Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1772/2021 15.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********52107 olan Samsung galaxy A10s markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə, 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30830 olan Samsung Galaxy A20s markalı telefon üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə, 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan, İMEİ kodu **********49769 olan Xiaomi Redmi 7 markalı telefon üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə, 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu, Paltaryuyan üçün 865.4 (səkkiz yüz altmış beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 257.6 (iki yüz əlli yeddi manat altmış qəpik) manat dəbbə, ümumilikdə 2486 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə 13.10.2019-cu il, 11.12.2019-cu il, 02.09.2019-cu il və 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********52107 olan Samsung galaxy A10s markalı telefon, İMEİ kodu **********30830 olan Samsung Galaxy A20s markalı telefon, Samsung Paltaryuyan, İMEİ kodu **********49769 olan Xiaomi Redmi 7 markalı telefon, HOFFMANN Soyuducu, Paltaryuyan almış və nəticədə 2486 (iki min dörd yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 406 (dörd yüz altı) manat (12ay x 22 manat+22 manat ilkin ödəniş) olan İMEİ kodu **********52107 olan Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə, 291 (iki yüz doxsan bir) manat olmaqla ondan, 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 453 (dördyüz əlli üç) manat (12 ay x 34 manat + 45 manat ilkin ödəniş) olan İMEİ kodu **********30830 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 397 (üç yüz doxsan yeddi) manat olmaqla ondan, 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 91 (doxsan bir) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1144 (min yüz qırx dörd) manat (11 ay x 104 manat +0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan, İMEİ kodu **********49769 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə, 675 (altı yüz yetmiş beş) manat olmaqla ondan, 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1289.4 (min iki yüz səksən doqquz manat qırx qəpik) manat (12 ay x 78.7 manat + 345 manat ilkin ödəniş) olan HOFFMANN Soyuducu, paltaryuyan üçün ümumilikdə, 1123 (min yüz iyirmi üç) manat olmaqla ondan, 865.4 (səkkiz yüz altmış beş manat qırx qəpik) manat ödənilməmiş hıssə; 257.6 (iki yüz əlli yeddi manat altmış qəpik) manat dəbbə; cavabdehin cəmi ödədiyi məbləğ 1378 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsninə yönəldilə bilər. İddiaçı məhkəmənin ünvanına teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmənin ünvanına teleqram göndərərək, onun iştirakı olmadan mülki işə baxmağı və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13.10.2019-cu il, 11.12.2019-cu il, 02.09.2019-cu il və 14.02.2020-ci il tarixli müqavilələrindən müəyyən olunur ki, "xxxx" MMC ilə borclu Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən borclu iddiaçıdan məişət avadanlıqları almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə cavabdehə 1914,4 manat ödənilməmiş əsas borc və 571,6 manat dəbbə borcu, cəmi 2486 manat borcu vardır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, "xxxx" MMC 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən dəbbə borcunun tutulması tənasübsüz surətdə yüksək olduğundan dəbbə pulunun məbləği azaldılmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********52107 olan Samsung galaxy A10s markalı telefon üçün 224 (iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, -11.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********30830 olan Samsung Galaxy A20s markalı telefon üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, -02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan, İMEİ kodu **********49769 olan Xiaomi Redmi 7 markalı telefon üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 14.02.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Soyuducu, Paltaryuyan üçün 865.4 (səkkiz yüz altmış beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, -ümumilikdə 1934,4 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1772/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1772/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver