, borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçılara 14958 manat pul borclu olduğunu etiraf etmiş, İddiaçı1 da qeyd olunan məbləğlə razılaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, işin müəyyən olan hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisəli borc pul məsələsi iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və cavabdehin etirafı ilə müəyyən olunmuşdur ki, hazırda cavabdeh iddiaçılara 14958 manat məbləğində pul borcludur və həmin borcunu qaytarmamışdır. Belə olan halda məhkəmə iddia tələbinin cavabdehin etiraf etdiyi həcmdə sübuta yetirildiyini və qismən əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə hüquqi yardıma görə ödənilmiş 250 manat pulu və 159 manat dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq qismən cavabdehdən tutulmalıdır. Belə olan halda hüquqi yardıma görə ödənilmiş 125 manat pul və 134.87 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyib, cavabdehlərin etirafını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və 14958 manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 125 manat pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 134.87 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14958 (on dörd min doqquz yüz əlli səkkiz) manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 125 manat məbləğində pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 134.87 (yüz otuz dörd manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-172/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-172/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver