Məhkəmə qərarları › İş №2(067)-1798/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1798/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1798/2022 06.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 730 manat məbləğin Cavabdeh alınıb 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Moruqoba kənd sakini X1 rayonu, Moruqoba kəndi ərazisində müxtəlif cinsli və müxtəlif diametrli yaş inkişafda olan ağacları kəsərək məhv edilməsi faktı aşkar edilərək idarə əməkdaşları qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 27 oktyabr 2016cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması bə ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 730 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabatı Cavabdeh xx.xx.2021-ci il tarixli, 2331 saylı məktubla göndərilsə də o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini, cavabdehdən 730 manat məbləğin alınıb 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh Xaçmaz rayonunun Yergüc kəndində yol kənarındakı torpaq sahəsində qanunsuz olaraq 3 ədəd müxtəlif cinsli və diametrli yaş inkişafda olan ağacları kəsməsi barədə idarəyə məlumat daxil olmuşdu. Həmin məlumatı yoxlamaq üçün əraziyə yerində baxış keçirilərkən cavabdehin həqiqətən özünə məxsus olmayan torpaq sahəsində 3 ədəd yaş inkişafda olan ağacları kəsməsi halı müəyyən olundu. Bununla bağlı xx.xx.2021-ci il tarixdə akt tərtib olunub. Cavabdeh bu əməlinə görə xx.xx.2021-ci il tarixli qərarla İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilib. Həmçinin cavabdehin təbiətə 730 manat məbləğində ziyan vurması müəyyən olunub. Ona görə də ziyanın ödənilməsi ilə bağlı hazırkı iddia qaldırılıb. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, "xxxx" MMC-nin işçisidir. Onlar işıqlandırma işlərinin həyata keçirilməsi ilə məşğuldurlar. Xaçmaz rayon Yergüc bələdiyyəsinin razılığı ilə yol kənarındakı torpaq sahəsində kabellərin çəkilişinə mane olan ağac budaqlarının budamşlar. O, ağac kəsməmişdir lakin ağac budaqlarını budamışdır. Həmin vaxt yerdə sınmış ağaclar da olub. İddiaçının nümayəndəsi əraziyə gəlib həmin ağacları görüb, həmin ağacları o kəsmədiyini nümayəndəyə bildirmişdir. Onlara 7 metrdəki ağacları budamaq tapşırılmışdı, o,isə 4-5 metrədək ağacları da budamış və bu onun təqsiri olduğunu etiraf edir. Ona yazılan 2000 manat cərimədən 1000 manat ödəmişdir. Evinə odun daşımamış, yararsız budaqlar olduğundan elə orada yandırmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 72655 nömrəli akta əlavədan görünür ki, Cavabdeh müxtəlif cinsli və müxtəlif diametrli 3 ədəd yaş inkişafda olan ağacları qanunsuz olaraq kəsərək məhv etmişdir. Ümumilikdə təbiətə dəymiş ziyan 730 manat hesablanmışdır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi büdcə təşkilatı olduğundan və iddia tələbi 730 manatdan ibarət olduğundan, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə görə cavabdehdən 30 manat alınaraq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərər, zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 730 (yeddi yüz otuz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına köçürülsün. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar