Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1780/2021 29.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 iştirakı ilə, Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh4 və qeyrilərinə qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmədə iddia qaldıraraq Dövlət Sığorta Kommersiya Şirkətinə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada adları qeyd olunan şəxslərdən tutularaq Şirkətin bank hesabına ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövr üçün aparılmış audit yoxlaması ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon filialında sığorta işlərinin təşkil edilib aparılmasında,ciddi uçotda sayılan şəhadətnamə və qəbzlərin saxlanılmasında və istifadəsində,sığorta etdirənlərdən alınmış sığorta haqlarının sığorta vasitəçiləri tərəfindən filialın bankda olan hesabına təhvil verilməsində,maliyyə əməliyyatlarının və mühasibata dair işlərin aparılmasında filial direktoru Cavabdeh4,baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 və müqavilə üzrə fəlaliyyət göstərən sığorta vasitəçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ciddi nöqsanlara və pozuntulara yol verildiyi aşkar edilmişdir. Belə ki, ciddi uçot blanklarının qeydiyyatı və istifadəsinə dair 24 və 25 saylı kitablar (mühasibat uçotuna dair digər kitablar, mədaxil və məxaric cədvəlləri, jurnal orderlər, mühasibat hesabatları və statistik hesabatlara dair formalar) baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 tərəfindən işlənməmiş, şəhadətnamə və qəbzlərdən istifadə edilməsinə nəzarət edilmədiyinə görə daşınmaz əmlakın icbari sığortası üzrə 20 ədəd, nəqliyyat vasitəsi sahiblərininmülki məsuliyyətinin beynəlxalq sığorta kartı üzrə 16 ədəd, əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 3 ədəd və bütün növ sığortaların mədaxil qəbzi (F.7S) üzrə 17 ədəd olmaqla cəmi 56 ədəd filialın xəzinəsində baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 öhdəsində olan şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Ümumiyyətlə, audit zamanı cəmi 56 ədəd şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Şirkətdən alınan ciddi uçot blanklarına dair məlumatlar İcbari Sığorta Bürosundan çıxarılmış filialın detallı hesabatları ilə üzləşdirilərkən müəyyən edilmişdir ki, sığorta vasitəçiləri tərəfindən sığorta etdirənlərdən alınmış (toplanılmış) sığorta haqlarının filialın bankda olan hesabına təhvil verilməsinəfilialın direktoru və baş mühasib vəzifəsini icra edən Cavabdeh6 tərəfindən nəzarət edilmədiyüinə görə,sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 14 ədəd şəhadətnamə üzrə alınmış 2217 manat, [sığorta vasitəçisi Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 19 ədəd şəhadətnamə üzrə alınmış 5620 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən daşınmaz əmlakın icbari sığortasından 69 ədəd şəhadətnamə üzrə alınmış 3044 manat 28 qəpik, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 5 ədəd şəhadətnamə üzrə alınmış 1460 manat və 3-cü şəxs qarşısında məsuliyyət sığortasından alınmış 200 manat, cəmi 3 növ sığorta üzrə alınmış 4704 manat 28 qəpik, ümumiyyətlə 3 sığorta vasitəçisi tərəfindən 108 ədəd sığorta şəhadətnamələri üzrə sığorta etdirənlərdən alınmış 12541 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Bundan başqa sığorta vasitəçiləri tərəfindən toplanılmış sığorta haqlarına dair tərtib edilmiş hesabatlar (12 cədvəl formalara əsasən) üzrə məlumatlar bank çıxarışları ilə üzləşdirilərkən sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən 120 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən 430 manat olmaqla cəmi 550 manat sığorta haqqı banka az verildiyi aşkar edilmişdir. Ümumiyyətlə 3 nəfər sığorta vasitəçisi tərəfindən audit əhatə etdiyi dövrdə alınmış 13091 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanununa əsasən 01 aprel 2017-ci il tarixdən nağd hesablaşmaların dayandırılmasına baxmayaraq, bəzi hallarda sığorta vasitəçiləri tərəfindən qanunun 3.4.2 bəndinin tələblərinə əməl edilməyərək sığorta haqları nağd qaydada alınmış, sığorta vasitəçisi Cavabdeh2 tərəfindən toplanmış sığorta haqları 17 halda 30 gündən 253 günədək gecikdirilməklə banka təhvil verilmişdir. Filialda baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 verilmiş göstərişlərə əməl etməmiş, Şirkətin razılıq məktubu olmadan filiala məxsus avtomaşının təmiri adı ilə 600 manat vəsait filialın direktoru Cavabdeh4 əmək haqqı kartına vurularaq çıxarılmış, 2 halda 2056 manat 50 qəpik vəsait mal-material alınmasına xərclənmişdir. Filialda işçilərə ödənilməli əmək haqqı, yardım və mükafatlara dair cədvəl formaları tərtib edilməmiş, «Tərlan» istirahət zonasında 2019-cu ildə iyun, iyul, avqust və sentyabr ayları üçün mövsümü işçilərə 1500 manat vəsait ayrılmış, iyul və avqust aylarında 1000 manat işçilərə ödənilmiş və 500 manat qalıq qaldığı halda, 2019-cu ilin oktyabr ayında mövsümü işçilər X6 və X3 iyul və avqust aylarında ödənilmiş 1000 manat nəzərə alınmadan 1500 manat və ya 1000 manat artıq əmək haqqı ödənilmişdir. Tərlan istirahət zonası üzrə 2 nəfər işçiyə 2020-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqı ödənilməmiş, filialın ştat işçilərinə də 2020-ci ilin noyabr ayı üçün əmək haqqı köçürülməmişdir. Şirkətin 12 sentyabr 2019-cu il tarixli 05/07-288 saylı məktubuna əsasən hər birinin aylıq vəzifə maaşı 300 manat olmaqla filiala 2 ştat verilmiş, E.Ş.Mahmudov həmin vəzifəyə Şirkətin 07.10.2019-cu il tarixdə, A.N.Baxışov isə 23.10.2019-cu il tarixdə 288 və 316 saylı əmrlərinə əsasən təsdiq edildikləri halda, onlara əmək haqqı düzgün olmayaraq ştat verildiyi, yəni 12 sentyabr tarixdən hesablandığına görə E.Mahmudova 297 manat 82 qəpik, A.Baxışova 458 manat 50 qəpik olmaqla cəmi 2 halda 756 manat 32 qəpik əmək haqqı artıq verilmişdir. Filial 01 iyul 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək Şirkətin müvafiq qərarlarına əsasən işlərin aparılması və əməyin ödənilməsi şərtləri işə muzd iş prinsipi üzrə fəaliyyət göstərmişdir. Normativlərə əsasən hesablanmış 72563 manat fonda qarşı 11 ayda 82894 manat və ya 10331 manat artıq xərclənmişdir. Artıq xərcdən 4956 manatı komission muzd kimi sığorta vasitəçilərinə artıq köçürülmüş, 3050 manat 5 nəfər işçiyə yardım kimi verilmiş və 2325 manatı isə ezamiyyə xərci kimi işçilərin əmək haqqı kartlarına köçürülmüşdür. Şirkətin 14.07.2020-ci il tarixli 21 saydı Qərarında göstərilmiş müddəalara əməl edilməmiş, qərarda işçilərə filial tərəfindən yardımın verilməsi nəzərdə tutulmadığı halda,yuxarıda qeyd edilən 5 nəfər işçidən (vergilər tutulmaqla) S.lbrahimovaya bir halda 440 manat 50 qəpik, Cavabdeh6 bir halda 440 manat 50 qəpik, Cavabdeh5 2 halda 881 manat, A.Baxışova bir halda 275 manat 50 qəpik və S.Muradova bir halda 234 manat 25 qəpik olmaqla cəmi 6 halda 2271 manat 75 qəpik işçilərin maddi yardıma ehtiyacları olması barədə ərizələri alınmadan işçilərin əmək haqqı kartlarına vurulmuşdur. Filialda ezamiyyə xərcləri ödənilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli 269 saylı Qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «İşçilərin ezamiyyə qaydaları»nın şərtlərinə əməl edilməmiş, işçilərin ezamiyyətə getmələrinə dair əmr verilməmiş, ezamiyyətə getmələrinə dair işçilərin adına ezamiyyə vərəqələri yazılmadığı və ezamiyyətdə olmalarına dair təhtəl şəxslər tərəfindən avans hesabatlar tərtib edilmədiyi halda, filialın 5 nəfər işçisinə, o cümlədən direktor Cavabdeh4 7 halda 2720 manat, Cavabdeh5 4 halda 1800 manat, S.İbrahimovaya 4 halda 1800 manat, Cavabdeh6 4 halda 1800 manat və A.Baxışova 2 halda 900 manat olmaqla cəmi 21 halda 9020 manat vəsait ezamiyyə xərci adı ilə qeyd edilən işçilərin əmək haqqı kartlarına qanunsuz olaraq köçürülmüşdür. Müəyyən edilmiş nöqsan və maliyyə pozuntuları ilə əlaqədar məsul şəxslər Cavabdeh6, A.Baxışov və Cavabdeh2 izahat alınmış, S.İbrahimova isə izahat verməkdən imtina etmişdir. Filialın balansında dəyəri 5603 manat olan bir ədəd avtobus və 22632 manat 97 qəpik məbləğdə müxtəlif xərclərə dair sənədlər audit zamanı təqdim edilməyərək çatışmamışdır. Filialda aparılmış əvvəlki auditin nəticəsinə dair şirkətin 20 dekabr 2019-cu il və 16 iyul 2020-ci il tarixli məktublarına cavab verilməmiş, 2018- ci ildə təsərrüfat xərci üzrə artıq xərclənmiş 111 manat bərpa edilməmişdir. İlin sonunda sığorta vasitəçilərinin kassa əməliyyatları yoxlanılmamışdır. Beləliklə audit yoxlamasının nəticələrinə əsasən adlan yuxarıda qeyd olunan şəxslər tərəfindən ümumilikdə 43065,85 manat olmaqla Dövlət Sığorta Kommersiya Şirkətinə maddi zərər vurulmuşdur. Filialın direktoru Cavabdeh4 və baş mütəxəssis Cavabdeh5 istintaqa cəlb edildikləri üçün onlar Şirkətin 24 noyabr 2020-ci il tarixli 243 saylı əmrinə əsasən tutduqları vəzifədən kənarlaşdırılmışdır. 12 iyul 2021-ci il tarixli məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini dəqiqləşdirərək Dövlət Sığorta Kommersiya Şirkətinə dəymiş 43065,85 manat maddi zərərin müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq Şirkətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh6 iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməyərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz rayon filialında 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək dövr üçün aparılmış auditin nəticəsinə dair rəydən müəyyən olunur ki, Xaçmaz rayon filialında audit Şirkətin 07 dekabr 2020-ci il tarixli 257 saylı əmrinə əsasən Daxili Audit departamentinin baş auditoru Ü.M.Seyidov tərəfindən aparılmışdır. Audit 01 sentyabr 2019-cu il tarixdən 01 dekabr 2020-ci il tarixədək dövrü əhatə etmiş, filialın direktoru Cavabdeh4 istintaqa cəlb edilməsilə əlaqadar filiala məxsus bəzi sənədlərin tapılması və araşdırılması üçün ezamiyyə müddəti Şirkətin 18 dekabr 2020-ci il tarixli 271 saylı əmrinə əsasən 5 iş günü artırılmışdır. Filialın direktoru Cavabdeh4 və baş mütəxəssis Cavabdeh5 istintaqa cəlb edildikləri üçün onlar Şirkətin 24 noyabr 2020-ci il tarixli 243 saylı əmrinə əsasən tutduqları vəzifədən kənarlaşdırılmış, həmin əmrin 2-ci paraqrafına əsasən Xaçmaz rayon filialında inzibati idarəçilik və maliyyə əməliyyatlarının aparılması müvəqqəti olaraq Qusar rayon filialının direktoru X4 həvalə edilmişdir. Aparılmış auditlə müəyyən edilmişdir ki, filialın işçiləri tərəfindən sığortanın inkişaf etdirilməsilə əlaqədar bəzi tədbirlər görülsə də, filialda sığorta işlərinin təşkil edilib aparılmasında, ciddi uçotda sayılan şəhadətnamə və qəbzlərin saxlanılmasında və istifadəsində, sığorta etdirənlərdən alınmış sığorta haqlarının sığorta vasitəçiləri tərəfindən filialın bankda olan hesabına təhvil verilməsində, maliyyə əməliyyatlarının və mühasibata dair işlərin aparılmasında filialın direktoru Cavabdeh4, baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 və müqavilə üzrə fəaliyyət göstərən sığorta vasitəçiləri (sabiq Cavabdeh3), Cavabdeh1 və Cavabdeh2 tərəfindən ciddi nöqsanlara və maliyyə pozuntularına yol verilmişdir. Belə ki, ciddi uçot blanklarının qeydiyyatı və istifadəsinə dair 24 və 25 saylı kitablar (mühasibat uçotuna dair digər kitablar, mədaxil və məxaric cədvəlləri, curnal orderlər, mühasibat hesabatları və statistik hesabatlara dair formalar) baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6 tərəfindən işlənməmiş, şəhadətnamə və qəbzlərdən istifadə edilməsinə nəzarət edilmədiyinə görə daşınmaz əmlakın icbari sığortası üzrə 20 ədəd, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartı üzrə 16 ədəd, əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 3 ədəd və bütün növ sığortaların mədaxil qəbzi (F.7S) üzrə 17 ədəd olmaqla cəmi 56 ədəd filialın xəzinəsində baş mühasib vəzifəsini müvəqqəti icra edən Cavabdeh6nm öhdəsində olan şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Ümumiyyətlə, audit zamanı cəmi 56 ədəd şəhadətnamə və qəbzlər təqdim edilməyərək çatışmamışdır. Şirkətdən alman ciddi uçot blanklarına dair məlumatlar İcbari Sığorta Bürosundan çıxarılmış filialın detallı hesabatları ilə üzləşdirilərkən müəyyən edilmişdir ki, sığorta vasitəçiləri tərəfindən sığorta etdirənlərdən alınmış (toplanılmış) sığorta haqlarının filialın bankda olan hesabına təhvil verilməsinə filialın direktoru və baş mühasib vəzifəsini icra edən Cavabdeh6 tərəfindən nəzarət edilmədiyüinə görə, sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 14 ədəd şəhadətnamə üzrə alınmış 2217 manat, sığorta vasitəçisi Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 19 ədəd şəhadətnamə üzrə alınmış 5620 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən daşınmaz əmlakın icbari sığortasından 69 ədəd şəhadətnamə üzrə alınmış 3044 manat 28 qəpik, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartından 5 ədəd şəhadətnamə üzrə alınmış 1460 manat və 3-cü şəxs qarşısında məsuliyyət sığortasından alınmış 200 manat, cəmi 3 növ sığorta üzrə alınmış 4704 manat 28 qəpik, ümumiyyətlə 3 sığorta vasitəçisi tərəfindən 108 ədəd sığorta şəhadətnamələri üzrə sığorta etdirənlərdən alınmış 12541 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Bundan başqa sığorta vasitəçiləri tərəfindən toplanılmış sığorta haqlarına dair tərtib edilmiş hesabatlar (12 cədvəl formalara əsasən) üzrə məlumatlar bank çıxarışldarı ilə üzləşdirilərkən sabiq sığorta vasitəçisi Cavabdeh3 tərəfindən 120 manat və sığorta vasitəçisi Cavabdeh2 tərəfindən 430 manat olmaqla cəmi 550 manat sığorta haqqı banka az verildiyi aşkar edilmişdir. Ümumiyyətlə 3 nəfər sığorta vasitəçisi tərəfindən audit əhatə etdiyi dövrdə alınmış 13091 manat 28 qəpik sığorta haqqı filialın bankda olan hesabına təhvil verilməmişdir. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının 16 dekabr 2016- cı il tarixli Qanununa əsasən 01 aprel 2017-ci il tarixdən nağd hesablaşmaların dayandırılmasına baxmayaraq, bəzi hallarda sığorta vasitəçiləri tərəfindən qanunun 3.4.2 bəndinin tələblərinə əməl edilməyərək sığorta haqları nağdı qaydada alınmış, sığorta vasitəçisi Cavabdeh2 tərəfindən toplanmış sığorta haqları 17 halda 30 gündən 253 günədək gecikdirilməklə banka təhvil verilmişdir. Filialda baş mühasib vəzifəsini müvəqqəti icra edən İ. S. Ələkbərə vaya verilmiş göstərişlərə əməl etməmiş, Şirkətin razılıq məktubu olmadan filiala məxsus avtomaşının təmiri adı ilə 600 manat vəsait filialın direktoru Cavabdeh4 əmək haqqı kartına vurularaq çıxarılmış, 2 halda 2056 manat 50 qəpik vəsait mal-material alınmasına xərclənmişdir. Filialda işçilərə ödənilməli əmək haqqı, yardım və mükafatlara dair sədvəl formaları tərtib edilməmiş, «Tərlan» istirahət zonasında 2019-cu ildə iyun, iyul, avqust və sentyabr ayları üçün mövsümü işçilərə 1500 manat vəsait ayrılmış, iyul və avqust aylarında 1000 manat işçilərə ödənilmiş və 500 manat qalıq qaldığı halda, 2019-cu ilin oktyabr ayında mövsümü işçilər X6 və X5ma iyul və avqust aylarında ödənilmiş 1000 manat nəzərə alınmadan 1500 manat və ya 1000 manat artıq əmək haqqı ödənilmişdir. Tərlan istirahət zonası üzrə 2 nəfər işçiyə 2020-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üçün əmək haqqı ödənilməmiş, filialın ştat işçilərinə də 2020-ci ilin noyabr ayı üçün əmək haqqı köçürülməmişdir. Şirkətin 12 sentyabr 2019-cu il tarixli 05/07-288 saylı məktubuna əsasən hər birinin aylıq vəzifə maaşı 300 manat olmaqla filiala 2 ştat verilmiş, U.Ş.Mahmudov həmin vəzifəyə Şirkətin 07.10.2019-cu il tarixdə, A.N.Baxışov isə 23.10.2019-cu il tarixdə 288 və 316 saylı əmrlərinə əsasən təsdiq edildikləri halda, onlara əmək haqqı düzgün olmayaraq ştat verildiyi, yəni 12 sentyabr tarixdən hesablandığına görə E.Mahmudova 297 manat 82 qəpik, A.Baxışova 458 manat 50 qəpik olmaqla cəmi 2 halda 756 manat 32 qəpik əmək haqqı artıq verilmişdir. Filial 01 iyul 2020-ci il tarixdən 01 dekabr 2020-ci il tarixədək Şirkətin müvafiq qərarlarına əsasən işlərin aparılması və əməyin ödənilməsi şərtləri işəmuzd iş prinsipi üzrə fəaliyyət göstərmişdir. Normativlərə əsasən hesablanmış 72563 manat fonda qarşı 11 ayda 82894 manat və ya 10331 manat artıq xərclənmişdir. Artıq xərcdən 4956 manatı komission muzd kimi sığorta vasitəçilərinə artıq köçürülmüş, 3050 manat 5 nəfər işçiyə yardım kimi verilmiş və 2325 manatı isə ezamiyyə xərci kimi işçilərin əmək haqqı kartlarına köçürülmüşdür. Şirkətin 14.07.2020-ci il tarixli 21 saydı Qərarında göstərilmiş müddəalara əməl edilməmiş, qərarda işçilərə filial tərəfindən yardımış verilməsi nəzərdə tutulmadığı halda, yuxarıda qeyd edilən 5 nəfər işçidən (vergilər tutulmaqla) S.İbrahimovaya bir halda 440 manat 50 qəpik, Cavabdeh6 bir halda 440 manat 50 qəpik, Cavabdeh5 2 halda 881 manat, A.Baxışova bir halda 275 manat 50 qəpik və S.Muradova bir halda 234 manat 25 qəpik olmaqla cəmi 6 halda 2271 manat 75 qəpik işçilərin maddi yardıma ehtiyacları olması barədə ərizələri alınmadan işçilərin əmək haqqı kartlarına vurulmuşdur. Filialda ezamiyyə xərcləri ödənilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli 269 saylı Qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «İşçilərin ezamiyyə qaydaları»nm şərtlərinə əməl edilməmiş, işçilərin ezamiyyətə getmələrinə dair əmr verilməmiş, ezamiyyətə getmələrinə dair işçilərin adma ezamiyyə vərəqələri yazılmadığı və ezamiyyətdə olmalarına dair təhtəl şəxslər tərəfindən avans hesabatlar tərtib edilmədiyi halda, filialın 5 nəfər işçisinə, o cümlədən direktor Cavabdeh4 7 halda 2720 manat, Cavabdeh5 4 halda 1800 manat, S.İbrahimovaya 4 halda 1800 manat, Cavabdeh6 4 halda 1800 manat və A.Baxışova 2 halda 900 manat olmaqla cəmi 21 halda 9020 manat vəsait ezamiyyə xərci adı ilə qeyd edilən işçilərin əmək haqqı kartlarına qanunsuz olaraq köçürülmüşdür. Müəyyən edilmiş nöqsan və maliyyə pozuntuları ilə əlaqədar məsul şəxslər Cavabdeh6, A.Baxışov və Cavabdeh2 izahat alınmış, S.İbrahimova isə izahat verməkdən imtina etmişdir. Filialın balansında dəyəri 5603 manat olan bir ədəd avtobus və 22632 manat 97 qəpik məbləğdə müxtəlif xərclərə dair sənədlər audit zamanı təqdim edilməyərək çatışmamışdır. Filialda aparılmış əvvəlki auditin nəticəsinə dair şirkətin 20 dekabr 2019-cu il və 16 iyul 2020-ci il tarixli məktublarma cavab verilməmiş, 2018-ci ildə təsərrüfat xərci üzrə artıq xərclənmiş 111 manat bərpa edilməmişdir. İlin sonunda sığorta vasitəçilərinin kassa əməliyyatları yoxlanılmamışdır. Filialın direktoru Cavabdeh4 və baş mütəxəssis Cavabdeh5 istintaqa cəlb edildikləri üçün onlar Şirkətin 24 noyabr 2020-ci il tarixli 243 saylı əmrinə əsasən tutduqları vəzifədən kənarlaşdırılmışdır. İcbari və könüllü sığortalar uzrə sığorta haqlarının toplanılması üçün filialın işçiləri tərəfindən görülmüş işlər nəticəsində 2019-cu ildə sığortanın 10 növü üzrə 1765 ədəd sığorta müqaviləsi bağlanılmaqla 105416 manat, o cümlədən icbari sığortalar üzrə 84724 manat və kbnüllü sığortalar üzrə 20692 manat, cari ildə 11 ayda sığortanın 8 növü üzrə 5113 ədəd sığorta müqaviləsi bağlanılmaqla 323029 manat, o cümlədən icbari sığortalar üzrə 309597 manat və könüllü sığortalar üzrə 13432 manat sığorta haqqı toplanılmışdır. Əvvəlki ilə nisbətən 2019-cu ildə bağlanılmış sığoqta müqavilələrinin sayı 689 ədəd artsa da, toplanılmış sığorta haqqı 39907 manat azalmışdır. 2020-ci ildə 11 ayda bağlanılmış sığorta müqavilələrinin sayı 2019-cu ilə nisbətən 3348 ədəd, toplanılmış sığorta haqqı 221761 manat çox olmuşdur. Sığorta haqlarının toplanılmasma dair verilmiş proqnoz tapşırıqlar 2019-cu ildə icbari sığortalar üzrə 113,0% icra edilsə də, sığortanın bütün növləri üzrə 52,7%, o cümlədən könüllü sığortalar üzrə 16,6% icra edilərək kəsirdə qalmışdır. Tapşırıqlara qarşı sığortanın bütün növləri üzrə 94584 manat, o cümlədən könüllü sığortalar üzrə 104304 manat sığorta haqqı az toplanılmışdır. 2020-ci ildə verilmiş proqnoz tapşırıqlar 11 ayda sığortanın bütün növləri üzrə 147,0%, o cümlədən icbari sığortalar üzrə 221,1% icra edilsə də, könüllü sığortalar üzrə 16,8% icra edilərək kəsirdə qalmışdır. Tapşırıqlara qarşı 11 ayda könüllü sığortalar üzrə 66568 manat sığorta haqqı az toplanılmışdır. Verilmiş proqonoz tapşırıqlar 2020-ci ildə sığortanın bütün növləri üzrə ümumilikdə artıqlaması ilə icra edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından 264528 manat, daşınmaz əmlakmi icbari sığortasmldan 33991 manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin beynəlxalq sığorta kartı üzrə 10897 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasından 180 manat, müəssisə əmlakının sığortasından 5405 manat, girov qoyulan əmlakın sığortasından 3949 manat, avtonəqliyyat vasitələrinin tam sığortası üzrə 3878 manat və üçüncü şəxs qarşısında işə götürənin məsuliyyətinin sığortasından 200 manat sığorta haqqı toplanılmış, kənd təsərrüfatı müəssisələrinin əmlakının sığortası üzrə verilmiş 5000 manat və şəxsi sığorta üzrə verilmiş 45000 manat tapşırığa qarşı, ümumiyyətlə sığorta haqqı toplanılmamışdır. Müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün filialın işçilərinə təlimat və qaydalara uyğun təkliflər verilmişdir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin 31 yanvar 2020-ci il tarixli 17 nömrəli əmrindən müəyyən olunur ki, Xaçmaz rayon filialının baş mütəxəssisi Cavabdeh3 03 fevral 2020-ci il tarixdən ƏM-nin 68-ci maddəsinin «a» bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Dövlət Sığorta Kommersiya Şirkətinin 18 sentyabr 2018-ci il tarixli 228 nömrəli əmrindən müəyyən olunur ki, Cavabdeh6 20 sentyabr 2018-ci il tarixdən Xaçmaz rayon filialına müvəqqəti olaraq 3 ay müddətinə baş mühasib vəziyəsinə təyin edilmişdir. İş materiallarında olan 000222 nömrəli lisenziyadan müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sığorta agenti fəaliyyəti həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan 05 oktyabr 2018-ci il tarixli SA-0052 qeydiyyat nömrəli lisenziyadan müəyyən olunur ki, Cavabdeh1 sığorta agenti fəaliyyəti həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli 3 nömrəli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsi bağlanmışdır. İş materiallarında olan 2009-cu il tarixli 1 nömrəli müqavilədən müəyyən olunur ki, Dövlət Sığorta Şirkətinin Xaçmaz filialı ilə Cavabdeh2 arasında vasitəçilik xidmətinin göstərilməsi ilə əlaqədar sığorta agenti ilə bağlanılan tapşırıq müqaviləsi bağlanmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 785.1-ci maddəsinə əsasən əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 937.2-ci maddəsinə əsasən sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən tapşırıq müqaviləsi bağlamaqla istifadə edə bilər. Həmin Məcəllənin 937.2.1-ci maddəsinə əsasən sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması; Həmin Məcəllənin 937.2.2-ci maddəsinə əsasən. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Dövlət Sığorta Kommersiya Şirkətinə dəymiş 43065,85 manat məbləğində maddi zərər müştərək qaydada Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq Şirkətin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1780/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1780/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver