Məhkəmə qərarları › İş №2(067)-1740/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1740/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1740/2021 03.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «Kredit borcunun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2568,56 manat məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmalarına baxmayaraq təkrarən heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İş üzrə iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 ara/sında bağlanmış 10 aprel 2015-ci il tarixli, **********851 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 31 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 227 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.10 aprel 2015-ci il tarixli, **********851 nömrəli kredit müqaviləsi 22 aprel 2016-cı il tarixli, **********3357 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi- əsas borc 3559,00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat məbləğində müəyyən edilmişdir. 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 2568.56 manat, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2568.56 manat təşkil edir. Göstərilənlər, kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 2568,56 manat məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 10 aprel 2015-ci il tarixli, **********851 nömrəli kredit müqaviləsindən və həmin müqavilənin arxa hissəsində əks olunmuş ödəniş qrafikindən görünür ki, iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, **********851 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat şəraitinin yaxşılaşdırılması üçün illik 31 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 227 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinin restrukturizasiyasına dair sazişdən müəyyən olunur ki, 10 aprel 2015-ci il tarixli, **********851 nömrəli kredit müqaviləsi 22 aprel 2016-cı il tarixli, **********3357 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi- əsas borc üzrə 3559,00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının 07 may 2021-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10 aprel 2015-ci il tarixli, **********851 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatına 2568,56 manat əsas, 0,00 manat faiz, 0,00 manat cərimə borcu olmaqla cəmi 2568,56 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatı cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh1 Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvannda qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh1 və zaminlik müqaviləsi üzrə digər cavabdeh (zamin) Cavabdeh2 qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 2568,56 manat məbləğində əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 2568,56 (iki min beş yüz altmış səkkiz manat əlli altı qəpik) əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq iddiaçı «FİNCA Azerbaijan» X4 Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev. Düzdür: HAKİMXİDİRQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar