Məhkəmə qərarları › İş №2(067)-1810/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1810/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1810/2023 20.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində DAEVO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə vurduğu zərərə görə 1831 (min yüz otuz bir) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X9 27 oktyabr 2022-ci il tarixində saat 03-40 radələrində etibarnamə əsasında idarə etdiyi, ona məxsus DAEWOO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz rayonuna gedərkən Xaçmaz rayonundan gələn 10Z-418 nömrə nişanlı, arxasında 4 metr enində kənd təsərrüfatı aqreqatı olan traktorun aqreqatıyla toqquşmuşdur. Hadisə həmin vaxt traktoru qanunsuz olaraq idarə edən Cavabdeh Ağadadaş oğlunun təqsiri ucbatından baş vermişdir. Halbuki, belə qoşqu ilə havanın qaranlıq vaxtında hərəkət etmək olmaz. Aqreqatı daşıyıcı ilə apararlar. Həmin anda DİN-nin 102 xidmətinə məlumat verilmiş, hadisə yerinə gələn YPX-nin əməkdaşı X5 işi araşdırmadan təqsirin avtomobilin sürücüsündə olduğunu demişdir. Halbuki o, traktor sürənin kimliyini, sənədinin olubolmadığını, traktoru idarə etmək səlahiyyətinin olub-olmadığını, aqreqatın təkərinin niyə avtomobilin buferinə yox, kapotun üstünə düşdüyünü araşdırmalı idi. Çünki Cavabdeh Ağadadaş oğlunun həmin traktoru idarə etmək hüququ olmamışdır. Nəticədə YPX-nin əməkdaşı X5 həyat yoldaşı X6 40 manat məbləğində cərimə edərək bildiyi kimi hərəkət etmişdir. Haşım Balasiyev YPX-nin əməkdaşına belə olmaz, səndən şikayət edəcək dedikdə ona necə istəyirsən elə də elə demişdir. X1 Aparatına, Daxili İşlər Nazirliyinə, DİNnin Baş Dövlət Yol Polis İdarəsinə şikayətlər yazaraq hadisə yerində çəkdiyi şəkilləri də göndərmişdir. DİN-nin Baş Dövlət Yol Polis İdarəsində araşdırmalar aparılaraq, ekspertlər rəy verərək sübut olunmuşdur ki, təqsir traktorun sürücüsü Cavabdeh olmuşdur. DİN-nin BDYPİ-nin X7 göndərdiyi xx.xx.2022-ci il tarxili məktubda qeyd olunmuşdur ki, aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq iştirakçısı olduğunuz yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP4991873 nömrəli X15 protokol üzrə başlanmış icraata xitam verilmiş, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Nəticədə inzibati təbeh vermə haqqında TP5431527 nömrəli qərarla Cavabdeh AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli məktuba əsasən “Surra” avtomobillərə servis xidmət məntəqəsində DAEVO NEXİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə texniki baxış keçirilmiş, xx.xx.2022-cı il tarixli mütəxəssis rəyi verilmiş və yol nəqliyyat hadisəsi nəticəsində DAEWOO NEXSİA markalı ** BF *** dövlət nömrə nişanlı avtomobilə 1831 (min səkkiz yüz otuz bir) manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsiri ucbatından baş verdiyi və mülkiyyətində olan avtomobilə 1831 manat zərər dəydiyi öz təsdiqini tapmışdır. Həyat yoldaşı X2 Edik Ağaddaş oğluna qarşı hazırki iddia ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, onun iddia tələbi üzrə subyektiv hüququnun olmadığı əsas gətirilərək Xaçmaz rayon məhkəməsinin 04.04.202'3-cü il tarixil 2(067)-719/202 qətnaməsi ilə iddiası təmin edilməmişdir Ona görə də o, maddi zərər tələbi barədə iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdehdən dəymiş zərərin əvəzini istəyir. Bu borcu hissə-hissə ödəyə də bilər. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Borcu hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X15 TP ******* saylı xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Surra” Avtomobillərə Serviz xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilən 2004-cü il buraxılışlı “Daevoo” markalı “Nexia” model, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir -bərpa xərci təxminən 1781.00 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh yolnəqliyyat hadisəsi zamanı iddiaçıya zərər vurmuşdur. Bu hallar inzibati xəta haqüqında qərar və digər sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 1781.00 manat həddində olması iş materialları ilə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunur. Odur ki, iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1781.00 manat məbləğində ziyan alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1781.00 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar