Məhkəmə qərarları › İş №2(067)-1798/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1798/2025

02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1798/2025 02.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Vurulmuş maddi zərərin ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh idarə etdiyi avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “X10” markalı, ** XJ *** dövlət nömrə nişanlı avtomaşının əzilməsinə görə dəymiş 8300 manat maddi zərərin, bununla yanaşı səhhətinə görə çəkdiyi 500 manat həcmində, avtomobildə məhv olan meyvə məhsuluna görə 500 manat həcmində olmaqla əlavə 1000 manat, ümumilikdə isə 9035 manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 111 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyiərək Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 avqust 2024-cü il tarixdə saat 05:15 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən 34-cü kilometrliyində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobililə qəza törətmiş, nəticədə onun mülkiyyətinə aid oğlu X1 etibarnamə ilə idarə etdiyi “Ford Tranzit” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb aşmış və ona maddi ziyan dəymişdir. Hadisə zamanı o da avtomobildə olmuş, ona maddi ziyan dəyməklə yanaşı hadisə nəticəsində o və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan əlavə avtomobilində Xudat bazarına satmaq üçün apardıqları 500 manat dəyərində meyvə məhsulu qəza zamanı tamamilə məhv olmuşdur. Bunun nəticəsində də ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin hərəkəti nəticəsində ona dəymiş maddi ziyanın məbləği iddia ərizəsinə əlavə etdiyi AR DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin 16 sentyabr 2024-cü il tarixli qərarında qeyd olunan Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından alınmış 27 avqust 2024-cü il tarixli ziyan aktı ilə müəyyən edilmişdir. Həmin ziyan aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ona avtomobilinin əzilməsi nəticəsində ümumilikdə 10.759 manat ziyan dəymişdir. Dəymiş ziyandan “Paşa” sığorta tərəfindən 2724,14 manat pul ödənilmişdir. Hazırda qalan ziyanın həçmi 8035 manat təşkil edir. Bununla yanaşı səhhətinə görə çəkdiyi xərc olaraq 500 manat həçmində, avtomobilində məhv olan meyvəyə görə 500 manat olmaqla əlavə 1.000 manat məbləğində ona ziyan dəymişdir. Cavabdeh ona dəymiş ziyanı könüllü olaraq ödəmək istəmir. Odur ki, hazrki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, 25 avqust 2024-cü il tarixdə saat 05:15 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobililə ona məxsus avtomobili vurmaqla qəza törətmiş, nəticədə ona məxsus mülkiyyətinə aid, oğlu X1 etibarnamə ilə idarə etdiyi “Ford Tranzit” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yoldan çıxıb aşmış və maddi ziyan dəymişdir. Uzun müddətdir ki, avtomobil əzilmiş vəziyyətdə qalıb, hələ də tam şəkildə bərpa edilməyib. Avtomobilin bir çox ehtiyat hissələri dəyişilmişdir, hal-hazırda avtomobil Quba rayonunda rəngsazdadır, rəngsaz və digər təmir işləri görülməlidir. Həmin işlərə də xeyli vəsait tələb olunur. Cavabdeh hadisəni törətdikdən sonra hadisə yerindən qaçmış, hal-hazıradək onunla heç bir əlaqə saxlamamış və könüllü olaraq ziyanını ödəməmişdir. Avtomobilində hadisə nəticəsində 500 manat dəyərində meyvə məhsulu da məhv olmuşdur. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilmədiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin digər məlumatlar bölməsində cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları və yaşayış ünvanı barədə olan hissədən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 14 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007-ci il olan, 2500 mühərrik həcmli, “X10” markalı, 77XJ427 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobil İddiaçı adına qeydiyyatdadır. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə etmək haqqında xx.xx.2023cü il tarixli, ƏN-VİN seriyalı, 357159 nömrəli etibarnamənin surətindən görünür ki, “X10” markalı, 77XJ427 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (mülkiyyətçi) İddiaçı X2 özünə məxsus qeyd olunan nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh 25 avqust 2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun 34-cü kilometrliyində hərəkətdə olarkən həmin yolla əks istiqamətdə hərəkətdə olan X2 məxsus “Ford Transit” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi faktı ilə bağlı Azərbaycan Respublikası DİN-nin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər izrə İstintaq və Təhqiqat şöbəsində təhqiqat aparılmış, Cavabdeh barəsində cinayət işi başlanması rədd edilərərk xx.xx.2024-cü il tarixli, HK-1/933 nömrəli qərar əsasında materiallar həmin qərarla birlikdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü BDYPİ-nin Yol-patrul xidməti alayına göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərarında qeyd olunan Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasından alınmış 27 avqust 2024-cü il tarixli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı İddiaçı avtomobilinin əzilməsi nəticəsində ümumilikdə 10.759 manat ziyan dəymişdir. Xaçmaz rayon məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2(067)-1798/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və qiymətləndirilmənin aparılması Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir. Məhkəmə müvafiq qərardadı əsasında “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi və iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, SEM/O 05-015/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən və əlavə edilmiş nəqliyyat vasitəsinin rəngli foto şəkillərindən görünür: Ekspert qarşısında qoyulmuş suallar aşağıdakı aşağıdakı kimi cavablandırılmışdır.

1. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “buraxılış ili 2007-ci il olan, 2500 mühərrik həcmli, X10” markalı, 77XJ427 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobilin zədələnmiş ehtiyyat hissələrinin dəyəri 4 580,00 (dörd min beş yüz səksən) manat təşkil edir.

2. İddiaçı məxsus buraxılış ili 2007-ci il olan, 2500 mühərrik həcmli, X10 markalı, 77XJ427 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobilin təmir işlərinin həyata keçirilməsi üçün tələb olnan məbləğ 3 800,00 (üç min səkkiz yüz) manat təşkil edir.

3. İddiaçı məxsus buraxılış ili 2007-ci il olan, 2500 mühərrik həcmli, X10 markalı, 77XJ427 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün, ehtiyat hissələrinin alınması və təmir işlərinin həyata keçirilməsi daxil olmaqla, ümumilikdə dəymiş zərərin məbləği 8 380,00 (səkkiz min üç yüz səksən) manat təşkil edir. X6 Qiymətləndirmə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər çəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərərkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən… istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinə vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqatı zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 25 avqust 2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun 34-cü kilometrliyində hərəkətdə olarkən həmin yolla əks istiqamətdə hərəkətdə olan iddiaçı X2 məxsus “Ford Transit” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində İddiaçı məxsus nəqliyyat vasitəsi əzilməklə maddi ziyan dəymişdir. Cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi faktı ilə bağlı Azərbaycan Respublikası DİN-nin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər izrə İstintaq və Təhqiqat şöbəsində təhqiqat aparılmış və cinayət işi başlanması rədd edilərək xx.xx.2024-cü il tarixli, HK-1/933 nömrəli qərar əsasında materiallar həmin qərarla birlikdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü BDYPİ-nin Yol-patrul xidməti alayına göndərilmişdir. Məhkəmə tədqiqatı zamanı 25 avqust 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh tərəfindən törədildiyi və onun törətdiyi inzibati xəta (yol-nəqliyyat hadisəsi) nəticəsində İddiaçı məxsus “Ford Transit” markalı, ** XJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi əzilərək iddiaçıya ziyan dəyməsi tamamilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı iddia tələbində Cavabdeh idarə etdiyi avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “X10” markalı, ** XJ *** dövlət nömrə nişanlı avtomaşının əzilməsinə görə dəymiş 8035 manat maddi zərərin, bununla yanaşı səhhətinə görə çəkdiyi 500 manat həcmində, avtomobildə məhv olan meyvə məhsuluna görə 500 manat həcmində olmaqla əlavə 1000 manat, ümumilikdə isə 9035 manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 111 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı iddia tələbində və izahatında cavabdehin təqsirli hərəkətləri nəticəsində onun avtomobilinə dəymiş ziyandan başqa, hadisədən sonra səhhətinə 500 manat həcmində xərc çəkdiyini, bundan əlavə avtomobilində olan meyvələrin məhv olması nəticəsində əlavə olaraq ona 500 manat məbləğində ziyan dəydiyini göstərsə də bunun əsasını təşkil edən mötəbər sənədi və sübutu məhkəməyə təqdim edə bilməmiş və iddia tələbinin həmin hissədə əsaslı olması məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi ekspert rəyində “X10” markalı **-XJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləğinin ehtiyyat hissələri və təmir xərcləri ilə birgə 8380,00 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin iddiaçı iddia tələbində cavabdehdən avtomobilinin hadisə nəticəsində əzilməsi nəticəsində ona dəymiş 8035 manat ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə yuxarıda istinad olunan Mülki Prosessual Məcəlləsinin normalarına əsaslanmaqla hesab edir ki, ekspert rəyi ilə iddiaçıya məxsus avtonəqliyyat vasitəsinə dəymiş ümumi zərərin məbləğinin 8380 manat olduğu müəyyən edilsə də, MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş iddia tələbinə tələbdən kənara çıxmadan baxılmaqla iddiaçının verdiyi tələb üzrə toplanmış sübutlara qiymət verilərək qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi ona məxsus nəqliyyat vasitəsinin cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində əzilməsinə görə 8035 manat məbləğində dəymiş maddi ziyana aid hissədə əsaslı olduğundan tələb həmin hissədə təmin edilməli, İddiaçı məxsus “Ford Transit” markalı, ** XJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində ona məxsus əmlaka dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh 8035 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 100,35 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbləri qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan X5 xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, hazırki iş üzrə ekspert rəyinin verilməsi ilə bağlı MMC-nin müəyyən etdiyi minimum xidmət haqqı cədvələ müvafiq olaraq 300 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli elektron ödəmə sistemi vasitəsilə həyata keçirilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X5 hesabına ekspertiza tədqiqatının xərci olan 300 manat ödənilmişdir. Odur ki, iş üzrə ekspertiza xərcinin İddiaçı tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia qismən təmin edilsin. Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 8035 (səkkiz min otuz beş) manat pul, eləcə də iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100,35 manat (bir yüz manat otuz beş qəpik) pul alınaraq İddiaçı verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar