Məhkəmə qərarları › İş №2(067)-1863/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1863/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1863/2021 16.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh Cavabdeh1, "xxxx" ASC-yə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh Cavabdeh1, "xxxx" ASC-yə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh1 Füzuli rayonu, İnşaatçılar küçəsi ev 19-da qeydiyyatdadır, "xxxx" ASC-nin hüquqi ünvanı isə ünvan 1əşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdeh Cavabdeh1, "xxxx" ASC-yə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(067)-1863 /2021 saylı mülki iş aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar