Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1802/2024 28.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçınə vurduğu 5241,60 manat maddi zərərin, 72,42 manat dövlət rüsumunun və 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı sürücüsü Cavabdeh MMCnin balansında olan və 07 dekabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən ona təhkim edilmiş DAF-105.460 yük markalı ** AC *** d/q nişanlı dartıcı və KOGEL SN 24 yarım qoşqu markalı ** ZA *** d/q nişanlı qoşqu ilə Rusiya Federasiyasından Türkiyə Respublikasına yük apararkən X13 məntəqəsində olan zaman sonuncu dəfə xx.xx.2022-ci il tarixdə nəzarətçi Rəşad Abdullayevlə danışıb və bundan sonra Cavabdeh zəng olunsa da yalnız 6 gün sonra mobil telefonu açaraq, avtomaşını X13 məntəqəsində qoyub getdiyini bildirmişdir. Bundan sonra müəssisənin sürücüsü X3 həmin avtomaşını Gürcüstan Respublikasının Batumi şəhərinə apararaq, digər sürücü Anar Cavadova təhvil vermiş, o, isə yükün çatdırılma məntəqəsinə, yəni Türkiyə Respublikasının Kir şəhərinə xx.xx.2022-ci il tarixdə boşaltmışdır. Yük vaxtında çatdırılmadığından müəssisəyə 2000 manat ziyan dəymişdir. Cavabdeh dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq bir daha müəssisəyə gəlməmiş və müəssisəyə dəymiş ziyan ilə bağlı məsələni müzakirə etməkdən yayınmışdır. Cavabdeh Rusiya Federasiyasından Türkiyə Respublikasına yük apararkən xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhərində yerləşən İddiaçı MMC-yə məxsus “Qafqaz Oil” YDM-də maşının yanacaq çəninə 1102 manat dəyərində 1377 1, X13 məntəqəsində yerləşən yanacaq doldurma məntəqəsində 1136 manat dəyərində isə 1420 1 dizel yanacağı doldurmuşdur. Nəzarətçi sürücü ilə əlaqə saxlaya bilmədiyindən İddiaçı MMC-nin sürücüsü M.T.Əbdürəhmanovla birlikdə X13 məntəqəsinə getmiş sürücü Cavabdeh avtomaşını sahibsiz halda qoyub getdiyini aşkar etmişlər. Müəssisənin əməkdaşları R.R.Abdullayev və X3 maşına keçirdikləri baxış zamanı açarlar avtomaşının radiatorunun üstündə aşkar edilmiş, hər iki yanacaq çəni isə tam boş vəziyyətdə aşkar edilmişdir. Bundan sonra adları yuxarıda qeyd edilən sürücülər yenidən avtomaşına yanacaq dolduraraq, müqavilə üzrə bütün işi gördükdən sonra avtomaşını MMC-nin ərazisinə gətirmişlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Cavabdeh əmək müqaviləsinə və imzaladığı iltizamlara heç bir məhəl qoymadan müəssisəyə xeyli miqdarda zərər vurmuşdur. Cavabdehin qanuna zidd əməlləri nəticəsində təkcə yanacağa görə vurduğu ziyan 1101.60 manatdır. X13 məntəqəsində yanacağa görə isə 1140 manat israf edərək müəssisəyə ümumilikdə 2241,60 manat ziyan vurmuşdur. Cavabdeh imzaladığı xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, cavabdeh öz işinə səhlənkar yanaşarsa və müqavilədəki qaydalara zidd şəkildə 1 ay (otuz gün) əvvəl şirkət rəhbərliyini yazılı şəkildə xəbərdar etmədən atıb getsə şirkətə 3000 AZN cərimə ödəyəcəyinə söz vermişdir. Hesab edirlər ki, Cavabdeh İddiaçı MMC-nə vurduğu ziyana görə və zərərin əvəzi olaraq, 5241,60 manat pulun tutularaq müəssisənin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qanunvericiliyin bu tələbinə əsasən məhkəmənin hesabına ödənilmiş 72.42 manat dövlət rüsumunu və hüquqi xidmətə görə ödənilmiş 500 manat məbləğində pul vəsaitini də cavabdehdən tələb etmək hüquqları vardır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əmək müqaviləsinin 5.4-cü bəndinə əsasən “Tərəflərdən biri digərinə ziyan vurarsa müəssisənin yerləşdiyi ərazidəki Xaçmaz rayon məhkəməsinə müraciət ediləcəkdir”. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı ona qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddianı əsassız hesab etdiyini qeyd edərək, iddianın aşağıdakılara əsasən rədd edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində birinci abzasda guya 10 mart 2002-ci ildə onunla danışıldıqdan sonra telefonuna bir də 6 gün sonra zəng çatdığını və guya onun avtomobili X13 məntəqəsində qoyub getdiyini bildirsə də, iddia ərizəsinin sonrakı hissəsində isə guya nəzarətçinin onunla əlaqə saxlaya bilmədiyindən, M.T.Əbdürəhmanovla birlikdə X13 məntəqəsinə getdiklərini və avtomaşını sahibsiz halda qoyub getdiyini aşkar etdiklərini bildirir. Guya avtomaşına baxış keçirilən zaman da iki yanacaq çəni tam boş vəziyyətdə aşkar edilmişdir. O, bununla razılaşmır. Belə ki, onunla iddiaçı təşkilat arasında 07 dekabr 2021ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İddiaçı təşkilatla arasında ona vəd olunmuş zəhmət haqqının ödənilməməsi ilə bağlı problemlər mövcud olmuşdur. Sonuncu dəfə də iddiaçı təşkilatın öz əməkdaşlarının təklifi ilə idarə etdiyi yük avtomaşınını X11 məntəqəsinə çatdırıb növbə bileti alıb dayanacağa qoymuş və bu barədə şirkətin əməkdaşlarına da məlumat vermisdir. Hətta şirkətin əməkdaşları tərəfindən avtomaşına baxış keçirilərkən hər şeyin qaydasında olduğu ilə bağlı səs yazısını da etirazına əlavə edir. Yəni yük avtomobili onun tərəfindən xəbərsiz şəkildə tərk edilməmiş, şirkətin əməkdaşlarının öz təklifi ilə X13 məntəqəsində dayanacaqda saxlanılmış, maşın təhvil alınarkən maşın dayanacaqda olmuş və yanacaq çənləri boş olmamışdır. Yanacaq çənlərinin boş olmamasını maşını təhvil almış sürücü X1 özü də etiraf edir. İddiaçı iddia edir ki, quya onun iddiaçı təşkilata təkcə yanacağa görə vurduğu ziyanı 1101,60 manat təşkil edir. X13 məntəqəsində yanacağa görə isə 1140 manat israfa görə onun müəssisəyə 2241,60 manat ziyan vurduğunu qeyd edir. Həmin məbləğlərin nəyə görə və ya hansı qaydada hesablandığı onun üçün aydın deyildir. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Hətta iddia ərizəsində qeyd edildiyi məbləğdə yük maşınının yanacaq çəni yanacaq tutmur. Yəni o, iddiaçı təşkilata 2241,60 manat məbləğində yanacağa görə zərər vurmamışdır. İddiaçı təşkilat eyni zamanda ondan 07 dekabr 2022-ci il tarixli iltizama əsasən 3000 manat məbləğində cərimə məbləğini tələb edir. O, qeyd edilən iltizamın tarixi ilə bağlı bildirmək istəyir ki, 2022-ci ilin dekabr ayında iddiaçı ilə onun arasında əmək müqaviləsi olmamışdır. Həmin tarixdə onunla iddiaçı arasında da hər hansı iltizam bağlanmamışdır. Ümumiyyətlə işəgötürən tərəfindən qeyd edilən şərtlərlə işçini cərimə ödəməyə sövq etmək tamamilə qanunsuzdur. Birincisi ona görə ki, iddia ərizəsində qeyd edildiyi kimi həmin iltizamda “işə səhlənkar yanaşarsa və müqavilədəki qaydalara zidd şəkildə 1 ay əvvəl şirkət rəhbərliyini yazılı şəkildə xəbərdar etmədən atıb getməyə görə” deyil, sadəcə işdən çıxmaq istənildikdə MMC-nin rəhbərliyinin bir ay öncədən xəbərdar etməklə bağlı məlumatlandırılmaqdan söhbət gedir. Onun iddiaçı ilə münasibətlərində isə işdən çıxan tərəf o, olmamışdır. İşəgötürən onu 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişdir. Bu isə o deməkdir ki, həmin iltizamın, yəni 1 ay qabaqcadan xəbər etmədən işdən çıxmanın ona heç bir aidiyyəti yoxdur. İkincisi isə işəgötürən olmuş iddiaçının əmək münasibətləri zamanı işçidən qeyd edilən formada iltizam almaqla onun hüquqlarını məhdudlaşdırması Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən cərimə intizam tənbehinin bir növüdür. İşəgötürən işçini kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda sadəcə əmək haqqının % hissəsi miqdarında cərimə edə bilər. X4 əmək haqqından dəfələrlə artıq məbləğdə cərimənin tutulması nəzərdə tutulmamışdır. Eyni zamanda işəgötürən bir intizam xətasına görə sadəcə bir intizam tənbehi tətbiq edə bilər. İş materiallarından da göründüyü kimi işəgötürən olan iddiaçı təşkilat onu 70-ci maddənin ç bəndi ilə işdən çıxarmaqla intizam tənbehindən bir dəfə istifadə etmişdir. Eyni əsaslara görə ikinci dəfə cərimənin tətbiq edilməsini tələb etmək isə qanunvericiliklə qadağan edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü bəndinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Onun işəgötürən olan iddiaçıya ziyan vurmaqla bağlı məsuliyyət daşıması üçün qeyd edilən şərtlərin hər üçü birlikdə olmalı idi. Hazırki vəziyyətdə iddiaçıya ziyanın həqiqətən vurulduğu sübut olunmur. Eyni zamanda onun hər hansı qanuna zidd əməlinin olması da sübut olunmur. Bu halda da iddiaçı ondan qeyd edilən məbləğdə ziyan tələb etməkdə haqlı ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Hazırki vəziyyətdə iddiaçıya hansı faktiki itkilər üzrə 5241,60 manat məbləğində ziyanın dəyməsi sübut olunmur. Eyni zamanda iddiaçı iddia ərizəsində geyd edir ki, hadisə 10 mart 2022-ci il tarixdə baş yermişdir. İş üzrə iddiaçı onunla arasında olan əmək mügaviləsini 16 mart 2022-ci il tarixdə xitam etmişdir. Lakin iş üzrə iddiaçı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iki ildən də artıq müddət keçdikdən sonra, yəni 08 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi iddiaçı 2022-ci ilin mart ayında baş verdiyini iddia etdiyi hadisə ilə bağlı zərər tələbinə dair iddia ərizəsi ilə 2 ildən artıq müddət keçdikdən sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən iddiaçının iddiasının əsassız olduğundan, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürülməklə verildiyindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərərək iş üzrə sübutların tam əldə edilməsi üçün sorğular verildiyindən mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında ilkin dinləmələr zamanı iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində iddianı əsaslandırmışlar. Müəssisə ilə sürücü arasında müqavilə bağlanır. Könüllü olaraq bağlanan müqaviləyə əsasən sürücü avtomoblinin məsuliyyətini öz üzərinə götürür. İddia ərizəsinə dair etirazı qəbul etməyərək, cavabdehin imzaladığı iltizamı məhkəməyə təqdim etmişdir. Anar Cavadovun və Murad Əbdürrəhmanovun məhkəmə iclasında iştiraklarını xahiş edir. İddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edir. İddia sənədlərini hazırlayıb məhkəməyə təqdim edilməsi üçün vaxt itkisi ola bilər. Hazırki vəziyyətdə məhkəməyə cavab verə bilmir və iddia müddətinin tətbiqi ilə bağlı heçnə deyə bilməz. Hesab edir ki, bundan MMc-nin məlumatı olmamışdır. Çəndə olan yanacağın olmamasını əməkdaşlar yerinə avtomobili götürməyə gedərkən aşkar etmiş və akt tərtib etmişlər. Avtombili atıb getməməsinə görə cavabdeh və şirkət arasında iltizam imzalanmışdır. Cavabdeh Qalıb oğlundan İddiaçı MMC-nə vurduğu 5241.60 manat maddi zərərin, iş buraxmasına görə məhkəmənin hesabına ödənilən 72.42 manat dövlət rüsumunun və 500 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclaslarında ilkin dinləmələr zamanı iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, 08 mart 2022-ci il tarixdə Rusiya Federasiyasının Murmansk şəhərinə getmiş, oradan Tatarıstan Respublikasına, sonra isə Azərbaycana qayıtmışdır. Beynəlxalq yük daşıyırmış. O, yük maşınını təhvil verən zaman maaşını tələb etdikdə ona, əmək haqqını bir iki günə ala biləcəyini və idarə etdiyi yük maşınını Qazax rayonunun Gömrük parkına rentgenin arxasına qoymağını, avtomobilin açarlarını isə Radiatorun arxasına qoymağını bildirmiş, o, da onunların dediklərini yerinə yetirmişdir. Avtomobili gömrük parkında saxlayıb açarları qoyaraq, çıxıb getmişdir. Sonradan ona zəng vuraraq, onu təhqir etmişlər. O, əmək haqqını almaq üçün Əmək Müfəttişliyinə müraciət etdikdən sonra maaşının bir qismini ödəmişlər. 49 günlük səfərdə olmuş, lakin maaşının qalan 700 mantlıq hissəsi isə hələ də ödənilməmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmamış, müqaviləyə imza etməmişdir. O, yük maşınını sahibsiz qoymamış, müəssisənin nəzarətçisi Rövşənə məlumat vermişdir. Yük maşınını Gömrük Məntəqəsində maşın saxlama yerində saxlamışdır. X2 zaman cərimə yazılmışdır. Müəssisə ilə təkrar yükdaşıma üçün telefonla danışmışlar, lakin ona əmək haqqını vermədiklərinə görə təkrar xarici ölkələrə çıxmamışdır. Bundan sonra onu işdən çıxarmışlar. Əlavə olaraq onu qeyd edir ki, iddiaçı tərəflə aralarında ona vəd olunmuş zəhmət haqqının ödənilməməsi ilə bağlı problemlər olmuşdur. Sonuncu dəfə də iddiaçı tərəfin öz əməkdaşlarının təklifi ilə idarə etdiyi avtomaşını X11 məntəqəsinə çatdırıb növbə bileti alıb dayanacağa qoymuş və bu barədə şirkətin əməkdaşlarına məlumat vermişdir. Hətta şirkətin əməkdaşaları tərəfindən avtomaşına baxış keçrilərkən hər şeyin qaydasında olduğu ilə bağlı səsyazısı da var. Yəni o, avtomaşını tək edib getməmiş, şirkətin əməkdaşlarının öz təkilfi ilə X12 məntəqəsində dayacaqda saxlamışdır. Maşın təhvil alınarkən də dayanacaqda olmuş və yanacaq çəni boş olmamışdır. Yanacaq çənlərinin boş olmamasını maşını təhvil alan Murad da etiraf etmişdir. İddiaçı tərəf iddia etmişdir ki, guya onun təkcə yanacağa görə vurduğu ziyan 1101.60 manatdır. X13 mənətəqəsində yanacağa görə isə 1140 manat, israfa görə onun iddiaçı tərəfə vurduğu ziyanı 2241.60 manat qeyd edir. Avtomaşının 2 yanacaq çəni vardır və hər iki çən 700 litr yanacaq tutur. Ümumilkdə isə 1400 litr yanacaq tutur. Lakin imzaladığı iltizamda 1377 litr yanacaq qeyd edilmişdir. Qazax rayonuna qədər 300 litr yanacaq işlətmiş, lakin ondan 2400 manat pul tələb edirlər. İddiaçı tərəf həm maşını qoyub getdiyinə görə həm də yanacaq çənlərinin olduğuna görə ona maddi ziyan hesablamışlar. Məhkəmə hazırlıq iclaslarında ilkin dinləmələr zamanı iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, hadisə 10 mart 2022-ci il tarixdə baş vermişdir. İş üzrə iddiaçı cavabdehlə aralarında olan əmək müqaviləsini 16 mart 2022-ci il tarixdə xitam etmişdir. Lakin iş üzrə iddiaçı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iki ildən də artıq müddət keçdikdən sonra, yəni 08 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyanın vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətinə müraciət edə bilər. Cavabdehlə iddiaçı tərəf arasında müqavilə bağlanılmışdır. Yancaq çənlərinin boşalması, Türkiyəyə çatdırılmaması və şirkətə dəymiş ziyanla bağlı tələb edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılmışdır. Ziyan tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. Eyni əmələ görə 3000 manat təhbeh edilə blməz. Bundan əlavə yanacağın olmaması ilə bağlı sadəcə akt tərtib edilmişdir. Aktı da şirkətin əməkdaşları tərtib etmişlər. Həmçinin avtomaşının 2 yanacaq çəni vardır və hər biri 700 litr yanacaq tutur. Bu maşının texniki pasportunda da qeyd edilmişdir. İddiaçı tərəf texniki pasportu məhkəmyə təqdim edə bilər. Məhkəmə tərəflərin hazırlıq iclaslarındakı izahatlarını nəzərə alaraq, tərəflərin təqdim etdikləri sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı 07 dekabr 2021-ci il tarixli qərarından müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçınə yükdaşıyan sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçı icraçı direktoru X9 ilə sürücü Cavabdeh arasında 10 il müddətinə bağlanmış 04 dekabr 2021-ci il tarixli müqavilədən müəyyən olunmuşdur ki, müqavilənin tərəfləri arasında müvafiq olaraq yükün beynəlxalq daşınmasını həyata keçirilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı icraçı direktoru X9 ilə sürücü Cavabdeh arasında 2 il müddətinə bağlanmış tam maddi məsuliyyət haqqında 07 dekabr 2021-ci il tarixli müqavilədən müəyyən olunmuşdur ki, sürücü Cavabdeh arasında üzərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşdür. İddiaçı 16 mart 2022-ci il tarixli qərarından müəyyən olunmuşdur ki, İddiaçı yükdaşıyan sürücüsü Cavabdeh 13 mart 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Quba regional ərazi şöbəsinin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, araşdırma zamanı müəssisə tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, müəssisə ilə Cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 275 manat, xx.xx.2022-ci il tarixdən isə 324 manat müəyyən edilməklə 07 dekabr 2021-ci il tarixdə 183.10 nömrəli əmrlə İddiaçı MMC-nə yükdaşıyan nəqliyyat vasitəsinə sürücü işinə qəbul edilmişdir. Cavabdeh verilmiş göstərişə əsasən idarə etdiyi yükdaşıyan nəqliyyat vasitəsi ilə müvafiq yükləri Türkiyədən Rusiyaya Federasiyasına apararkən maşını sahibsiz və naməlum yerdə qoyub getməsi müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar edilmişdir. DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə verdiyi izahatında Cavabdeh yüklərin aparılmamasının səbəbini mart ayına olan reys hesabı üçün vəd olunmuş 1494 manat zəhmət haqqının 700 manatının ödənilməməsi olduğunu qeyd etmişdir. Əmək müqaviləsində belə bir haqqın ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı MMC tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra müəssisə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda Cavabdeh tərəfindən Türkiyədən yüklənmiş yüklərin vaxtında təyin olunmuş ünvana aparılmaması, maşının naməlum və sahibsiz yerdə saxlanılması, bu müddət ərzində şirkətin maddi məsul şəxsi ilə əlaqə saxlanılmasından imtina edilməsi və maşının harada olması barəsində şirkətə məlumat verilməməsi, əmək müqaviləsinin 9.3 (işçi tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir) bəndinin şərtləri, tam maddi məsuliyyət haqqında müqavilənin 3.1 və 3.2- ci bəndlərinin, həmçinin, iltizam şərtlərinin kobudca pozulması faktları göstərilmişdir. Bu səbəbdən İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 185.3 nömrəli əmri ilə Cavabdeh ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Lakin, işdən azad olunarkən Cavabdeh çatacaq son haqq-hesab (263 manat 08 qəpik) İddiaçı MMC tərəfindən gecikdirilərək xx.xx.2022-ci il tarixdə ödənildiyindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən İddiaçı MMC-nin icraçı direktoru X9 barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsindən müəyyən olunur ki, İddiaçı ona qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçınə vurulan 5241,60 manat maddi zərərin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 72,42 manat dövlət rüsumunun və 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin ondan alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia ərizəsində qeyd edilən heç bir halla razılaşmır. Bununla bağlı iddiaya etirazını məhkəməyə ayrıca təqdim etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, hadisə 10 mart 2022-ci il tarixdə baş vermişdir. İş üzrə iddiaçı onunla arasında olan əmək müqaviləsini 16 mart 2022-ci il tarixdə xitam etmişdir. Lakin iş üzrə iddiaçı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iki ildən də artıq müddət keçdikdən sonra, yəni 08 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Eyni zamanda “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında da qeyd olunur ki, Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçı 2022-ci ilin mart ayında baş verdiyini iddia etdiyi hadisə ilə bağlı zərər tələbinə dair iddia ərizəsi ilə 2 ildən artıq müddət keçdikdən sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş 1 illik iddia müddətinin ötürülüdüyünü nəzərə alaraq hazırki iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının 1-ci bəndindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməklə ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülkihüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Ona görə də, hazırki mübahisə ilə əlaqədar cavabdehdən tələb olunan məbləğdə ziyanın miqdarının nədən ibarət olması, necə formalaşması, ziyanın vurulması ilə bağlı əməlinə görə məsuliyyətə cəlb olunması barəsində sübutlarını təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesin prinsipləri sırasında çəkişmə və MPM-də birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” “digər tərəf də dinlənməlidir” qaydası tətbiq edilməlidir. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. çəkişmə prinsipinə görə məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi tərəfindən iddiaçının maddi zərərə məruz qalmasını (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması), bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə işəgötürən iddiaçı cavabdehi 16 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən cərimə intizam tənbehinin bir növüdür. İşəgötürən bir intizam xətasına görə sadəcə bir intizam tənbehi tətbiq edə bilər. İş materiallarından da göründüyü kimi işəgötürən olan iddiaçı təşkilat cavabdehi 70-ci maddənin ç bəndi ilə işdən çıxarmaqla intizam tənbehindən bir dəfə istifadə etmişdir. Eyni əsaslara görə ikinci dəfə cərimənin tətbiq edilməsini tələb etmək isə qanunvericiliklə qadağan edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü bəndinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci bəndinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İddiaçı iddia ərizəsində hadisənin 10 mart 2022-ci il tarixdə baş yerdiyini qeyd etmişdir. İş üzrə cavabdehlə olan əmək mügaviləsinə isə 16 mart 2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iki ildən də artıq müddət keçdikdən sonra, yəni 08 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi iddiaçı 2022-ci ilin mart ayında baş verdiyini iddia etdiyi hadisə ilə bağlı zərər tələbinə dair iddia ərizəsi ilə 2 ildən artıq müddət keçdikdən sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən iddia tələbini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından və iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nərmin Abiyeva