Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1756/2021 27.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh Misilxan qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Misilxan qızından 2207 manat məbləğində əsas borcun və 400 manat məbləğində ziyanın tutaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh həmkəndlisi Abdullayeva X1 Vahid Tofiq oğlunun həyat yoldaşıdır. Cavabdehin əri hər il yay aylarında onlara məxsus olmuş alma bağından satmaq üçün nəzərdə tutulmuş almanı nisyə şəklində alaraq aparıb sataraq sonradan onların məhsulun pulunu ödəyirdi. 2014-cü ilin yay aylarında həmkəndlisi yenidən onlara gələrək satmaq üçün nəzərdə tutulmuş almanın olubolmamasını soruşduqda bildirmişdir ki, 315 yeşik satmaq üçün nəzərdə tutulmuş alması vardır. Odur ki, həmkəndlisi ilə alma yeşiyinin 1 ədədini 7 manatdan razılaşaraq 2207 manatlıq almanı həmkəndlisin nisyə şəklində vermişdir. Cavabdeh həmkəndlisi X3 2207 manatlıq yəni 315 yeşik almanı onlardan apardıqdan bir neçə ay keçdikdən sonra pulunu vermədiyi üçün cavabdehin yaşadığı ünvanına getsə belə cavabdeh ona müxtəlif vədlər verərək tezliklə aldığı 315 yeşik almanın 2207 manat pulunu verəcəyini bildirmişdir. Belə ki, sonradan başa düşmüşdür ki, cavabdehin onu aldatmaqda məqsədi ondan ibarət imiş ki, ona olan 2207 manat borcunun müddətini itirsin. Odur ki, o, yenidən cavabdehin qapısına gedərək 2207 manat pulu yox onun evindən apardığı 315 yeşik almanı kimdənsə alaraq ona qaytarmasını bildirdi. Cavabdeh ona ya apardığı 315 yeşik almanı ya da 2207 manat dəyərində olan almanın pulunu ödəməməsindən bir neçə ay keçdikdən sonra eşitmişdir ki, cavabdeh dünyasını dəyişib. Cavabdehin yas mərasimində iştirak etdimiş və cavabdehin 40 mərasimindən sonra onun evinə gedərək arvadından ona borclu olduğu 2207 manat pulu yenidən tələb etməyə başlamışdır. Cavabdeh rəhmətlik əri kimi eyni məzmunlu ifadələr işlədərək bir neçə aya pulu verəcəyini bildirdi. Lakin buna baxmayaraq ondan almanı Vahid almışdır, halbuki, Vahid rəhmətə getməsinə baxmayaraq cavabdeh qismində onun həyat yoldaşı İlhamənin könüllü şəkildə pulu verməsini xahiş etsə də belə İlhamə onun heç bir sözünə məhəl qoymayaraq ona olmuş borclarından heç bir qismini ödəməməsini əsas tutaraq onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Cavabdehin ondan aldığı borc pulun vaxtında qavtarmaması ona həm mənəvi və həm də maddi zivarı vurmuşdur. Həmin ziyanı o, 400 manat məbləğində qiymətləndirir ki, cavabdeh həmin ziyan və faizləri ödəməlidir. Odur kı, cavabdeh onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, iddiaçı onlara pul verməlidir. O, iddiaçının bağında işləmişdir. İddiaçının bağında işləyən vaxtı Vahid Qaz 53 markalı maşına 300 yeşikdən çox alma məhsulunu yükləyib aparmışdır. Alma məhsulunun hara və kim üçün aparılmasını bilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə yalnız əlyazma kağızın surətini təqdim etmişdir. Həmin əlyazmanın məzmunundan görünür ki, Amil Qasımov ona pul lazım olduğu üçün torpaq sənədini qoyaraq Əfqaqandan pul alması qeyd olunsa da, həmin pulu hansı müddətə götürdüyünü və nə vaxt qaytaracağı barədə məlumat göstərilməyib. Bu səbəbdən,məhkəmə qeyd olunan əlyazma kağızın surətini mötəbər sübut kimi qəbul edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1756/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1756/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver